Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
|
196-sı aşkar, 600-ü gizli olaraq, ümumilikdə 796 müdafiəsiz uyğur türkü heç bir səbəb göstərilmədən, həmişə olduğu kimi, istək xatirinə edam edildi. Kommunist Çin dövləti qurulandan bəri ümumilikdə 35 milyon uyğur türkü şəhid edildi. Bu, çox böyük bir soyqırım və vəhşilikdir. DÜNYA TARİXİNİN ƏN BÖYÜK SOYQIRIMIDIR. Bu rəqəm hər ötən gün artır. Bu, bəşəriyyətə qarşı törədilmiş açıq-aşkar cinayətdir. Bu soyqırıma tez bir zamanda son qoyulmalıdır. Beynəlxalq Ədalət Məhkəməsi bu vəziyyətə müdaxilə etməli, günahkarlar həbs olunmalı və beynəlxalq hüquqa əsasən cəzalandırılmalıdırlar.
İki il əvvəl Çin rəsmi nümayəndələri 15-25 yaş arasında olan 100 000 uyğur gənc qızımızın Şərqi Türkistandan kənar bölgələrə köçürülməsini təşkil etdi. Ailələri sonlarının necə olduğunu bilmədən, gənc qızlarımız səfərə çıxmağa məcbur edildilər. Bu gənc qızlarımızın vəziyyəti barədə hələ də heç nə bilinmir. Çin Şərqi türkistanlı uyğur gənc qızlarımızın aqibəti barəsində məlumat verməlidir.
Dünyanın dörd bir yanındakı müsəlmanlar əsrlərdir təzyiq altında yaşayırlar. İslam ərazisində qarşıdurmalar, fitnələr, təzyiq və zülm minlərlə günahsız müsəlmanın həyatını itirməsinə səbəb oldu, on minlərlə insan şikəst qaldı, milyonlarla insan evsiz qalıb, yurdlarından sürgün olundu, bir çoxu da sadəcə inanclarına və düşüncələrinə görə həbs olundu. Bu gün Fələstində, İraqda, Əfqanıstanda, Şərqi Türkistanda, Morokkoda və diktator rejim tərəfindən idarə edilən müxtəlif İslam ölkələrində bu zülm davam edir.
Son olaraq Şərqi Türkistanda 600-ü gizli, ümumilikdə 796 müsəlman heç bir səbəb göstərilmədən edam edilmişdir. Bu edamlar, zülmlər və ədalətsizliklər İslam Birliyi qurulmadığı müddətcə davam edəcəkdir. Axıdılan qanların dayanması üçün İslam Birliyinin qurulmasından başqa həll yolu yoxdur. İslam Birliyinin olduğu bir dünyada Çinin beynəlxalq hüquqa məhəl qoymadan belə amansız üsullardan istifadə etməsi qeyri-mümkündür.
İslam Birliyinin varlığı həm Çinin bütün narahatlıq və qorxularını aradan qaldıracaq, həm də heç bir müsəlmanın ən kiçik bir ədalətsizlik və zərər görməyəcəyi bir mühit yaranacaq. Çinin firavan olmasının, əzilmədən, təcrid edilmədən varlığını davam etdirməsinin; iqtisadiyyatının sarsılmamasının; sənaye üçün lazım olan enerji qaynaqlarına təhlükəsiz və etibarlı yollarla nail olmasının; hörmət edilən bir dövlət olmasının yolu zorakılıq edən, şiddətə əsaslanan bir siyasət həyata keçirməsi deyil. Bunun yolu İslam Birliyinin qurulmasıdır.
İslam Birliyi həm Şərqi Türkistanda yaşayan müsəlmanların hüquqlarını ən gözəl şəkildə müdafiə edəcək, həm çinlilər və uyğur türklərinin birlikdə mehriban, hüzur içində yaşaya biləcəkləri təhlükəsiz bir mühit meydana gətirəcək, həm də Çinin inkişaf etməsinə və güclənməsinə kömək edəcək. Qəlbən İslam Birliyinə bağlı bir Şərqi Türkistanın da Çinin güclənməsi üçün dost yardımı edəcəyi aşkardır, bu həqiqəti Çin rəhbərliyi də görməlidir.
İslam Birliyi qurulduğu zaman İslam ərazisində terrorist fəaliyyətlər yox ediləcək, terrora səssiz qalanlar İslam Birliyinin sülhü təmin edən hərbi ordusu ilə qarşılaşacaqlar. Birliyi təşkil edən dövlətlərin unitar quruluşları qorunacaq. İslam Birliyinin əsas ideologiyalarından biri isə dünyəvilik olacaqdır. Bir sözlə, müsəlman olan da, olmayan da möhkəm bir tavan altında təhlükəsiz və etibarlı şəkildə yaşayacaqlar.
İslam Birliyi sevgi birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, yardımsevərlik, mərhəmət, xoş münasibət, düşüncə və uzlaşmadır. Həmçinin, insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaq birliyin hədəfidir. Birliyin qurulması ilə təkcə türk cəmiyyətləri və müsəlmanlar deyil, bütün dünya aydınlığa qovuşacaq.
İslam Birliyi mötədil bir birlikdir. Bu birlik fanatik, diktator, hökmranlıq edən bir birlik deyil. Həm bu bayraq altında birləşən millətlərin, həm də dünya millətlərinin təhlükəsizliyini təmin edəcək. İslam dünyasının belə məntiqli, sağlam düşüncəli və ədalətli bir rəhbərliyə qovuşması həm bu gün bir çox problemlərlə üzləşən təxminən 1.5 milyard müsəlman üçün, həm də dünyanın digər bütün insanları üçün çox xeyirli olacaq. Müsəlmanlar peyğəmbərimiz hz. Muhəmmədin (səv) yaşadığı dövrdən bəri bəşəriyyətə ağıl, elm, düşüncə, incəsənət, mədəniyyət kimi sahələrdə liderlik etmiş, "insanların xeyiri”nə möhtəşəm əsərlər ərsəyə gətirmişlər. 21-ci əsrin həqiqi mənada bir intibah çağı olmasının səbəbkarı da İslam Birliyi olacaq.
İslam Birliyində fikir və düşüncə azadlığı vardır. Hər cür düşüncəyə və inanca sahib olan insanlar heç bir zorakılıq və məcburiyyət olmadan fikirlərini ifadə edə bilərlər. Bu insanların hər yöndən hüquqları müdafiə olunar, hər kəsin düşüncəsinə xoş münasibət göstərilər. İslam Birliyinin liderliyində müsəlman cəmiyyətlər insanların bir-birlərinin düşüncələrinə hörmət etdikləri, bərabərlik, ədalət və azadlığın hökmran olduğu, zülm və ədalətsizliyin tamamilə aradan qaldırıldığı cəmiyyətlər olacaqlar. İslam dünyası yalnız müsəlmanların hüzurlu və təhlükəsiz mühitdə olmalarını təmin etməklə kifayətlənməyəcək, dünyada mədəniyyət və sivilizasiyanın da lideri olacaq.
İslam Birliyinin vəsilə olacağı çiçəklənmə bütün dünyaya gözəllik gətirəcək. ABŞ, Rusiya, Çin, İsrail və bütün Avropa dövlətləri İslam Birliyinin qurulması ilə neçə illərdir davam edən, kök salmış problemlərin bir anda həll olunduğunu görəcəklər. Bu vəziyyətdən hər kəs faydalanacaq. İslam dünyasının xaricində qalan böyük dövlətlərin təhlükəsizliyə, iqtisadiyyata, mədəni dəyərlərə dair bütün narahatlıqları bu birliyin qurulması ilə tamamilə aradan qalxacaq. Terrorla mübarizə sona çatacaq, mədəni qarşıdurma riski tamamilə aradan qalxacaq, yeraltı qaynaqlar və xammaddələrdən bütün insanların ən gözəl şəkildə faydalanması təmin ediləcək, iqtisadiyyat sabitliyə qovuşacaq və böhran ehtimalı aradan qaldırılacaq, hərbi xərclərə ayrılan büdcə insanların daha keyfiyyətli və təhlükəsiz yaşamaları üçün sərf ediləcək. Aydındır ki, güclü bir İslam Birliyinin varlığı bütün millətlərin xeyrinədir.
|