Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
|
• Kommunist terror kommunist ideologiyadan qaynaqlanır. Kommunist ideologiyaya duyarsız qalmaq kommunist terrora duyarsız qalmaq deməkdir. Separatçı təşkilatın kommunist ideologiyasını ört-basdır etmək, anlamazlıqdan gəlmək terroristləri və terroru ört-basdır etmək və anlamazlıqdan gəlmək deməkdir.
• Marksist-darvinist-kommunist fəlsəfəni dəstəkləmək kommunist təşkilatın ideologiyasını dəstəkləyir. Avropadakı sosialist-darvinist internasionalın yüzdə 95-i kommunist, sosialist, Allah’sız inancı müdafiə edən separatçı terror təşkilatını dəstəkləyir. Çünki eyni fəlsəfi inanca sahibdirlər. Bu əlaqələrə qarşı geniş tədbir alınmalıdır.
• Allah’sız, kommunist ideologiyaya qarşı elmi mübarizə vacibdir. Darvinist-marksist ideologiya yox olanda kommunist terrorun ideologiyası da yox olacaq. Kommunist sepratçılığa qarşı elmi mübarizə aparan könüllülərə dövlət dəstəyi verilməli, onlar üçün asanlıq yaradılmalıdır.
• Türkiyədə bir çox darvinist, sosialist və marksist separatçı terror təşkilatını gizlicə dəstəkləyir. Təşkilatın dinə və müsəlman-millətçi inanca düşmən olması Kommunist Dərin Dövlət Şəbəkəsinin bu təşkilata heyranlıq duymasına səbəb olur. Dövlətin içinə soxulan və hamısı kommunist-darvinistlərdən ibarət olan Kommunist Dərin Dövlət Şəbəkəsi özünü seperatçı terror təşkilatı qarşısında göstərsə də, əslində tam mənası ilə təşkilat tərəfdarıdır. Bunlar Türkiyəni Şərqi Kommunist Türkiyə və Qərbi Kommunist Türkiyə olaraq ikiyə ayırmaq istəyirlər.
• Kommunizm ilə fikri mübarizə belə xəbis dairələri də yox edəcək. Dərinlərdə gizləndikləri üçün ortaya çıxarılmamış bu dairələrin güclərini əllərindən almağın yolu marksist-darvinist-kommunist fəlsəfə ilə elmi mübarizədir.
• Kommunist Dərin Dövlət Şəbəkəsi separatçı təşkilatın fikri əsası olan kommunist ideologiyanı isrlarla gizləməyə çalışır. Bu qaranlıq güc “Türkiyədə kommunizmmi var?”, “Kommunizm çoxdan bitdi”, “Kommunizm təhlükə deyil” kimi ifadələr istifadə edərək hiyləgərcəsinə bir taktika yürüdür. Separatçı təşkilat haqqında isə “bunlar kommunist deyil”, “bunların kommunizm ilə, darvinizm ilə əlaqəsi yoxdur” tərzində əks-təbliğat apararaq hələ də davam etdirilən anti-kommunist, anti-darvinist, anti-materialist fəaliyyəti dayandırmağa çalışır. Bu minvalla separatçı terror təşkilatına sərbəst fəaliyyət mühiti təmin edilir. Hələ də minlərlə terror təşkilatı nümayəndəsi ev-ev, küçə-küçə gəzərək materialist, kommunist və darvinist təbliğat fəaliyyəti edir. Bu hiyləgər təbliğat qarşısında xalqı maarifləndirmək və xəbərdar etmək mövzusundakı fəaliyyətlər isə kifayət etmir. Dövlətimiz separaçı təşkilata qaşı yürüdülən fikri mübarizəyə dəstək olmalı və həyati mövzuya sahib çıxmalıdır.
Şərqdə məsum insanları qətl edən əli qanlı təşkilatın ateist və kommunist kimliyi xalqımıza tanıdılmalıdır
Separatçı terror təşkilatı hər hərəkatı, hər şüarı və hər bildirişi ilə kommunistdir. Şərq insanlarının böyük əksəriyyəti isə dindardır. Belə ki, separatçı təşkilatın gerçək hədəflərinin və ateist quruluşunun anlaşılması təşkilatın yox olmasına səbəb olacaq. Burada bir etnik hərəkat deyil, kommunist və dinsiz bir hərəkatdan bəhs olunur.
Təşkilatın marksist-leninist bir sistemdə olduğu aydındır. Məsələn, separatçı təşkilatın uzun illərlə istifadə etdiyi bayrağında kommunizmin ən bilinən simvolu olan oraq-çəkic motivinin olması mövzunun sübutu üçün kifayətdir. (Bu emblemin daha sonra dəyişdirilməsinin səbəbi strateji və taktika dəyişikliyindən ibarətdir. Təşkilat kommunist ideologiyadan əsla imtina etməmişdir.)
Təşkilatın quruluş konqresində yer alan və təşkilatın internet saytında yayınlanan ifadələr olduqca aydındır:
"MARKSİST-LENİNİST NƏZƏRİYYƏ ÇOX YAXŞI MƏNİMSƏNİLMƏLİDİR . Lider heyətlər sıx-sıx marksizmə müraciət etməli, marksizmin tətbiq etmək üçün bu təlimi həqiqətən mənimsəməlidirlər. Biz SOSİALİZMİ SİYASİ PROBLEMİN HƏLL OLUNMASINDA DAHA ÇOX BİR HƏRƏKAT BƏLƏDÇİSİ OLARAQ QƏBUL EDİRİK. Mütləq belə bir təhsilin təmsilçisi və müdafiəçisi olaraq, bunun ən mühüm şərti olaraq, ölkənin siyasi iqtidar məsələsinə tətbiqə keçirərək, mövcud iqtidarı parçalamaqda bir vasitə və hərəkat bələdçisi olaraq üzərimizə düşəni yerinə yetirəcəyik.”
Separatçı təşkilatın liderinin 13-cü quruluş ildönümü mesajından:
"Sosializm devrildi, kommunizm devrildi” deyənlərə ən yaxşı cavab olaraq, tam əksinə SOSİALİZMİN ƏN GÜCLÜSÜ, ƏN DOĞRUSU, ƏN UCASI PKK-DA GERÇƏKLƏŞMİŞDİR” deyirik.”
Separatçı təşkilatın liderinin 1 may 1982-ci il tarixli nitqindən:
“Lakin bunu yaxşı bilməliyik ki, Kürdüstan tarixi bu gün rəsmiyyətə qovuşmaq istəyirsə, tamamilə işçi sinfi gerçəyini qəbul etmək məcburiyyətindədir. Nə qədər əlverişsiz şərtləri yaşayırsa yaşasın, işçi sinfinin obyektiv gücünə və onun hərəkat bələdçisi olan elminə, MARKSİZM-LENİNİZMƏ TAM GƏTİRMƏK MƏCBURİYYƏTİNDƏDİR VƏ DİQQƏT EDİLİRSƏ BİZİM VARLIQ SƏBƏBİMİZ TAMAMİLƏ BU GERÇƏK ƏTRAFINDA MEYDANA GƏLMİŞDİR...Əgər o tayfa divarları, o feodal hasarları aşılmasaydı, MÜASİR DÜŞÜNCƏ, ƏN TƏKAMÜLÇÜ DÜŞÜNCƏ OLAN MARKSİZM-LENİNİZM beynimizə sıçramayacaqdı, onun üçün zəmin tapmayacaqdı.”
Separatçı təşkilatın liderinin yazdığı kitablardakı aşağıdakı ifadələr də təşkilatın kommunist olduğunun konkret bir dəlilidir:
PKK marksizm-leninizm ənənəsinə uyğun bir inkişafdan keçmişdir. Bundan sonrası aydındır ki, ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras üzərində formalaşacaq.” (Kürdüstanda Xalq Qəhrəmanlığı, s. 78)
Lenin 1900-cü ildə nə isə, mən də 21-ci əsr sosializmini təmsil edirəm, real sosializmlə vuruşaraq, imperializmlə vuruşaraq yeni sosializmi inşa edirəm.” (Özgür Yaşamla Diyaloglar, s. 201)
Partiyamızın Mərkəzi Komitəsinin üzvü və qurucularından olan DƏYƏRLİ KOMMUNİST məzlum Doğan yoldaş... Xalqın əngin dəyərlərini GÜCLÜ VƏ AYDINLAŞMIŞ KOMMUNİST ŞƏXSİYYƏTLƏ BİRLƏŞDİRƏN BU YOLDAŞIMIZ... (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.43)
Separatçı təşkilatın lideri marksizm və leninizmi “ləyaqətli düşüncə sistemi”, “nəcabətli elm” kimi ifadələrlə tərifləyir:
Kapitalist-imperialist sistem və onun ən zorakı idarəçilik forması olan faşizm, xalqlarda belə nəcib bir üsyan və bu üsyana yol göstərən MARKSİZM-LENİNİZM KİMİ LƏYAQƏTLİ BİR DÜŞÜNCƏ SİSTEMİNƏ yol açmışdır. (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.22)
MARKSİZM-LENİNİZM ADLI NƏCABƏTLİ ELMƏ əsaslanmaqdan başqa az imkanı olan bu insanlar...(Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s. 39)
Separatçı terrorun rəhbəri kommunist liderləri tərifləyir
" PROLETARİYANIN QƏHRƏMANLARI MARKS VƏ ENGELS. Onun NƏZƏRİYYƏ VƏ SİYASƏT DAHİSİ LENİN və yenə ONUN PRAKTİK USTALARI STALİN, HO Çİ MİN VƏ MAO və bunların liderliyində addımlayan bir çox milli və beynəlxalq qəhrəman. Bəşəriyyətin azadlıq şüurunu ayaqlandıran, təşkilatlandıran və xalq ordusu deyilən orduları ortaya çıxaran bu böyük qəhrəmanların bəşər tarixindəki yeri həqiqətən də böyükdür.” (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.87)
Separatçı təşkilatın liderinin təkamül nəzəriyyəsini müdafiə edən bəzi darvinist izahları
Separatçı təşkilatın lideri hər kommunist kimi darvinizmi mütləq bir həqiqət olaraq mənimsəmiş, təşkilatın bütün ideoloji əsasını bu elmdən kənar saxtakarlıq üzərində inşa etmişdir.
• İbtidai icma dövrü BƏŞƏRİYYƏTİN HEYVANLAR ALƏMİNDƏN QOPARAQ tarix səhnəsinə çıxdığı, son dərəcə geri istehsal qüvvələri və bu təməldə formalaşmış bəsit istehsal münasibətlərinin hökm sürdüyü bir mərhələni ifadə edir. (Kürt Hümanizmi ve Yeni İnsan, İstanbul, Nisan 2001, s.25)
• Başlanğıcda insanın özünə yaxın heyvan növlərindən elə çox fərqi yoxdur. Təbiətdə hazır tapdıqlarını yeyir, ağaclar üzərində gəzir. Lakin düşünmək və danışmaq bacarığını qazanmaqla yanaşı, yemək toplamaqda DİGƏR HEYVANLARA qarşı özünü müdafiə etməkdə, təbii fəaləkətlərə qarşı özünü qorumaqda, bəzi ibtidai daş vasitələri düzəltmək və həmcinsləri ilə həmrəylik içində olmaq labüd olur. Bu mərhələyə qədər HEYVANLARA AİD OLAN BİOLOGİYANIN TƏKAMÜL QANUNU hökm sürür. (Kürt Hümanizmi ve Yeni İnsan, İstanbul, Nisan 2001, s.13)
• HEYVANIN ƏN SOSİALLAŞMIŞ FORMASI İNSANDIR. Ən vəhşi heyvandır insan, nə mərhəmətsiz heyvandır. (Kürt Hümanizmi ve Yeni İnsan, İstanbul, Nisan 2001, s.106)
Terrorist liderin Allah və din haqqındakı bəzi ifadələri (Uca Allah’ı tənzih edirik)
Aşağıdakı fikirlər separatçı təşkilatın liderinin kitablarından alınmış, özünə aid olan ifadələrdir. Bu ifadələrin hamısı bu şəxsin ateist olduğunu və İslamı öz qatı materialist anlayışı ilə izah etdiyini ortaya qoyur:
• Orta məktəb illərində böyük fəlsəfi böhran yaşadım. Tanrıya müharibə elan etdim, bu müharibədən qələbə ilə çıxdıqdan sonra yarı Tanrı oldum. (Özgür Yaşamla Diyaloglar, Ekim 2002, s. 257)
• Tək tanrılı din ideologiyaları başdan sona siyasət ideologiyalarıdır. Din, Allah, peyğəmbər və mələk kimi məfhumlar dövrün siyasi ədəbiyyatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 204)
• Allah bir növ orta əsrin feodal manifestidir, təməl qanun və bildirişidir. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 313)
Namazın özü də ümumi mənada bir teatrdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 354)
Harun Yahya Külliyatı "Super Güc Türkiyə" idealına qovuşmaq yolunda-Allah’ın izni ilə-mühüm bir vəsilə olacaq.
Yazarın bu günə qədər qələmə aldığı kitablarının sayı təxminən 250-dir. Bu kitablar 46.000 səhifə və 310500 rəsimdən ibarətdir. Bunların 7.000 səhifə və 6.000 rəsimlik bölümü təkamül nəzəriyyəsinin çökməsini mövzu edib.
Adnan Oktarın, Harun Yəhya ismi ilə qələmə aldığı kitabları ve bunlardan faydalanaraq hazırlanan filmləri, www.harunyahya.org, www.harunyahya.net ve www.harunyahya.com adreslərindən pulsuz olaraq və ya Global Yayıncılık'ın 0212 444 444 1 nömrəli telefonu vasitəsilə əldə edə bilərsiniz.
|