Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır


Kommunistlər ideologiyalarını hakimiyyətə gətirmək üçün hər dövrdə ixtişaşlar törətmiş və tez-tez terrora əl atmışlar. Hal-hazırda ölkəmizdə davam edən kommunist separatçı terrorun metod və taktikalarının dünyada fəaliyyət göstərən qeyri-qanuni kommunist təşkilatlarından heç bir fərqi yoxdur. Separatçı təşkilat əliqanlı kommunist liderlərin izi ilə getdiyini, onlara heyran olduğunu hər yayımda dilə gətirir. Təşkilat, 80-ci illərdə olduğu kimi, qan tökməyin məcburiyyət olduğuna inanan qəddar xadimləri vasitəsilə dinc əhaliyə qarşı qətliamlar törətməyə başlamışdır. Digər tərəfdən, son günlərdə təhlükəsizlik qüvvələrimizə, ordumuza qarşı həyata keçirilən hücumların artması da narahatlıq doğurur.

Kommunizm təbliğat vasitəsilə çox tez yayılan bir idelogiyadır və yalnız intensiv şəkildə həyata keçirilən əks təbliğatla yox edilə bilər. Əks təbliğat isə ilk növbədə dövlət vasitəsilə edilməli, dövlətin ləyaqətinə yaraşan bir üslub ilə bu mövzuda səlahiyyətli olan hər qurum və quruluş fəaliyyətə keçirilməlidir.

Kommunizmi bəsləyən və təzə qanla təmin edən materialist təlimdir. Materializmi həyat fəlsəfəsi kimi mənimsəyən fərdləri kommunist ideallara razı etmək daha tez və asan olur. Separatçı təşkilatın əsas strategiyası dindar şərq əhalisinə dinə hörmət edirmiş kimi yaxınlaşmaq, digər tərəfdən də darvinist-materialist təlim keçməkdir. Təşkilatın əliqanlı liderinin yazdığı kitablar tamamilə təkamülçü izahlarla doludur. İslamı isə sadəcə öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməli olduqlarını düşünür, əslində isə dini inkar edirlər.

Terror təşkilatını dayandırmaq və ölkə üzrə ictimai birlik və bərabərliyi təmin etmək üçün ilk növbədə terroru bəsləyən kommunizmin təməli olan darvinizmi məhv etmək lazımdır. Çünki Yaxın Şərqdə separatçı təşkilat tərəfindən davam etdirilən darvinist təbliğat təşkilata yeni xadimlər və dəstəkçilər qazandırır. 1980-ci illərdə dünyaya gələn uşaqlar darvinizmin bəslədiyi kommunist ideologiya ilə keyidilib, aldadılıb bu gün separatçı təşkilatın tərəfində olan qəddar xadimlərə çevrilmişlər. Əgər darvinizm ilə daha əvvəl mübarizə aparılsa və həmin illərdə tədbir alınsa idi, kommunizm bu gün tamamilə yox edilmiş olacaq, ideologiyası olmayan bir təşkilatın özünə tərəfdar yığması və fəaliyyət göstərməsi də mümkün olmayacaqdı. Keçmişdə edilən bu xətadan artıq geri dönülməli, vətəninə, bayrağına, dininə və tarixinə sahib çıxan bir nəsil yetişdirmək üçün təhsil sistemimiz və siyasətimiz yenidən nəzərdən keçirilməlidir.

Terror separatçı kommunist təşkilatların əsas metodudur Terror darvinizmə əsaslanan separatçı ideologiyaların məqsədə çatmaq üçün istifadə etdikləri effektiv bir üsuldur. Kommunist liderlər terroru tərəfdarlarına əvəzsiz bir silah olaraq tövsiyyə etmişlər. Separatçı terror təşkilatının bütün metodları kommunist ideoloq ve liderlərin tövsiyyələri istiqamətindədir. Bu liderlərdən Leninin terror təlimatları olduqca diqqətçəkəndir:

"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar çıxarmaq... Dövlət xəzinələrindən pulları almaq... İnqilabçı kommunist güclər məğlubedilməz silahlı qüvvə kimi ortaya çıxmalıdır, insanları öldürərək, bombalayaraq, binaları dağıdaraq qorxu yaymaq və bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluq qurmaq iqtidara gəlməyimizin əsas ünsürlərindəndir." ("Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında", Homizuri G.P., Moskova 2005)

Təbliğ edənlər hər qrupu sadə bomba formulları ilə təchiz etməlidirlər... Qruplar dərhal əməliyyatlara qoşularaq hərbi təlimlərə başlamalıdırlar. Bəziləri bir cəsusun öldürülməsi işini və ya BİR POLİS BÖLMƏSİNƏ HÜCUM ETMƏK VƏZİFƏSİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRMƏLİDİR. Bir qismi isə bank soymalıdır. (V. İ. Lenin, Collected Works, Moscow, Cilt 9 s. 346)

Sadəcə geniş xalq kütlələri ilə birbaşa əlaqəli olan fərdi terrorist fəaliyyətlər dəyər kəsb edirlər. (V. İ. Lenin, Collected Works, Moskova, cilt 35, s. 238) Əgər kütlələr özbaşına ayağa qalxmasa, heç bir şeyə nail ola bilmərik. Möhtəkirlərə qarşı terror tətbiq etmədiyimiz –dərhal orada başlarına bir güllə vurmadığımız- müddətcə heç bir nəticə əldə edə bilmərik. (V.I. Lenin, Polnoye Sobraniye Soçineniy, Moskova, 1958-1966, cilt XXXV, s.311)

Troçki (Trotsky): ``Lakin çevriliş qiyamçı təbəqədən əmrindəki bütün metodlarla məqsədinə çatmağını tələb edər; lazım gəlsə, silahlı bir üsyan ilə, əgər məcbur olsa, terrorizmlə.`` (Ann Arbor, Leon Troçki, Terörizm ve Komünizm, University of Michigan, 1963, s. 58)

Bir marksist-leninistin kommunist ideologiyanın tələb etdiyi terrorist fəaliyyəti yerinə yetirməsi kommunistləri sanki ovsunlayar. Törədilən qətliamları, bombardmanları, şiddəti şeytani bir həzz və təqdirlə qarşılayıb heyranlıq duyarlar. Bu səbəbdən Avropadakı və dünyanın müxtəlif yerlərindəki darvinist-marksist fikirli insanların terrora qarşı olmalarını gözləmək olmaz. Bu, marksist fəlsəfənin ruhuna və məntiqinə zidd olar. Qınaq mesajları, xəbərdarlıqlar belə kütlələr üçün heç bir əhəmiyyət kəsb etməz. Darvinist-marksistlər terroristləri ``feodalizmə qarşı mübarizə aparan inqilabçı qüvvələr`` olaraq görürlər. Terroristlər Ho Şi Min (Ho Chi Minh) kimi tarixə düşən qan tökənləri hörmətlə anırlar.

• Separatçı terror təşkilatı yalnız hərbi və polislə həyata keçirilən tədbirlərlə yox edilə bilməz. Separatçı təşkilat tərəfdarlarının siyasi sahədə önlərini kəsməyə yönəlmiş stategiyaların və buna bənzər tədbirlərin çarə olmadığını da ağlı olan hər kəs artıq anlamışdır. Digər tərəfdən, Qərbin dövlətimizlə əməkdaşlıq edərək separatçı terror təşkilatını yox edəcəyinə inananlar da ötən illər ərzində nə qədər yanıldıqlarını anlamışlar.

• Separatçı təşkilatın hiyləgər taktikalarla xalqımızın içinə və zehninə yerləşdikləri danılmaz bir həqiqətdir. Xalqın rəğbətini qazanmaq üçün hər cür yalana əl atan bu təşkilat kommunistdir və yox edilməsi ideologiyasının xalq tərəfindən tərk edilməsinə bağlıdır.

• Kommunist separatçı terror təşkilatı dövlətin zəif düşdüyü bir anı gözləyir və şərq insanlarını üsyana təşviq etmək üçün fürsət axtarır. Türkiyə Respublikasını Yaxın Şərq üzərində oynanan oyunlarda yalnız öz dərdi ilə məşğul olan, aciz və təsirsiz bir vəziyyətə gətirmək istəyir, buna görə də böyük hadisələrin və ixtişaşların içinə doğru çəkməyə çalışırlar.

• Əsrlər boyu millətimizi bir-birinə bağlayan mənəvi və ülvi dəyərlər gözardı edilib, bunlara lazımi əhəmiyyət verilmədikcə ölkəmizdə getdikcə yayılan separatçı terror bəlasının yox edilə bilməyəcək.

• Allah`a imanın, Peyğəmbər sevgisinin, vətən eşqinin olduğu yerdə separatçı terror bir addım ata bilməz, geri çəkilər, əzilər və yox olub gedər. Bu səbəbdən millətimizin anti-darvinist, anti-kommunist və anti-materialist yöndə maarifəndirilməsi çox vacibdir. Bu təlim millətimizin şəxsiyyətini yenidən qazanmasına və çiçəklənməsinə səbəb olacaq.

Atatürkün kommunizm haqqındakı xəbərdarlıqları ``Kommunizm türk dünyasının ən böyük düşmənidir. Hər görüldüğü yerdə əzilməlidir.``

Cümhuriyyət tariximiz boyunca kommunizmi türk millətinə məminsətmək üçün cürbəcür oyunlar oynanmış, qeyri-qanuni üsullar da daxil olmaqla, bu yolda hər şeyə cəhd edilmişdir. Bunlardan biri Atatürkü kommunizmə rəğbət duyan bir lider kimi göstərmək cəhdidir. Halbuki Atatürk kommunizmi Türkiyə Cümhuriyyəti üçün böyük təhdid və təhlükə olaraq görmüşdür. Atatürkün aşağıdakı sözləri bu həqiqətin ən bariz dəlillərindəndir.

"Bu gün Avropanın şərqində bütün sivilizasiyaları, hətta bütün bəşəriyyəti təhdid edən yeni bir güc peyda olmuşdur. Dünya qiyamı məqsədi ilə bütün maddi və mənəvi imkanlarını səfərbər edən bu qorxunc qüvvə, üstəlik, avropalılara və amerikalılara hələ məlum olmayan yeni siyasi metodlar tətbiq edərək və rəqiblərinin ən kiçik xətalarından da mükəmməl şəkildə istifadə edə bilir. Avrpada baş verə biləcək bir müharibənin əsas qalibi nə İngiltərə, nə Fransa, nə də Almaniyadır. Yalnız bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu məmləkətlə ən çox müharibə etmiş bir millət olaraq, biz türklər orada baş verən hadisələri yaxından izləyir və təhlükəni açıq şəkildə görürük. Oyanan Şərq millətlərinin düşüncələrini istismar edən, onların milli ehtiraslarını oxşayan və kinləri təhrik etməyi bacaran bolşeviklər yalnız Avropanı deyil, Asiyanı da təhdid edən əsas qüvvəyə çevrilmişlər." (Atatürk'ün Söylev ve Demeçleri, c. 3, s. 94-95)

"İçəridən və çöldən müxtəlif məqsədlərlə bu cərəyanın (kommunizmin) məmləkətimizin içinə girməkdə olduğu və buna qarşı ağılla tədbir görülmədiyi təqdirdə millətin çox möhtac olduğu birlik və sükunətini pozan vəziyyətlərin ortaya çıxması imkan daxilində görünür..." (31 Ekim 1920, SD, IV, s. 360-361)

``Moskvada oynanan oyun isə başqa cürdür. Stalin yalnız öz gənclərinə deyil, dünya gənclərinə kommunistlik ideologiyası aşılamağa çalışır. Kommunistlik təbliğatının yoxsulu və cahili çox ölkələrdə necə asan tərəfdar yığdığı isə həqiqətdir...`` (Atatürk'ün İzinde Bir Ömür Böyle Geçti, Sabiha Gökçen, s.155)

Harun Yəhya Külliyatı milli birliyin təsisi və ``Super Güc Türkiyə`` idealına qovuşmaq yolunda, Allah`ın izni ilə, mühüm bir vəsilə olacaq.

Yazıçının bu günə qədər qələmə aldığı kitablarının sayı təqribən 250-dir. Bu kitablar 46.000 səhifə və 31.500 rəsimdən ibarətdir. Bunların 7.000 səhifə və 6.000 rəsimlik hissəsi təkamül nəzəriyyəsinin süqutundan bəhs edir.




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.