"Artıq kommunizm dağılıb oyunu"na diqqət!
|
Separatçı kommunist təşkilatın tərəfdarları və gizli dəstəkçiləri "təşkilatın artıq marksist-leninist fikirlərdən əl çəkdiyi, beləliklə də, Türkiyə üçün 'Kommunizm Təhlükəsi'nin qalmadığı" yönündə hiyləgər bir təbliğat apararaq böyük bir təhlükəni ölkənin gözündən yayındırmağa çalışırlar. Separatçı təşkilatın ateist-kommunist, darvinist, dinsiz quruluşu üzə çıxdıqca panikaya düşən təşkilatın dəstəkçiləri Türkiyə üçün kommunizm təhlükəsinin olmadığı oyununa başlayıblar. Halbuki separatçı təşkilat kommunistdir, məqsədi isə Türkiyəni parçalamaq və torpaq əldə edərək ideologiyası olan kommunizmi bura gətirməkdir.
1. Kommunizm separatçı təşkilatın ideologiyasıdır və terror vasitəsilə əldə etmək istədiyi şey bu ideologiyanı ələ keçirəcəyi ərazidə, zorla da olsa, yaşatmaq və bunu bütün Türkiyədə qüvvəyə mindirməkdir. Ölkəmiz üçün yekun hədəfləri budur. Bölgəmizə və Yaxın Şərqə kommunizmi hakim etmək isə ən son hədəfləridir.
2. Təşkilatın tərəfdarları və gizli dəstəkçiləri ölkəmiz üçün kommunizm təhlükəsinin olmadığı şəklində bir görünüş yaratmağa çalışırlar. Halbuki SSRİ dağıldıqdan sonra kommunistlər yox olmamışdır, sadəcə sayları dəyişmişdir. Həmin dövrdə yüz milyon kommunist var idisə, indi dünyada altmış milyon kommunist mövcuddur.
3. Bu kommunistlərin bir çoxu hal-hazırda kommunist separatçı təşkilata açıq və gizli şəkildə dəstək olan bəzi Avropa ölkələrində sosialist iqtidarlar olaraq təsirlərini davam etdirir, fikirlərini satmağa çalışır, bu düşüncəyə sahib olan qanuni və qeyri-qanuni təşkilatları da dəstəkləyirlər.
4. Türkiyədə baş verən terror hədisələri bir həqiqəti ortaya qoyur: Kommunist separatçı təşkilatın və onun daxildən və xaricdən olan dəstəkçilərinin məqsədi ölkəni Şərqi və Qərbi Kommunist Türkiyə olaraq iki yerə bölməkdir. Kommunist dərin dövlət şəbəkəsinin planı da budur.
5. Lakin bu şəbəkə xüsusilə "kommunizm artıq dağılıb" görünüşü yaratmağa çalışır.. Bu oyun vasitəsilə fikir yayındırmaq məqsədini güdür. Daha sonra gözlənilməyən bir təhlükə ortaya çıxacaq və başa düşüldüyü zaman isə artıq iş işdən keçmiş olacaq.
6. Əgər kommunizm dağılıbsa və ölkəmiz üçün bir təhlükə yaratmırsa, bəs ölkəmizdə 30 min insan niyə öldürüldü? Bayrağında kommunizmin simvolu oraq-çəkic olan separatçı təşkilat niyə terror aktı törədir, on minlərlə insanı hansı məqsədlə öldürür?
7. Kommunizm təhlükəsi yoxdursa, separatçı terror təşkilatı niyə minlərlə evi darmadağın edir, yollara mina döşəyir, nəqliyyatı havaya uçurur və əsgərimizi şəhid edir?
8. Terroristlərin başçısı yazdığı kitablarda niyə kommunizmi və kommunist liderləri tərifləyir?
9. Terroristlərin başçısı niyə hər kommunist kimi Allah'a, dinə qarşı olan və darvinizmi dəstəkləyən fikirlərini bəyan edir, kitablarında bunları yazır?
10. Kommunizm Türkiyə üçün terror təşkilatı və planlanmış bir hədəfdir. Daxildə də kommunist dərin dövlət şəbəkəsi bu məqsədə xidmət edir. Buna görə də bu şəbəkə terror təşkilatının fikir və hədəflərini üzə çıxaran Elmi Tədqiqat Fonduna (BAV) qarşı böhtan kampanyaları hazırlamışdır.
11. Türkiyəni Kommunist Şərqi Türkiyə (Kommunist Kürdistan Respublikası) və Kommunist Qərbi Türkiyə (Kommunist Türkiyə Respublikası) şəklində iki yerə bölmək planı vardır. Bu quruluşda hər iki kommunist respublikanın da Türkiyə Sosialist Respublikalar Birliyi şəklində birləşmiş federal dövlətciklər olaraq qurulması planlaşdırılır. Yaxın Şərqdəki digər ölkələri də sıra ilə kommunist - sosialist həddinə gətirdikdən sonra bu ölkələrə qarşı 'Böyük Armagedon' planı tətbiq edilməyə başlanacaq. 'Böyük Armagedon' planına görə kommunist və Allah'sız olaraq önə sürülən bu ölkələr böyük kütlə qətliamları ilə darmadağın ediləcək, ardınca da bölgəyə Böyük İsrail Dövləti yerləşdiriləcək. Dəccal adlandırılan saxta bir Məsih ortaya çıxarılaraq, onun vasitəsi ilə bu dövlətin də yerlə yeksan edilməsi planlaşdırılır. Yaxın Şərqdə zəncirvari insan qətliamının törədilməsi düşünülür və bu oyunu planlaşdıran Dünya Masonluğudur. Masonluq evangelist xristianları və yəhudiləri burada piyada olaraq istifadə etməyi fikirləşir. Məqsəd isə Yaxın Şərqdə daim sel kimi qan axıdılmasıdır. Buna qarşı ancaq Quran əxlaqından qaynaqlanan qüvvə ilə qurulan İSLAM BİRLİYİ vasitəsi ilə mübarizə aparıla bilər. Bundan qeyri hər qüvvə məğlub olmağa məhkumdur. Türkiyədə masonluğun idarəsi altında olan, dövlətin içinə sızmış kommunist dərin dövlət şəbəkəsi isə bütün əlaqələri ilə bəhs edilən bu planı dəstəkləyir.
Atatürkün kommunizm haqqındakı xəbərdarlığı
"Kommunizm türk dünyasının ən böyük düşmənidir. Hər görüldüğü yerdə əzilməlidir.."
"Avropada baş verə biləcək bir müharibənin əsas qalibi nə İngiltərə, nə Fransa, nə də Almaniyadır. Yalnız bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu məmləkətlə ən çox müharibə aparmış bir millət olaraq biz türklər orada baş verən hadisələri yaxından izləyir və təhlükəni açıq şəkildə görürük. Oyanan Şərq millətlərinin fikri quruluşlarını istismar edən, onların milli ehtiraslarını oxşayan və kinləri təhrik etməyi bacaran bolşeviklər yalnız Avropanı deyil, Asiyanı da təhdid edən əsas qüvvəyə çevriliblər." (Atatürk'ün Söylev ve Demeçleri, c. 3, s. 94-95)
Separatçı təşkilatın kommunist olduğu danılmaz bir həqiqətdir
Separatçı terror təşkilatı hər fəaliyyəti, hər şüarı və hər bəyanatı ilə kommunistdir. Şərq xalqlarının böyük hissəsi isə dindardır. Başqa sözlə, separatçı təşkilatın əsl hədəflərinin və ateist quruluşunun başa düşülməsi təşkilatın yox olmağına vəsilə olacaq. Burada bəhs edilən bir etnik fəaliyyət deyil, kommunist və dinsiz bir fəaliyyətdir.
Təşkilatın marksist-leninist bir quruluşa malik olduğu çox açıqdır. Məsələn, separatçı təşkilatın neçə illərdir istifadə etdiyi bayrağında kommunizmin ən bariz simbolu olan oraq-çəkic motivinin olması mövzunun sübutu üçün kifayətdir. (Bu emblemin daha sonra dəyişdirilməsinin səbəbi strategiya və taktika dəyişikliyindən ibarətdir. Təşkilat kommunist ideologiyadan əsla əl çəkməmişdir.)
Təşkilatın quruluş konqresində mövcud olan və internet saytında yayımlanan ifadələr son dərəcə açıqdır:
"MARKSİST-LENİNİST NƏZƏRİYYƏ ÇOX YAXŞI MƏNİMSƏNİLMƏLİDİR. Rəhbər heyətlər tez-tez marksizmə müraciət etməli, marksizmin tətbiqini başlanğıc şəkli etmək üçün bu təlimi həqiqətən mənimsəməlidirlər. ..Biz SOSİALİZMİ SİYASİ PROBLEMİN HƏLL OLUNMASINDA DAHA ÇOX FƏALİYYƏT BƏLƏDÇİSİ KİMİ İSTİFADƏ EDƏCƏYİK. Mütləq belə bir təlimin təmsilçisi olaraq, belə bir təlimin tərəfdarı olaraq, bunun ən mühüm şərti olan ölkənin siyasi iqtidar məsələsinə tətbiq edərək, mövcud iqtidarı parçalamaqda bir vasitə kimi, fəaliyyət bələdçisi kimi istifadə edərək öhdəmizə düşəni edəcəyik."
Separatçı təşkilatın rəhbərinin 13-cü quruluş ildönümü mesajından:
"Sosializm dağıldı, kommunizm dağıldı" deyənlərə ən yaxşı cavab kimi “əksinə, SOSİALİZMİN ƏN GÜCLÜSÜ, ƏN DOĞRUSU, ƏN UCASI PKK-DA HƏYATA KEÇMİŞDİR' deyirik."
Separatçı təşkilatın rəhbərinin 1 may 1982-ci il tarixindəki çıxışından:
"Amma bunu yaxşı bilməliyik ki, Kürdüstan tarixi bu gün rəsmiləşmək istəyirsə, bütünlüklə işçi təbəqəsi həqiqətini nəzərə almaq məcburiyyətindədir. Nə qədər əlverişsiz şərait yaşasa da, işçi təbəqəsinin obyektiv gücünə və onun fəaliyyət bələdçisi olan elminə, MARKSİZM-LENINİZMƏ ƏSASLANMAQ MƏCBURİYYƏTİNDƏDİR VƏ NƏZƏRƏ ALANDA Kİ, BİZİM VARLIQ SƏBƏBİMİZ TAMAMİLƏ BU HƏQİQƏT ƏSASİNDA YARANMIŞDIR. ...Əgər o qəbilə divarları, o feodal səddlər aşılmasaydı, MÜASİR DÜŞÜNCƏ ƏN İNQİLABÇI DÜŞÜNCƏ OLAN MARKSİZM-LENINİZM beynimizə sıçramayacaqdı, onun üçün zəmin tapa bilməyəcəkdi."
Separatçı təşkilatın rəhbərinin yazdığı kitablardakı aşağıdakı ifadələr də təşkilatın kommunist olduğunun açıq dəlilidir:
"PKK marksizm-leninizm ənənəsinə uyğun olaraq inkişaf etmişdir. Aydındır ki, bundan sonra da ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras istiqamətində formalaşacaq." (Kürdistan'da Halk Kahramanlığı, s.78)
"Lenin 1900-cü ildə nə idisə, mən də 21-ci əsr sosializmini təmsil edirəm, real sosializmlə mübarizə apararaq, imperializmlə mübarizə apararaq yeni sosializmi inşa edirəm." (Özgür Yaşamla Diyaloglar, s. 201)
Partiyamızın Mərkəzi Komitəsinin üzvü və qurucularından olan DƏYƏRLİ KOMMUNİST Məzlum Doğan yoldaş... Xalqın zəngin dəyərlərini SAĞLAM VƏ AYDINLANMIŞ KOMMUNİST ŞƏXSİYYƏTLƏ BİRLƏŞDİRƏN BU YOLDAŞIMIZ... (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.43)
Separatçı təşkilatın rəhbəri marksizm və leninizmi "ləyaqətli düşüncə sistemi", "nəcib elm" kimi ifadələrlə tərifləyir:
Kapitalist-imperialist sistem və onun ən zorba idarəetmə forması olan faşizm xalqlarda belə soylu bir üsyan və bu üsyana yol göstərən MARKSİZM-LENİNİZM KİMİ LƏYAQƏTLİ BİR DÜŞÜNCƏ SİSTEMİNƏ yol açmışdır. (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.22)
MARKSİZM-LENİNİZM ADLI NƏCİB ELMƏ əsaslanmaqdan başqa az bir imkanı olan bu insanlar... (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s. 39)
Separatçı terrorun rəhbəri kommunist liderləri tərifləyir
"PROLETARİYANIN QƏHRƏMANLARI MARKS VƏ ENGELS. Onun NƏZƏRİ, SİYASİ DAHİSİ LENİN və yenə ONUN PRAKTİKİ USTALARI STALİN, HO Şi MİN (HO CHİ MİNH) VƏ MAO. Bunların liderliyi ilə irəliləyən bir çox milli və internasionalist qəhrəmanlar. Bəşəriyyətin azadlıq şüurunu oyandıran, təşkilatlandıran və xalq ordusu adlandırılan orduları ortaya çıxaran bu böyük qəhrəmanların bəşəriyyət tarixindəki yeri həqiqətən böyükdür." (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.87)
Terrorist rəhbərin Allah və din haqqındakı bəzi ifadələri (Uca Allah'ı tənzih edirik)
Aşağıdakı sitatlar separatçı təşkilatın rəhbərinin kitablarından götürülmüş, şəxsən özünə aid ifadələrdir. Bu ifadələrin hamısı bu insanın ateist olduğunu və İslama öz qıt materialist anlayışı ilə rəy bildirdiyini ortaya qoyur:
• Orta məktəb dövründə böyük fəlsəfi böhran yaşadım. Tanrı ilə mübarizə apardım, bu mübarizədən qalibiyyətlə çıxdıqdan sonra yarı Tanrı oldum. (Özgür Yaşamla Diyaloglar, Ekim 2002, s. 257)
• Tək tanrılı din ideologiyaları başdan ayağa siyasət ideologiyalarıdır. Dini ifadə, Allah, peyğəmbər və mələk kimi məfhumlar dövrün siyasi ədəbiyyatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 204)
• Allah bir növ orta əsrin feodal manifestidir, əsas qanunu və bəyanatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 313)
• Namazın özü də ümumi mənada bir teatrdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 354)
BAV ictimaiyyətinin və cənab Adnan Oktarın terrorla mübarizədəki təsiri və böhtanlar
Türkiyədəki hər cür separatçı cərəyana qarşı mübarizə aparan Elmi Tədqiqat Fondunun (BAV) ictimaiyyəti uzun illərdir müxtəlif təzyiq, təhdid və böhtanlara məruz qalır. Bunun səbəbi ölkəmizin üzərində oynanılan oyunların pozulmasında BAV ictimaiyyətinin qurduğu tarixi missiyadır. Bəzi qaranlıq qüvvələr BAV-ı yox etməyə çalışırlar. Xüsusilə, dövlətə sızmış və kök salmış kommunist bir şəbəkə fəaliyyətlərini düşüncəsizlik və utanmazlıq dərəcəsinə gətirib çıxaran intensiv bir böhtan kampaniyasına başlamışdır.
BAV mənsublarını və BAV-in Fəxri Başçısı cənab Adnan Oktarı günahlandıran, qaralamağa çalışan və böhtan atanlardan biri də separatçı təşkilatın rəhbəridir. Digər bütün kommunistlər kimi, uşaq qatili separatçı rəhbər də cənab Adnan Oktarı qaralamaya çalışır və bir kitabında belə deyir:
Başda da MİT-in Türk oliqarx quruluşunun əmrindəki dindarlar vardır. Həm də filosof dindarlardır bunlar. Osmanlı sultanlarına da tarix boyunca yol göstərənlər dindarlar deyildimi? İndi də onlara yol göstərəcək dindarlar vardır. Məsələn, o Adnan hocalar necə ortaya çıxarıldı? (Oligarşik Cumhuriyet Gerçeği,İstanbul, Şubat 2001, s. 25)
Separatçı təşkilatın rəhbəri cənab Adnan Oktarın müdafiə etdiyi fikirlərin, hadisələrə qoyduğu diaqnozlar və onların həllindəki müvəffəqiyyətinin təşkilata verəcəyi zərərlərini tez anlamış, buna görə də böhtan atmaqdan çəkinməmişdir.
Harun Yəhya külliyatı "Super Güc Türkiyə" idealına qovuşmaq yolunda Allah'ın İzni ilə mühüm bir vəsilə olacaq.
Yazıçı bu günə qədər təxminən 250 kitab qələmə almışdır. Bu kitablar 46.000 səhifə və 31.500 rəsimdən ibarətdir.
Bunların 7.000 səhifə və 6.000 rəsim olan hissəsi təkamül nəzəriyyəsinin çöküşündən bəhs edir.
|