Kommunist Çin dəhşət saçır


Çinin Şərqi Türkistanda təqribən 60 ildir tətbiq etdiyi təzyiq və zülm fasiləsiz davam edir. Ötən 60 il ərzində 35 milyon uyğur müsəlmanının soyqırıma məruz qaldığı Şərqi Türkistanda ötən ay ərzində 796 MÜSƏLMAN EDAM EDİLƏRƏK ŞƏHİD EDİLMİŞ, BİR GECƏDƏ 10 MİN MÜSƏLMAN İTKİN DÜŞMÜŞ, 100 MİN UYĞUR QIZIMIZ ZORLA EVLƏRİNDƏN GÖTÜRÜLMÜŞDÜR. Bu qızlarımız ölüm təhdidi ilə qeyri-qanuni cinsi əlaqəyə məcbur edilirlər. Bir gecədə itkin düşən 10 min müsəlmanın aqibəti isə hələ də məlum deyil. Bu günahsız insanların şəhid edilmələri ehtimalı olduqca yüksəkdir. Çin 10 min uyğur müsəlmanının və 100 min uyğur qızının harada olduğunu açıqlamaq məcburiyyətindədir.

Çinin qan tökməyə son qoymaq vaxtı artıq gəlib çatmışdır. Şiddət və təzyiq tətbiq edərək, insanları amansızlıqla əzərək, daim qan tökərək yaşamaq Çinə yaraşmır. DÜNYA TARİXİNİN BU ƏN BÖYÜK SOYQIRIMININ QARŞISININ ALINMASI VƏ DÜNYADAKI HƏR CÜR ZÜLMƏ SON QOYULMASI ÜÇÜN TEZLİKLƏ İSLAM BİRLİYİNİN QURULMASI ƏSAS ŞƏRTDİR. Dünya dövlətləri bu zülmə qarşı birləşməli, beynəlxalq hüquq dərhal tətbiq edilməlidir.

Şərqi Türkistanı, Fələstini, İraqı, Əfqanıstanı, Krımı, Kərkükü, Morokkonu xilas edə biləcək yeganə həll yolu İslam Birliyidir. Artıq daha çox müsəlman qanının axmaması, İslam ölkələrindəki yoxsulluğun və qıtlığın sona çatması, İslam ərazisindəki ixtişaşların, anarxiyanın və terrorun tamamilə aradan qalxması, hüzurlu, təhlükəsiz, firavan, parlaq bir mədəniyyət inşa edilməsi üçün İslam Birliyinin qurulması əsas şərtdir. Birləşməyən İslam aləminin zərər çəkən müsəlmanları qoruması qeyri-mümkündür. Amma 1 milyarddan artıq əhalisi olan İslam aləmi birləşdiyi zaman dünyanın istənilən yerində tək bir müsəlmanın barmağının ucu da zərər görməz. Bu gün Şərqi Türkistanda yaşanan zülmə yalnız Türkiyədə reaksiya göstərilir. İslam Birliyi qurulsa və bu geniş ərazinin hamısında Çin zülmünə münasibət bildirilsə, belə bir zülm davam edə bilməz.

İslam Birliyinin varlığı həm Çinin bütün narahatlıq və qorxularını aradan qaldıracaq, həm də heç bir müsəlmanın ən kiçik bir ədalətsizliyə və zərər çəkməyəcəyi bir mühit yaranacaq. Çinin firavan olmasının, əzilmədən, təcrid edilmədən varlığını davam etdirməsinin; iqtisadiyyatının sarsılmamasının; sənaye üçün lazım olan enerji qaynaqlarına təhlükəsiz və etibarlı yollarla nail olmasının; hörmət edilən bir dövlət olmasının yolu diktator, zorakılıq edən, şiddətə əsaslanan bir siyasət həyata keçirməsi deyil. Bunun yolu İslam Birliyinin qurulmasıdır.

İslam Birliyi həm Şərqi Türkistanda yaşayan müsəlmanların hüquqlarını ən gözəl şəkildə müdafiə edəcək, həm çinlilər və uyğur türklərinin birlikdə mehriban, hüzur içində yaşaya biləcəkləri təhlükəsiz bir mühit meydana gətirəcək, həm də Çinin inkişaf etməsinə və güclənməsinə kömək edəcək. Qəlbən İslam Birliyinə bağlı olan Şərqi Türkistanın Çinə qarşı düşman bir mövqedə olmayacağı, üsyan etməyəcəyi, Çinin güclənməsi üçün dostca yardım edəcəyi aşkardır, bu həqiqəti Çin rəhbərliyi də görməlidir.

İslam əxlaqının təməlində birlik vardır. Allah Quranda "... Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər." (Ənfal surəsi, 73) ayəsi ilə yer üzündə fitnə-fəsadın sona çatması üçün iman gətirənlərin bir-birləri ilə dost olmalı, ittifaq etməli, birlik və bərabərlik içərisində olmalı olduqlarını bildirimişdir. Bütün müsəlmanlar bu əmrə itaət etməklə məsuldurlar. İslam dünyası bu birliyi istəməlidir. Birlik istəməyən ayrılıq istəyir deməkdir və ayrılığın İslam dünyasına heç bir faydası yoxdur. Müsəlmanların gücü, qüvvəti və mənfəəti birlikdədir.

İslam dünyasının bir olmağının vaxtı gəlib çatmışdır. Dini, dili, ənənələri, inancları bir olan İslam aləminin birləşməsi bütün müsəlmanlar üçün təcili məsuliyyətdir. İslam və türk dünyası bu birliyin qurulmasını böyük bir həyəcan və şövqlə gözləyir. Bu mövzuda bir gecikmə olmamalı, lazımi addımlar dərhal atılmalıdır.




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.