Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır


Çin qan tökməyə artıq son qoymalıdır. Zorakılıqla, insanları mərhəmətsizliklə əzməklə, davamlı qan tökməklə yaşamaq Çinə yaraşmır. Dünya tarixində ən böyük soyqırımın dayandırılması və dünyadakı hər cür zülmə son qoyulması üçün İslam Birliyi tezliklə qurulmalıdır. Dünya dövlətlərinin bu zülmə qarşı birləşməsi, beynəlxalq hüququn tətbiq edilməsi vacibdir.

Şərqi Türkistandakı insanlar çətinliklə və zülm altında yaşayırlar. 1965-ci ildən sonrakı qətliamlarla birlikdə bu günə qədər Şərqi Türkistanda 35 milyon uyğur türkü şəhid edilib. Bu ağlasığmaz bir rəqəmdir. Bu gün də uyğur türkü olan müsəlman bacı-qardaşlarımıza qarşı soyqırım davam edir.

Uyğur türkləri evlərindən zorla götürülüb aparılır, beynəlxalq qanunlara zidd olaraq kollektiv şəkildə edam edilirlər. Baş verən son hadisələrdə 196-sı açıq, 600-ü gizli şəkildə ümumilikdə 796 uyğur türkü heç bir hüquqa əsaslanılmadan, hətta özlərini müdafiə etməyə belə icazə verilmədən edam edilib. İyul ayının əvvəlində bir gecədə 10 min müsəlman uyğur türkü itkin düşüb. Bəs bu insanlar hara gedib? Əgər bu insanlar da şəhid ediliblərsə (böyük ehtimalla şəhid ediliblər), onda demək ki, ağlasığmaz qətliam hələ də davam edir.

Hələ aqibətlərinin nə olduğu bəlli olmayan minlərlə uyğur türkü var. 100 min uyğur türk qızları evlərindən zorla götürülüb aparıblar. Onlar ölümlə hədələnərək qeyri-qanuni əlaqə qurmağa məcbur ediliblər. Çin iqtidarı bu qadınları hara apardığını açıqlamalıdır.

Çinin bu zorakılıq siyasətinə son qoyması, Şərqi Türkistandakı müsəlman bacı-qardaşlarımızın təhlükəsiz yaşaması, Çinin öz vətəndaşlarının da rahatlığı üçün təcili olaraq İslam Birliyi qurulmalıdır. İslam Birliyinin qurulması həm Şərqi Türkistanın, həm də Çinin qurtuluşu olacaq. Bu birlik həm Şərqi Türkistanda yaşayan müsəlmanların hüquqlarını ədalətlə, ən gözəl şəkildə qoruyacaq, həm çinlilərin, həm də uyğur türklərinin bir yerdə mehriban, təhlükəsiz yaşayacaqları bir şərait yaranacaq və Çinin inkişaf etməsinə, güclənməsinə səbəb olacaq.

İslam Birliyi sevgi birliyidir. Məhəbbət birliyidir, qardaşlıq birliyidir. Bu birliyin təməli sevgi, fədakarlıq, köməksevərlik, mərhəmət, anlayış və bərabərlikdir. Həmçinin bu birliyin əsl məqsədi insanlara qarşı hörmətdə, estetikada, elmdə və texnologiyada maksimum irəliləməkdir. Birlik qurulduqdan sonra sadəcə türklər və müsəlmanlar yox, bütün dünya rahatlığa qovuşacaq.




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.