Separatçı terrorun gerçək adı kommunist terrordur
|
Atatürk kommunizm haqqında fikirlərini belə bildirib:
“Kommunizm türk dünyasının ən böyük düşmənidir. Harda görülsə əzilməlidir”
Atatürk kommunizmin dialektik fəlsəfə, materializm və darvinizmdən qaynaqlandığını və bəşəriyyətə zərər verən xüsusiyyətlərini çox yaxşı bilib və ona görə də harada görülsə, əzilməlidir deyərək türk millətinə yol göstərib.
Cənub-şərqdəki terror aktlarını təsvir edəndə istifadə olunan separatçı terror ibarəsi əslində yarımçıq təsvirdir. Çünki bəhs edilən separatçı terror əslində kommunist terrorun elə özüdür. Separatçı kimi adlandırılan aksiya əslində marksist, leninist-kommunist üsyandır. Bu səbəbdən əvvəla illərdir hadisənin əslini gizlədən separatçı terror şablonu ilə tanıdılan bu aksiyanın adını doğru qoymaq çox əhəmiyyətlidir.
Bu, ideologiyasının marksizm-kommunizm olduğunu bildirən, hər cür kommunist prinsipi mənimsəyən, ən bariz kommunist partizan qanunları ilə idarə edilən bir aksiyadır. Ona görə də bu aksiyanı müstəqil separatçı fəaliyyət, adi etnik çaxnaşma kimi qəbul etmək çox yanlış olar.
Şərq əhalisi dindardır və dövlətinə sadiqdir. Xalqımızın kommunist-separatçı təşkilatın Allah, Kitab, din və əxlaq düşməni olduqlarından xəbəri yoxdur. Bu mövzunun terrorun həll edilməsi üçün əhəmiyyətli olduğu dərk edilməlidir.
Problemin mənbəyi öyrənilmədən, səthi yanaşaraq terrora çarə axtarmaq mənasızdır. Daha da gecikmədən mübarizə aparmaq üçün düzgün bir strategiya yaradılmalı və terror darmadağın edilməlidir.
Bu terror separatçı deyil, kommunistdir. Kommunist aksiya əslində qanunları pozmaq, dövləti və milləti dağıtmaq üçün qurulan separatçı bir fəaliyyətdir.
Cənub- şərqdəki kommunist terrora dünya kommunistləri arxa çıxır.
Koreyanı, ya da Almaniyanı bölən kommunist aksiyaçılar kimi cənub-şərqdəki separatçı terroru idarə edənlər də eyni fikirli marksist-leninist-kommunistlərdir. Ərazidəki etnik seqmentlərdən bir qismini aldadaraq istifadə edən bu kommunist fəaliyyətin müdafiəçiləri də dünyadakı kommunist və sosialist təşkilatlar, partiyalar və iqtidarlardır.
Yoxsa kommunistlərin ərazidəki etnik azlıqların problemləri, ya da mənfəətləri üçün hansısa maraqlarının olmadıqları məlumdur. Tək maraqlandıqları və dəstək olduqları şey burada icra edilən kommunist fəaliyyətlə ərazini bölmək niyyətləridir.
Kommunist inqilab az insan tərəfindən edilir, əksəriyyət isə heç vaxt adam yerinə qoyulmur. Bu inqilabı təşkil və tətbiq edənlər sadəcə özlərinin haqlı olduğunu düşünürlər. Onlar öz fikirlərini zorla qəbul etdirirlər.
Kommunistlərin ölkəsi, milləti, irqi, ya da dini yoxdur. Hər ölkədən, hər millətdən kommunistlər ancaq özləri kimi kommunistləri, marksistləri dəstəkləyir. Dünyanın başqa kommunistlərin də cənub-şərqdəki kommunist terroru müdafiə etməsi bunun ən bariz nümunəsidir.
Dünyadakı bütün kommunistlər cənub-şərqdəki marksist-leninist-kommunist fəaliyyəti öz azğın ideologiyalarının qanuni hərəkəti kimi baş düşür, ölkəmizə və dövlətimizin unitar quruluşuna qarşı edilən kommunist inqilabı bir mübarizə kimi görür.
Kommunizm dağılanda yer üzündən silinmədi sadəcə nisbəti dəyişərək 60%-dən 40%-ə düşdü. Bu isə hələ də 100 milyon insandan 40 milyonunun kommunist terroru müdafiə etdiyi deməkdir.
Ölkəmizdə də cənub-şərqdəki kommunist terroru dəstəkləyən müxtəlif mərkəzlərinin olduğu və bunların bir qisminin medianın, ictimai təşkilatların və quruluşların içinə sızdığı məlumdur. Bu səbəbdən əvvəlcə dövlətin içində yuva quran kommunist quruluşlar dərhal təsbit edilməli, bunlar ifşa olunaraq bunlara qarşı lazımi tədbirlər görülməlidir.
Kommunist terrora qarşı fikri mübarizə
Çox yaxşı bilinməlidir ki, kommunizmi fiziki olaraq məhv etməklə heç nə əldə edilmir. Kommunizmin ruhunu öldürmək vacibdir. Kommunizmin ruhu ölsə, fiziki cəhətdən də öləcək.
Anti-kommunist fikri mübarizə, kommunizmə qarşı ən təsirli mübarizə olar. Ancaq təsirli və insanları məlumatlandıran bir fikri mübarizə və təbliğ vasitəsilə marksist- kommunist terrorun qarşısı alınar. Sadəcə hərbi və polis tədbirləri ilə hadisəyə əsaslı həll yolu gətirmək mümkün deyil.
Digər tərəfdən, kommunistlər illərdir davam etdirdikləri partizan döyüşlərində təcrübə qazanıblar. Əvvəllər Viyetnam, Kamboçiya, Xabarovsk, Şimali Koreya kimi ölkələrdə yaşanılanlar bu barədə bir təcrübədir. Belə ölkələrdə sadəcə hərbi və polis tədbirləri ilə kifayətləndikləri üçün kommunist terrora qarşı hansısa bir həll yolu tapmayıb, ciddi əsgər və polis itkiləri veriblər.
Bundan da anladığımız kimi həll sadəcə anti-marksist fikri mübarizədir.
Saxta təməllərə, yalan fəlsəfələrə əsaslandırılan marksist-kommunist ideologiya elmi cəhətdən darmadağın edilməlidir. Marksist-kommunist və darvinist təbliğatlarla beyinləri yuyularaq millətimizə qarşı baş qaldıran insanlar ancaq bu saxta ideologiyaların həqiqi üzləri ortaya çıxarılıb, əsaslandıqları fəlsəfələrin səfaləti göz önünə səriləndə bu kütləvi hipnozdan xilas olar.
Marksist-leninist ideologiyaya qarşı edilən bu fikri mücadilə və təbliğat ya rəsmi cəhətdən dövlət tərəfindən idarə edilməli, ya da bu barədə məsuliyyəti üzərinə götürən biri, yaxud da təşkilat dövlət tərəfindən dəstəklənməlidir.
Marksist-leninist-kommunist təbliğat ilə davamlı tərəfdar toplayan kommunistlərə qarşı əhatəli elmi anti-kommunist, anti-darvinist təbliğat şərtdir. Bu barədə susmaq və gecikmək çox pis nəticələrə gətirib çıxarar.
Dövlətimiz bu dəstəyi verəndə bir tərəfdən də kommunist terroru ideologiya cəhətdən bəsləyən darvinizm kimi zərərli cərəyanlara və bunların təbliğatlarına qarşı da tədbir görməlidir. Dövlət darvinizmin təbliğ edilməsinə icazə verməməlidir. Çünki darvinist təhsil vermək darvinist təbliğata göz yummaq, kommunizmə dəstək olmaq deməkdir. Necə ki, bütün kommunist ölkələr və kommunizmi parlamentar üsullarla hakim etməyi istəyən sosialist Şimali Avropa ölkələri təhsil sistemlərini darvinizmə əsaslandırıblar. Bildiyimiz kimi kommunizm darvinizmi elmi təməl kimi qəbul edir. Darvinizmin irəli sürdüyü həyat mübarizəsi, güclülərin zəifləri məğlub etməsi, təbii seçmə kimi xəyali terminlər dialektik materializmin və dolayısı ilə kommunizmin təbii infrastrukturunu əmələ gətirir.
Ölkəmizdəki terror təşkilatları dialektik fəlsəfənin rəsmi olaraq dəstəklənməsinin rahatlığını yaşayırlar. Öz ideologiyalarına rəsmi dəstəyin verilməsi terror mərkəzlərinin işini daha da asanlaşdırır. Bu səbəbdən dialektik fəlsəfəyə dəstək tezliklə dayandırılmalıdır.
Xülasə, yuxarıda bəhs etdiyimiz gerçəkləri göstərən və xalqımızı separatçı kommunist terrora qarşı məlumatlandıran əhatəli bir təlim siyasəti burada dərhal tətbiq edilməlidir. Bu barədə kitablar, anti-kommunist, anti-darvinist broşuralar, elanlar çıxarılmalı və bunlar insanlara paylanılmalıdır.
Bölgənin televiziyalarında, radiolarda, yerli qəzetlərdə bu təlimə ciddi yer verilməlidir. Lazım olsa, nəqliyyat problemi olan ərazilərdə bu broşura və elanlar təyyarə, ya da vertolyotlardan atılaraq təlimin ən ucqar ərazilərə qədər çatdırılması təşkil edilməlidir.
Türkiyə dünya türkçülüyünün son azad qalasıdır. Kommunist mərkəzlər bu qalanı ələ keçirmək üçün hər cür fitnəyə əl atırlar. Bəzi kommunistlər vətən, bayraq və millət kimi məfhumlar və atatürkçülüyün arxasında gizlənərək ölkəmizə girməyə çalışırlar. Bildiyimiz kimi kommunizmdə hər şey silahla, zorakılıqla və terrorla həll edilir və məqsədə çatmaq üçün hər yol məqbul hesab edilir. Kommunistlər lazım gəlsə, bayraqdan, vətən sevgisindən, demokratiyadan danışırlar. Halbuki bu sadəcə Leninin “Bir addım geri, iki addım irəli” kitabında bildirdiyi taktikadır.
Darvinizm kommunist separatist terror təşkilarının ideologiyasının təməlidir.
Türkiyənin bütövlüyünü hədəf alan ən mühüm təhdid olan separatist terrorun qaynağı kommunist ideologiyadır. Təməli darvinizm və materializm olan bu ideologiya əxlaq, mənəviyyat kimi məfhumları inkar edir, insanları maddi bir əşya, bir növ heyvan kimi görür. Karl Marks darvinizm ilə kommunizmin əlaqəsini belə açıqlayır:
“Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini yaradır” (Marks Engels Mektuplar, cilt 2, s.126)
Lenin isə belə deyir: “ Marksın nəzəriyyəsi təkamül nəzəriyyəsinin ən ardıcıl, ən bütöv, ən düşünülən və əsaslı forması ilə çağdaş kapitalizmə tətbiq edilməsidir.” (Robert M. Young, Darwinian Evolution and Human History)
Terror separatçı təşkilatların əvəzolunmaz üsuludur
Terror darvinizmə əsaslanan separatçı ideologiyaların məqsədlərinə çatmaq üçün istifadə etdikləri təsirli bir üsuldur. Kommunist liderlər terroru əvəzolunmaz bir silah kimi tərəfdarlarına tövsiyə ediblər. Separatçı terror təşkilatının bütün üsulları kommunist ideoloq və liderlərin tövsiyələrinə əsaslanır. Bu liderlərdən Leninin terror təlimatları olduqca diqqət çəkicidir:
"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar çıxartmaq ... Dövlətin xəzinələrindən pulları götürmək ... İnqilabçı kommunist qüvvələr silahlı bir güc olaraq ortaya çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları havaya uçuraraq qorxu yaymalı və bu şəkildə cəmiyyətin üzərində kommunist diktatorluq quraraq iqtidar əldə etməlidir ."("Vladimir Lenin, Nəzəri və Praktik Terror haqqında", Homizuri GP, Moskva 2005)
Bir marksist-leninistin kommunist ideologiyaya uyaraq terror hadisəsi törətməsi kommunistlərin sanki xoşuna gəlir. Qətliamları, bombardmanı və zorakılığı təqdir edərək şeytani həzz duyurlar. Bu səbəbdən Avropadakı və dünyanın müxtəlif yerlərindəki darvinist-marksist düşüncəli insanların terrora qarşı olmasını gözləmək olmaz. Bu marksist fəlsəfənin ideologiyasına ziddir. Belələrini qınamaqla onlara təsir etmək olmaz. Darvinsit-marksistlər terroristləri guya feodalizmə qarşı mübarizə aparan inqilabçı qüvvələr kimi görürlər. Terroristlər Ho Çi Min kimi adı tarixə düşmüş qantökənləri hörmətlə yad edirlər.
Vyetnamlı partizan Ho Çi Min (1890-1969) qatı marksist-leninist və darvinist idi. Separatçı kommunist təşkilatın cənub-şərqdə tətbiq etdiyi partizan üsulları bu azğın kommunist liderinki ilə eyni idi.
Darvinist nəzəriyyə necə darmadağın edildi?
Müasir elm 1859-cu ildə Çarlz Darvinin ibtidai texnika və xəyalpərəstliklə irəli sürdüyü nəzəriyyəsini çürüdüb.
Nəzəriyyənin ortaya atıldığı gündən bu günə qədər keçən 150 ildə aparılan qazıntılarda 250 min növə aid təxminən 100 milyon fosil çıxarılıb. Ancaq bunlardan heç biri Darvinin iddialarını dəstəkləmir. Darvinin nəzəriyyəsinin sübutu lazım olan ara keçid fosilləri heç bir zaman tapılmayıb, çünki belə canlılar əslində heç vaxt mövcud olmayıb. Qarışqalardan ağaclara, yarasalardan köpək balıqlarına qədər müxtəlif növlərə aid milyon illik fosillər mövcuddur və bunlar canlıların təkamül keçirmədiklərini sübut edən konkret dəlillərdir.
Darvindən çox illər sonra ortaya çıxan molekulyar biologiya, biokimya, mikrobiologiya, biomatematik, molekulyar genetika kimi çox sayda elm sahəsi canlılar aləminin təsadüfən meydana gələ bilməyəcəyini və canlıların təkamül keçirməsinin mümkün olmadığını irəli sürüb.
Elm həyatın mənşəyində astronomik ölçüdə məlumat olduğunu, DNT-nin sanki hərf-hərf yazılmış cildlərlə dolu ensiklopediyaya bənzədiyini, hüceyrənin "molekulyar maşınlar" dan meydana gəldiyini kəşf edib. Bunların təsadüflərlə və yavaş-yavaş inkişaf edərək yarana bilməyəcəyi sübut edilib.
Biomatematik sahəsində aparılan hesablamalar həyatın bu kompleks quruluşunun təsadüflərlə meydana gəlmə ehtimalının "0" olduğunu sübut edib. Tək bir zülalın belə təsadüflərlə yaranma ehtimalının 10 üstü 950-də 1 olaraq hesablayan riyaziyyatçılar darvinizmə ən böyük zərbələrdən birini vurublar.
Darvinin təkamül mexanizmi olaraq tanıtdığı 'təbii seleksiya "anlayışının təkamül iddiaları ilə heç bir əlaqəsi olmadığı, təkamülləşdirmə kimi bir təsirinin olmadığı başa düşülmüşdür. Uzun illər dənizdən quruya keçid hekayəsi üçün dəlil olaraq göstərilən Kolekans adlı canlının müasir dövrdə də yaşayan normal bir balıq olduğu məlum olub, quşların əcdadı kimi tanıdılan Arxaeopteriksin ara keçid deyil nəsli kəsilmiş bir quş olduğu sübut edilib. At qalığı kimi tanıdılan fosillərin əslində atlarla heç bir əlaqəsi olmadığı, fərqli dövr və ərazilərdə yaşayıb nəsli kəsilmiş canlılara aid olduğu sübut edilib, insanın əcdadı kimi göstərilən kəllənin və sümük parçalarının həqiqətdə "ya nəsli tükənmiş meymunlara, ya da normal insanlara" aid olduğu sübut edilib. Canlıların başqa canlılara çevrilməsi üçün əsas mexanizm kimi göstərilən mutasiyalar canlılar üzərində təkmilləşdirici təsiri olmadığı kimi, həmçinin canlıları məhv edən xüsusiyyətə malik olduğu məlum olub.
Burda sadalananlar kimi bir çox elmi həqiqətə görə təkamül nəzəriyyəsi darmadağın edilib.
Yerli təkamülçülər təlaş içindədir
Hələ də bir çox mərkəzdə davam edən fosil sərgilərində təkamül nəzəriyyəsinin etibarsızlığını ortaya qoyan yüzlərlə yaşayan fosil xalqımıza təqdim olunur. Yerli təkamülçülər öz iddialarına dəstək olan 3-5 ədəd ara fosil varsa, bunları ən tanınmış mərkəzlərdə, məsələn İstanbul Taksimdə və ya Ankara Ulusda nümayiş etdirilməsi tələb olunub. Ancaq bir neçə dəfə zəng vurulsa da, yerli təkamülçülər bir dənə dəlil belə ortaya qoya bilməyiblər. Ara fosilin olmadığı bu günə qədər xalqdan gizlədilən gerçəkdir. Xalqımız bu dəvət vasitəsilə bu gerçəyi öyrənib.
Darvinizmin “Yarı cahil” tərəftarları
Darvinizm elə bir nəzəriyyədir ki, ona sadəcə cahillər, ya da qismən cahil insanlar inanır. Ciddi tədqiqat aparan insanlar nəzəriyyənin uydurma olduğunu dərhal anlayırlar.
Cahil bir insan cansız maddələrin bir yerdə canlı maddə əmələ gətirdiyi yalanına inanar. Halbuki bu saysız təcrübələrlə ifşa edilən elmdənkənar bir iddiadır.
Cahil, üzü insana bənzər meymuna oxşayan bir varlığa aid bir təsvir görəndə bunu insanın əcdadlarına aid gerçək rəsim olduğunu zənn edir. Gördüyünün sadəcə rəssamın təxəyyülü olan uydurma bir rəsim olduğunu və məqsədin özü kimi cahilləri aldatmaq olduğunu düşünməz.
Cahil insan milyon illərdir yaşayan canlıların heç bir dəyişikliyə məruz qalmadığını sübut edən yaşayan fosillərin darvinizmi yalanladığını dərk edə bilmir.
400 milyon il keçməsinə baxmayaraq, bu gün də yaşayan canlıya aid fosillər tapılıb və bu fosillər canlıların təkamül keçirmədiklərini sübut edib.
Cahil təkamül nəzəriyyəsi ilə bağlı nə görsə, inanmalı olduğunu zənn edir. Məsələn, dinozavr yumurtasından quş çıxdığını, ya da bir dinozavrın qaçanda birdən- biə uçmağa başladığı kimi təəccübləndirici iddialara belə tərəddüd etmədən inanır.
Alimlər təkamülü inkar edirlər
Dərsliklərdə təkamül nəzəriyyəsinin iddialarını darmadağın edən kəşflərin yerləşdirilməsi fikrinin bildirildiyi bir ərizə 1400 alimin də imzasından sonra 28 iyun 2006- cı ildə Milli Təhsil Nazirliyi Təlim Tərbiyə Assambleyası Nazirliyinə təqdim edilib. Elmi Tədqiqat Fondu və Milli Dəyərləri Qoruma Fondu tərəfindən infrastruktru hazırlanan bu imza kompaniyası təkamülçülərin illərdir dedikləri “alimlər təkamülü müdafiə edir” yalanlarına ən gözəl cavab olub.
Kommunist hərəkata qarşı həll yolları
Kommunist terror təşkilatının Şərqdəki gənclərimizin beynini yumaması üçün edilməli olan şey əvvəlcə onlara çox güclü anti-darvinist və anti-marksist təlimlər keçməkdir. Bu edilsə, təşkilat darvinist-materialist yalanlarla heç kimi öz tərəfinə çəkə bilməz.
Gənclərimizə dövlətə üsyanın, terrorun, separatçılığın ağla, məntiqə, dinimizə və insanlığa zidd bir hərəkət olduğu başa salınmalıdır. Bunu yaxşıca dərk edən gənclərin terrora yönəlməsi, dövlətin polisinə, əsgərinə silah atması mümkün deyil.
Darvinist təlqinlərlə beyni yuyulan irqçi düşüncələrin tamamilə vicdandan kənar bir hərəkət olduğunu, irqi ayrıseçkiliyin yanlış olduğu insanlara izah edilməlidir. İnsanın təbiətin bir məhsulu olmadığı, Uca Allah tərəfindən yaradıldığı, bu səbəbdən ağlına nə gəldisə, edə bilmədiyi danışılmalıdır. İnsanların sülh içində, sevgi və ədalətli bir münasibətlə yaşaması ən doğrusudur.
Problemlərin münaqişə etməklə, tezis-antitezis toqquşması ilə və qan tökməklə həll ediləcəyinə inandırılan insanlara gerçək həll yolları göstərilməlidir. Vicdanlı və ağıllı düşünərək dostluq və qardaşlıq abı-havası ilə problemlərin öhdəsindən gələ biləcəyi fikri insanlara aşılanmalıdır.
Hadisələrə nifrətlə, qisas almaq, ya da kin bəsləyərək deyil, təmkinlə yanaşılmalıdır. Unutmaq olmaz ki, xarici qüvvələr mənfəətləri üçün qardaşı qardaşa düşmən edir, qonşunu qonşuya qırdırır. Bu oyunlar xalqımıza açıq- aşkar göstərilərək ifşa edilməlidir. Kürd, laz və çərkəzlər də daxil olmaqla ləyaqətli türklər onlara edilən bu hiylələri öyrəndikdə bir-birləri ilə münaqişə etməyin necə pis nəticələr gətirəcəyini biləcək və münaqişə etməkdən imtina edərək birlik yaratmaq istəyəcəkdir.
Şərqdə yaşayan vətəndaşlarımıza kommunist terror təşkilatının əsl üzü tanıdılmalıdır. Xalqımız bu təşkilatın əsl üzünü tanıyanda bu təşkilatın tərəftarlarını ifşa edəcək. Şərq tərəfinin insanları dindardır. Separatçı təşkilatın Allah`ı inkar edən, Qurana və Peyğəmbərimizə (səv) hörmətsizlik edən düşüncələri haqqında xalqımız məlumatlandırılsa, bu təşkilata qarşı olan inam da nifrətə çevriləcək.
Xalqımız dövlətə bağlıdır. Dövlətinə güvənir. Dövlət şəfqətini, qüdrətini həqiqi mənada hiss etdirsə, bir çox problem asanlıqla aradan qalxar. Bu ediləndə kommunist separatist təşkilatın təbliğat aparmağa gücü qalmaz və hiylələri pozular.
Bu vətən uğrunda kürd də, laz da, çərkəz də qəhrəmancasına döyüşüb və şəhid olub. Ay-ulduzlu bayrağımız altında yaşayan və “mən türkəm” deyən hər kəs irqinə, soyuna, inancına baxmadan türkdür. Bu çox yaxşı izah edilməli, kimsənin üstünlük haqqı olmadığı gerçəyi xalqımıza çatdırılmalıdır. Bu ölkə bir irqə, ailəyə və ya zümrəyə aid deyil. “Türkəm” deyən, bu vətənə könül verən hər vətən övladının hər mövqedə vəzifə almaq hüququ vardır. .
Bu vətənin hər fərdi, güclü Türk Cümhuriyyətinin himayəsində olduğunu anlamalıdır. Sosial hüquqlar, səhiyyə, təhlükəsizlik kimi tələblər ən ədalətli şəkildə qarşılanmalı, kimsəyə ikinci təbəqəli vətəndaş rəftarı edilməməlidir.
Təhsil yalnız Şərq üçün deyil, Qərb insanı üçün də bir ehtiyacdır. Ölkəmizdə öz mənfəətlərini və rifah səviyyəsini qorumaq üçün xalqımızı alçaq görən, pis üslublu, gününü boş işlərlə hədər edən bir qisim insanların varlığı da müzakirə edilməz bir həqiqətdir. Xüsusilə bəzi mətbuatlar xalqın milli-mənəvi dəyərlərini tanımasına şərait yaratmalıdır. Bütün mətbuatın xalqımızı yaxşılığa, gözəlliyə, sevgiyə, qardaşlığa, sülhə və güclü Türkiyə üçün işə istiqamətləndirici, ümid verən bir üsluba yönəlməsi şərtdir. Cəmiyyətin mətbuat tərəfindən yanlış istiqamətləndirilməsinə qarşı dövlətimizin xəbərdaredici və tənzimləyici olması isə milli mənafeyimiz və dövlətimizin unitar quruluşunun qorunması baxımından bir zərurətdir.
|