Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir!


Separatçı terror təşkilatı sadəcə dağda deyil, xalqın arasında da fəaliyyət göstərir və xalqın arasında davamlı şəkildə materializm və kommunizmi təbliğ edir. Çünki kommunist hərbçilər İslam əxlaqını mənimsəmiş bir cəmiyyətdə uğur qazana bilməyəcəklərini çox yaxşı bilirlər.

Bu fəaliyyət isə dağdakına nisbətən daha təhlükəlidir və nəticələri də daha dəhşətli ola bilər. Çünki Şərqdəki insanların marksist-darvinist düşüncələr və bunların səbəb ola biləcəyi zərərlər haqqında kifayət qədər məlumatları yoxdur. Əgər vaxtında tədbir görülməzsə, kommunist yönlü separatçı təşkilatın təlqinlərinə gün keçdikcə daha çox gəncimiz məruz qalacaq.

İnsan sevgisinin, gözəl əxlaqın, şəfqətin və mərhəmətin vacibliyini dərk edərək böyüyən üstün keyfiyyətli bir gənclik yerinə darvinist fikirli gənclik gələrsə, nəticə məhvə qədər gətirib çıxara bilər.

Kommunizm kimi azğın ideologiyalara tərəfdar toplamaq üçün ilk edilən iş "insanın təbiətin təsadüflər nəticəsində meydana gətirdiyi bir heyvan növü olması" yönündəki darvinist iddiaları cəmiyyətlərə mənimsətməkdir.

Darvinist fikirli cəmiyyətlərdə vəfanın, sədaqətin, şəfqətin, fədakarlığın heç bir əhəmiyyəti yoxdur, din, ailə, millət, bayraq kimi anlayışlar da heç bir məna ifadə etmir.

Separatçı terror təşkilatı terroristlik təlimi keçdiyi insanlara əvvəlcə dialektik materializm və bu fəlsəfənin təməli olan darvinizm təlimini keçir. Əgər bunlara qarşı effektli və qətiyyətli bir fikri mübarizə və təbliğat aparılarsa, marksist-kommunist terrorun qarşısı alınacaq.

Türkiyəni kommunist terror vasitəsi ilə yox etmək istəyirlər. Bunun əlacı kommunizm zəmininin yox edilməsidir. Bu zəmin isə darvinizmdir.

Şərq milləti gözəl və örnək əxlaqa malikdir. Mədəni, şərəfli, dövlətinə sədaqətli və insanpərvərdirlər. Ən gözəl yeməkləri qonaqlarına təqdim edəcək qədər qonaqpərvər, fədakar və sevgi doludurlar. Bu vətəndaşlarımızı qorumaq, ehtiyacları olan dəstəyi tam şəkildə ödəmək dövlətimizin vəzifəsidir.

Şərqdə yaşayan insanlar Türkiyə Respublikasının özəl fərdlərindən olduqları üçün qürur və sevinc hissi duyurlar. Dövlət tam dəstək olarsa, bir çox problem asanlıqla həll olunacaq, kommunist fikirli separatçı terror təşkilatı artıq kommunizmi təbliğ edə bilməyəcək və hiylələri də pozulacaq.

Səfərbərlik ruhu ilə, güclü əzm və qətiyyətlə səy göstərərsək, ölkəmizin dirçələcəyinə və millət olaraq 21-ci yüzilliyə damğamızı vuracağımıza tam inanırıq.

Atatürk kommunizmi böyük bir təhlükə olaraq göstərmişdir.

"Kommunizm türk dünyasının ən böyük düşmənidir və görüldüyü hər yerdə əzilməlidir."

Respublika tarixi boyunca kommunizmi türk millətinə mənimsətmək üçün fərqli oyunlar oynanılmış, -qeyri-qanuni üsullar da daxil olmaqla- bu yöndə hər yoldan istifadə olunmuşdur. Bu cəhdlərdən biri də Atatürkü kommunizm ideologiyasını davam etdirən rəhbər olaraq göstərməkdir. Halbuki Atatürk kommunizmi Türkiyə Respublikası üçün böyük bir təhlükə olaraq görmüşdür. Atatürkün aşağıda qeyd edilən ifadələri bu həqiqətin şübhəsiz doğru olduğunun açıq dəlillərindəndir.

Kommunist fikirli separatçı terror təşkilatının ideologiyasının təməli darvinizmə əsaslanır.

Türk dövlətinin bölünməzliyini hədəf alan ən mühüm təhlükə-separatçı terror, həqiqətən də, kommunist ideologiyaya əsaslanır. Materializmə və darvinizmə əsaslanan bu ideologiya, əxlaqı, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanları sadəcə maddə olaraq və bir növ heyvan cinsi kimi görür. Karl Marks darvinizm və kommunizm əlaqəsini bu cür açıqlamışdır:

"Darvinin əsəri böyük bir əsərdir və tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından əsasını qoyur." ( Marks Engels Məktublar, cild 2, s.126)

Lenin isə belə demişdir : " Marksın nəzəriyyəsi bütövlükdə təkamül nəzəriyyəsinin ən sistemli, ən dəqiq, ən dərin və köklü forması ilə müasir kapitalizmə tətbiq olunmasıdır. " ( Robert M.Young, Darwinian Evolution and Human History)

"Bugün Avropanın şərqində bütün sivilizasiyaları və hətta bütün bəşəriyyəti təhdid edən yeni bir güc meydana çıxmışdır. Bütün maddi və mənəvi imkanlarını bütövlükdə dünyada qiyam törətmək uğrunda sərf edən bu qorxunc qüvvə avropalılara və amerikalılara hələ məlum olmayan ən yeni siyasi metodlar tətbiq edir və rəqiblərinin ən kiçik səhvlərindən belə mükəmməl şəkildə istifadə edə bilir. Nə İngiltərə, nə Fransa, nə də Almaniya Avropada baş verəcək müharibənin qalibi deyil. Müharibənin qalibi sadəcə bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu ölkə ilə ən çox mübarizə aparmış bir millət olaraq biz türklər orada baş verən hadisələri yaxından izləyir və təhlükəni hər tərəfli görürük. İnkişafda olan Şərq millətlərinin ideologiyalarını oğurlayan, onların milli dəyərlərinə yiyələnən və bununla da hamının nifrətini qazanan bolşeviklər (kommunistlər) yalnız Avropanı deyil, eləcə də Asiyanı hədələyən başlıca qüvvə idilər." (Atatürkün çıxışı və çıxışından seçmələr, c. 3, s. 94-95)

"Bu axının (kommunizm) müxtəlif məqsədlərlə ölkəmizə daxil olduğu və buna qarşı müvafiq tədbir alınmadığı təqdirdə millətin ən çox möhtac olduğu birlik və sakitliyi pozan hallar daha da çoxalacaq..." (31 Oktyabr 1920, SD, IV, s. 360-361)

"Moskvada oynanılan oyun isə başqa cürdür. Stalin təkcə öz ölkəsindəki gənclərə deyil, bütün dünya gənclərinə kommunizm ideologiyasını aşılamağa çalışır. Avam və cahil insanların çox olduğu ölkələrdə isə kommunizmin daha asan təbliğ edildiyi danılmaz faktdır..." ( Atatürkün izində bir ömür belə keçdi, Sabiha Gökçen, s.155)

Kommunist təşkilatların hər zaman istifadə etdiyi üsullardan biri terrordur.

Terror əsası darvinizmə dayanan separatçı ideologiyaların hədəfə çatmaları üçün istifadə etdiyi çox effektiv bir üsuldur. Kommunist liderlər terroru zəruri bir silah olaraq öz tərəfdarlarına tövsiyə etmişlər. Separatçı terror təşkilatının bütün üsulları kommunist ideoloq və liderlərin tövsiyələri əsasında həyata keçirilir. Bu liderlərdən olan Leninin terror təlimatları ilə tanış olaq:

"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar törətmək... Dövlət xəzinələrindən pul oğurlamaq... İnqilabçı kommunist qüvvələr məğlubedilməz silahlı qüvvə olaraq tanınmalıdır. İnsanları öldürərək, hər yeri bombardman edərək, binaları dağıdaraq qorxu yaratmaq və bu yolla cəmiyyət üzərində kommunizm diktatorluğunu tətbiq etmək iqtidara çatmağımızın mühüm ünsürlərindəndir." ( "Vladimir Lenin, Nəzəri və Praktiki Terror Haqqında" , Homizuri G.P., Moskva 2005)

Bir marksist-leninistin kommunizm ideologiyasının tələb etdiyi terroru törətməsi kommunistlərə xüsusi zövq verir. Törədilən qətliamlardan, bombardmanlardan və şiddətdən şeytani bir həzz duyur və bunu təqdir edirlər. Buna görə də Avropada və dünyanın müxtəlif yerlərindəki darvinist-marksist fikirli insanların terrora qarşı olmasını gözləyə bilmərik. Bu, marksizm fəlsəfəsinin ruhuna-məntiqinə zidd olar. Qınaq mesajları, xəbərdarlıqlar bu cür kütlələri qətiyyən maraqlandırmaz. Darvinist-marksistlər terroristləri, " feodalizmə qarşı mübarizə aparan inqilabçı qüvvələr" olaraq görürlər. Terroristlər Ho Çi Min kimi tarixə keçən qan tökənləri hörmətlə yad edirlər.

Vyetnamlı partizan lideri Ho Çi Min (1890-1969) qatı marksist-leninist və darvinist idi. Separatçı kommunist təşkilatın Cənub Şərqdə istifadə etdiyi partizan üsulları bu azğın kommunist liderin üsulları ilə eynidir.

İmperializmin ən effektli silahı: Darvinizm

Darvinizm dünya imperializminin istifadə etdiyi bir silahdır. İmperialist ölkələr işğal etmək və əsarəti altına almaq istədikləri ölkələrdə mənəvi gücü sarsıtmaq üçün səy göstərirlər. Bu fəaliyyətdə darvinizm əsas rol oynayır. Çünki darvinizm təlimlərini mənimsəyən cəmiyyətlər çox asanlıqla imperialist dövlətlərin tabeçiliyinə keçirlər.

Məktəblərdə tətbiq edilən darvinizm təbliği Osmanlı imperiyasına son çağlarında mənfi təsir göstərmiş, cəmiyyəti birləşdirən mənəvi dəyərlərdən məhrum bir idarəçi heyətin olmaması da ölkəni süquta uğratmışdır.

İmperialistlər darvinizm təlimləri vasitəsi ilə “cəmiyyətləri qütblərə ayırıb bir-birləri ilə münaqişəyə sövq edirlər”. Dünyanın bir çox ölkələrində olan faşist-kommunist qütbləşmələri “qarşıdurmanın təbiətin bir qanunu olduğunu” iddia edən darvinist təlqinlərin məhsuludur. Bu təlqinlər inkişafın və tərəqqinin zəruri halı olaraq göstərilir. Milyonlarla insanın həyatına təsir göstərən darvinizmin “həyatın bir mübarizə yeri” olduğu, “tərəqqinin qarşıdurmalarla” gerçəkləşəcəyi barədə yalanları imperializmi də gücləndirir.

Müsəlman ölkələri, darvinist təlqinli üsullarla mənəviyyatdan uzaqlaşdırılaraq qütblərə ayrılmış, zəiflədilmiş və imperialist qüvvələrin təsiri altına düşmüşdür. Belə ki, Sovet İttifaqı dövründə müsəlman dövlətlərinin uzun illər boyu darvinizm-kommunizm ideologiyasının əsarəti altında qaldığı həqiqəti də unudulmamalıdır.

Vəhşi Kapitalizm, kommunizm və faşizmin “görünməz gizli gücü” olan masonlar isə ideologiyalarını dəstəkləyən darvinizmi öz yayımlarında bu cür müdafiə edirlər:

“Bugün artıq ən sivil ölkələrdən ən geridə qalmış ölkələrə qədər hər yerdə yeganə əsaslı elmi nəzəriyyə Darvinin və onun yolu ilə gedənlərin nəzəriyyəsidir.” ( Memar Sinan Dərgisi 1980, sayı: 38,s. 18)

Mustafa Kamal Atatürk dindar bir vətən övladıdır "Türk milləti daha dindar olmalıdır, yəni bütün sadəliyi ilə dindar olmalıdır demək istəyirəm. Dinimizə həqiqətə inandığım kimi inanıram. Din şüura zidd, irəliləməyə mane olan heç bir şey ehtiva etmir.” ( Atatürk və Dini Təlim, Ahmet Gürbaş, Dini İşlər Naziliyi Yayımları, s.32)

“Millətimiz din və dil kimi iki güclü ləyaqətə malikdir. Bu ləyaqətləri heç bir qüvvət millətimizin qəlbindən və vicdanından ayıra bilməyib və bunu edə də bilməz.” (Atatürkün Çıxışı və Çıxışından seçmələr II, s. 66-67)

“(Türklər) Əsl İslamın vacib və çox dəyərli həqiqətlərini olduğu kimi anlamırlar. Məhz zəifləməyimizin əsas səbəbləri bu məqamda dayanır.” ( Sadi Borak, Atatürk və Din, s..36-37)

O (Muhəmməd peyğəmbər) Allah`ın birinci və ən üstün ləyaqətə malik quludur. Bugün milyonlarla insan onun yolu ilə gedir. Mənim, sənin adın silinir; amma,sonsuza qədər O, ölümsüzdür.” (Atatürkün Fikir və Düşüncələri Prof.Dr. Utkan Kocatürk, s. 195)

“Bütün dünya müsəlmanları Allah`ın sonuncu peyğəmbəri olan Muhəmməd peyğəmbərin göstərdiyi yolu izləməli və verdiyi təlimatları tam şəkildə yerinə yetirməlidir. Bütün müsəlmanlar Muhəmməd peyğəmbəri örnək götürməli və onun etdiklərini etməyə çalışmalı; İslamın hökmlərini olduğu kimi yerinə yetirməlidirlər. Çünki yalnız bu yolla insanlar xilas ola və dirçələ bilərlər.” (Atatürk, Nədim Sənbai, AU Dil, Tarix, Coğrafiya Yay., s. 102)

“Muhəmməd peyğəmbərə duyulan sevgi yalnız onun yürütdüyü fikirləri, əsasları qorumaqla göstərilə bilər.” (Şəmsəddin Günaltay, Ülkü Jurnalı, sayı 100, s. 4)

“Allah birdir, pak və müqəddəsdir. Allah`ın rəhmət və sevgisi sizinlə olsun. Peyğəmbərimiz Allah tərəfindən insanlara dini həqiqətləri çatdırmaq üçün təyin olunmuş bir elçi idi. Hamımıza aydındır ki, bu, Müqəddəs Qurandakı ayələrdə çox açıq şəkildə bildirilmişdir. İnsanların bəsirət gözünü açan dinimiz son dindir. Ən mükəmməl dindir. Çünki dinimiz ağıla, məntiqə, həqiqətə tamamilə uyğundur.” ( Atatürkün Çıxışı və Çıxışından seçmələr)

“Dini olmayan millət millət olaraq davam edə bilməz.” ( Yaxınlarından xatirələr, Asəf İlbay, s. 102)




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.