Kommunizm təhlükəsinə diqqət edilməlidir!


Türkiyə tarixin ən böyük kommunist hərəkatı ilə üzləşir. Cənub-şərqdə davam edən kommunist separatçı hərəkat əslində çox böyük bir planın ara mərhələsidir. Bu plan Türkiyənin bir hissəsini deyil, bütün ərazilərini əhatə edəcək qədər böyükdür.

Türkiyəni bölmək üçün qurulan hiylələr baş tutsa, bundan dərhal sonra bütün vətəni əhatə edən kommunistləşdirmə fəaliyyəti başladılacaq. Əsl məqsəd isə kommunist bir Yaxın Şərq yaratmaqdır.

Dinsiz, kommunist Yaxın Şərq yaratmaq məqsədinə çatdıqdan sonra İsrail ərazidəki ölkələrlə müharibəyə başlayacaq, Yaxın Şərqi yerlə yeksan etmək planına start verəcək. Planlanılan bu Armagedonun sonunda isə sadəcə İsrail qazanacaq. İsrail xalqının məhv edilməsi isə qırğın planının ən sonuncusudur. Bu Dəccalın planıdır.

Türkiyə və Yaxın Şərq üçün hazırlanan mənfur hiylələrə anti-darvinist, dindar, millətçi bir sistemlə qarşılıq verilsə, Dəccalın planı pozular. Bu böyük elmi, imani, humanitar mücadiləni türklər edəcək. Tarixi həqiqətlər türkün yüksək səciyyəsi və imanı bu mübarizə üçün mükəmməl bir model yaradır.

Türk gəncləri kommunizm, materializm, darvinizm, vəhşi kapitalizm, massonizm və şovinist siyonizmə qarşı məlumatlandırılmalıdır. Bu fəaliyyəti göstərənləri dövlət dəstəkləməlidir. Dövlət bu istiqamətdə məntiqli bir siyasət təşkil etməlidir.

Universitetlərdə, liseylərdə, darvinist-materialist təlimə qarşı məntiqli, doğru bilgiyə əsaslanan bir təhsil verilməli, materializm və darvinizmin yalanları elmi dəlillərə əsaslanaraq izah edilməlidir.

Separatçı terror təşkilatı sadəcə dağda deyil, xalqın arasında da fəaliyyətlərini davam etdirir. Bu təşkilat xalqın arasına sızır və kommunizmi və materializmi sistemli şəkildə təbliğ edir. Çünki kommunist partizanlar İslam əxlaqını mənimsəyən bir cəmiyyətdə müvəffəqiyyət qazanmayacaqlarını yaxşı bilirlər. Bu fəaliyyət dağdakından daha pis nəticələr yaradacaq. Çünki Şərqdə yaşayanlar marksist-darvinist fikirlər və bunların gətirdiyi zərərlər barədə kifayət qədər məlumatlı deyillər. Əgər vaxt keçmədən tədbir görməsələr, kommunist separatist təşkilatın təlqinlərinə getdikcə daha çox gəncimiz inanacaq. İnsanlara qarşı sevginin, gözəl əxlaqın, şəfqətin və mərhəmətin əhəmiyyətini bilərək inkişaf edən gənc nəslin əvəzinə darvinist təlim alan gənclik yetişsə, nəticə cəmiyyətin fəlakətinə gətirib çıxarar.

Kommunizm kimi vəhşi ideologiyalara tərəfdar toplamaq üçün ilk edilməli şey insanın, təbiətin və təsadüflərin məhsulu olan bir növ heyvan olduğunu iddia edən darvinist fərziyyələri cəmiyyətə qəbul etdirməkdir. Darvinist cəmiyyətlərdə vəfa, sədaqət, şəfqət kimi xüsusiyyətlərə əhəmiyyət verilmir. Din, ailə, millət, bayraq kimi məfhumlar da onlar üçün əhəmiyyətsizdir. Separatist terror təşkilatı da terrorist kimi yetişdirəcəyi insanlara əvvəlcə dialektik materializm və bu fəlsəfənin mənbəyi olan darvinizm təlimi verir. Bu səbəbdən bunlara qarşı təsirli və qərarlı bir fikri mübarizə aparılsa və təbliğ edilsə, marksist-kommunist terrorun qarşısı alınar. Türkiyəni kommunist terrorla məhv etməyə çalışırlar. Bunun çarəsi kommunizmin mənbəyini məhv etməkdir. Bu mənbə isə darvinizmdir.

Şərqdə yaşayan insanlar nümunəvi əxlaqa sahibdirlər. Şərəfli, namuslu, uzaqgörən, dövlətinə bağlı və inanclıdırlar. Qonaqpərvər, fədakar və mehribandırlar. Anadolu əhalisinin bu cür üstün keyfiyyətləri var. Belə insanları qorumaq, onlara dəstək olmaq dövlətimizin vəzifəsidir. Terror təhlükəsi Şərqdə yeni, modern mexanizmlərin qurulmasına, böyük investisiyalara imkan vermir. Bu səbəbdən Şərq əhalisi bu cəhətdən çətinlik çəkir. Türk hökuməti bu müddət ərzində geyim, yemək, mənzil kimi əsas məsələlər barədə planlar qurmalıdırlar. Bununla yanaşı, ölkə iqtisadiyyatının dirçəlişi üçün kənd təsərrüfatına və heyvandarlığa dəstək verilməli, orada yaşayanlar Türkiyə Respublikasının seçilən fərdlərindən olduğu üçün qürur duyacaqlar. Dövlət xalqa qarşı sevgisini hiss etdirsə, kommunist separatçı terror təşkilatının gücü zəifləyəcək, tələləri pozulacaq.

Dünyanın ən azğın dini darvinizmdir. Vəhşi kapitalizm, kommunizm və faşizm darvinizmin məzhəbləridir. Masonluq bu məzhəblərin bütün dünyadakı ən böyük təriqətidir.

Separatçı terror təşkilatının ideologiyasının təməli darvinizmdir Türk dövlətini bölmək istəyən ən əsas təhlükə olan separatçı terrorun mənbəyi birbaşa kommunist ideologiyadır. Materializm və darvinizmə əsaslanan bu ideologiya əxlaq, mənəviyyat kimi məfhumları qəbul etmir, insanlara sadəcə maddi varlıq kimi dəyər verir, hətta darvinizmin təsiri ilə insanları bir növ heyvan kimi görür.

Darvinizmlə kommunizmin əlaqəsini nümunələrlə belə verək: Karl Marks: "Darvinin əsəri böyük əsərdir. Təbiət elmləri baxımından sinfi mübarizə bu əsərə əsaslanır" (Marks Engels Məktublar, cild 2, s.126) Materializmə qarşı canfəşanlıqla aparılan mübarizə nəticəsiz qalmağa məhkumdur!

Millətimizi darvinist yalanlara qarşı xəbərdar edən və bu yalanın məhvedici təsirlərini aradan qaldırmaq istəyənlər materialistlərin hədəfinə çevriliblər.

Türk xalqı darvinizmi, materializmi və bunlara əsaslanan ideologiyaları inkar edir və Allah`a imanını qoruyaraq gücləndirirlər. Bu belə olduğu təqdirdə ölkəmizlə bağlı qurulan mənfur planların heç biri baş tutmayacaq (Allah`ın izni ilə). Bunun şüurunda olan qüvvələr bacardıqca millətimizin imanına, əxlaqına mənfi yöndə təsir etməyə çalışırlar. Ancaq buna mane olan qüvvə Harun Yəhyanın kitabları, internet saytları və sənədli filmlərindən ibarət əsərləri və Elmi Tədqiqat Fondunun təşkil etdiyi konfranslardır.

Türkiyədə 1980-ci ildən etibarən böyük imani, milli, mədəni və elmi fəaliyyətlər edilir. Bu sayədə türk gəncliyi milli və mənəvi dəyərlərinə sahib çıxaraq, ateist və separatçı ideologiyalara meyil etməkdən xilas olub. Bu səbəbdən Avropanın ictimai və siyasi rotasını təyin edən zehniyyət olan materialist-darvinist heyət Türkiyənin imanlı xalqının özləri üçün böyük bir təhlükə olduğuna qənaət gətiriblər. Avropa materialist məclisləri Türkiyədə separatçı, ateist, materialist ideologiyaların yayılması qarşısında tək böyük maneə kimi gördükləri Harun Yəhya (Adnan Oktarın) və Elmi Tədqiqat Fondunun fəaliyyətlərini dayandırmaq üçün yeni hiylələrə əl atıblar.

Bu planlar keçmişdə olduğu kimi bu gün də təzyiq, təhdid, qorxutma, sui-qəsd, yalançı şahidlər kimi üsullarla, Türkiyədə hazır saxlanılan qüvvələrin və bəzi mətbuat orqanlarının dəstəyi ilə reallaşdırılmağa çalışılır.

Türklər əvvəllər belə hiylələrin şahidi olublar. Dostla düşməni, mənfəət güdən bir insanla vətənpərvəri bir-birindən rahatlıqla ayırd edə biləcək qədər fərasətlidirlər.

Terror separatçı təşkilatın əvəzsiz üsuludur. Dayağı darvinizm olan separatçı ideologiyaların məqsədlərinə çatmaq üçün istifadə etdikləri üsul terrordur. Kommunist liderlər terroru əvəzsiz bir silah kimi tərəfdarlarına tövsiyə ediblər. Separatçıların bütün metodları kommunist ideoloq və liderlərin tövsiyələrinə əsaslanır. Bu liderlərdən biri olan Leninin terror təlimləri çox cəlbedicidir:

"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar çıxartmaq ... Dövlətin xəzinələrindən pulları götürmək ... İnqilabçı kommunist qüvvələr məğlubedilməz şəkildə ortaya çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları havaya uçuraraq qorxu yaymaq və bu şəkildə cəmiyyətin üzərində kommunist diktatorluq yaratmaq iqtidara çatmağımızın əhəmiyyətli ünsürlərindəndir. "("Vladimir Lenin, Nəzəri və Praktik Terror haqqında", Homizuri GP, Moskva 2005)

Təməli darvinizm olan marksist-leninist fikirlər və Leninin terror əmrləri ilə yetişən separatçı xadimlər əsgərimizi, polisimizi və günahsız vətəndaşlarımızı qətl edir, hər cür terror üsuluna əl atırlar. Avropadakı və dünyanın müxtəlif yerlərindəki darvinist-marksist fikirli insanlar isə terrora qarşı çıxmaz. Bu marksist fəlsəfənin ruhuna-məntiqinə zidd olar. Qınaq mesajları, Allah`ın əzabı ilə qorxudan sözlər belə kütlələri heç maraqlandırmaz. Darvinist-marksistlər terroristləri feodalizmə qarşı döyüşən inqilabçı qüvvələr kimi görürlər. Terroristlər Ho Çi Min (Ho Chi Minh) kimi tarixə keçən qaniçən birini hörmət ilə xatırlayırlar.

20-ci əsrdə qanlı rəhbərlik sistemi ilə tanınan rus diktatoru Leninin təkamül nəzəriyyəsi haqqındakı fikirləri belədir:

“Marksın nəzəriyyəsi təkamülün, ən əsaslı, tamamlanmış, planlanmış bir modern kapitalizmə tətbiq edilməsidir. (Robert M. Young, Darwinian Evolution and Human History, Historical Studies on Science and Belief, 1980)

Vyetnamlı partizan lideri Ho Çi Min (1890-1969) qatı marksist-leninist və darvinist idi. Separatçı kommunist təşkilatın cənub-şərqdə tətbiq etdikləri partizan metodları bu azğın kommunist liderin idarəçiliyini təqlid edir.

Darvinizm, kommunizm və terrorizm bir-birinə bağlı üçlükdür. Məcburi darvininst-materialist təhsil verilirsə, kommunist-darvinist terror da zəruri olaraq yaranacaq.

1971-1980-ci illərdə kommunist terror Türkiyəni ələ keçirəcəkdi ki, son anda müdaxilə edilərək vətənimiz xilas oldu. İndi də darvinist-kommunist, terrorist hərəkat yavaş-yavaş Türkiyədə yayılır. Cənub-şərqi mərkəzi baza kimi seçən kommunist hərəkatın əsas hədəfi Türkiyədir və sonrakı mərhələ bütöv Yaxın Şərqdir.

Həbs və edam etmək həll yolu deyil. Gəlir mənbələrini kəsmək, sərhəddən kənar əməliyyatlar təşkil etməklə həll yolu tapmaq mümkün deyil. Bunlar müvəqqəti çıxış yolu ola bilər. Çünki kommunist terrorun vətəni yoxdur. Kommunistin vətəni olmur. Kommunizmin məqsədi bütün dünyadır, dolayısı ilə bütün dünyanın zənginliyini hədəfləri üçün istifadə edən kommunizmə qarşı ən yaxşı üsul fikri mübarizədir.

Bu da ancaq anti-darvinist, anti-materialist elmi mübarizə ilə mümkündür. Bu mübarizə bataqlığın qurudulmasını təmin edir. Ağcaqanadların hamısını tək-tək öldürməklə heç vaxt nəticəyə gəlmək mümkün olmayıb. Siyasi, kinli danışıqlar sadəcə terrorun güclənməsinə səbəb olur. Birini dağdan endirib yenə ona kommunist təbliğat aparmaq cahillikdir. Zaman itirmədən bu mövzuda könüllü təşkilatlara dəstək olmalı, yanlışlara qarşı doğrular izah edilməlidir.

Darvinizmin gizli bir cəhəti də türklərə qarşı düşmənçiliyidir. Darvinizm 19-cu əsrdə elmin ibtidai səviyyədə olduğu zamanın məhsulu olaraq ortaya atılıb, ancaq hal-hazırda elmin inkişafı nəticəsində yalan olduğu sübut edilən bir nəzəriyyədir. Buna baxmayaraq, bəzi insanlar təkamül nəzəriyyəsini müdafiə edən kitablardan təsirlənir, nəzəriyyənin dünya səviyyəsində qəbul edilən və sübut olunan bir həqiqət olduğu təəssüratına qapılırlar. Hətta ölkəmizdə tanınmış yazıçılar, sənətkarlar da bundan təsirlənir və təkamül nəzəriyyəsini müdafiə etməyə çalışırlar.

Darvinizm haqqında məlumatı olmadan, anti-darvinist əsərlər oxumadan, alim kimi özünü aparan, sanki nəzəriyyənin bayraqdarlığını edən bu insanlar yanlışlarını başa düşməlidirlər. Nəzəriyyənin gətirdiyi saxta dəlillərin necə ifşa edildiyini görmək üçün Harun Yəhyanın minlərlə əsərindən hansısa birini oxumaq kifayətdir. Yanlış məlumatlara qarşı elmi cavablar isə hər gün www.netcevap.org internet saytında yerləşdirilir.

Təkamül nəzəriyyəsinin etibarsızlığını anlamaq, əslində sadəcə bir neçə mövzunu bilməklə mümkündür. Məsələn, cansız maddələrdən təsadüfən canlı bir hüceyrənin yaranmadığını,dinozavrın quşa çevrilə bilmədiyini, indiyə qədər tapılan 250 min fərqli növə aid 100 milyon fosildən heç birinin darvinizmi müdafiə etmədiyini billmək darvinizmin etibarsız olduğunu anlamaq üçün kifayətdir.

Darvinin türklərə qarşı münasibəti Təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin canlıların və insanların inkişafını mübarizə məfhumuna əsaslandırıb. Ona görə təbiətdə vəhşi həyat mübarizəsi var. Darvin bu mübarizənin insan irqlərinə də aid olduğunu irəli sürüb və mübarizənin zəif irqləri sıradan çıxararaq mədəniyyətin inkişafına səbəb olacağını iddia edib və bu uydurma nəzəriyyəsində dəlil kimi türkləri nümunə göstərib. Darvinin oğlunun tərtib etdiyi “Çarlz Darvinin həyatı və məktubları” adlı kitabda Darvinin türklər haqqında dedikləri belədir:

“Təbii seleksiyaya əsaslanan mübarizənin mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha yaxşı təsir etdiyini sizə sübut edərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklərin hücum təhlükəsi altında idi. Bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülməli gəlir. Avropa irqləri kimi tanınan mədəni irqlər həyat mübarizəsində türklərin barbarlığına qalib gəliblər. Dünyanın yaxın gələcəyinə baxanda belə aşağı irqlərin çoxunun mədəniləşmiş irqlər tərəfindən sıradan çıxarılacağını görürəm” (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York: D. Appleton and Company, s. 285-286)

Bu sətirlərdə türklər haqqında deyilən sözlər səfehlik, ifrat dərəcədə bir nifrətin və türkçülük haqqında məlumatsızlığın məhsuludur. Darvinin bu sözlərini ətraflı şəkildə, hissə-hissə təhlil edək:

“Təbii seleksiyaya əsaslanan mübarizənin mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha yaxşı təsir etdiyini sizə sübut edərəm...”

Darvin burada bəşəriyyətin irqlər arasındakı mübarizə və müharibə ilə formalaşdığını irəli sürür. Bu 19-cu əsrin imperializminin əsaslandığı qatı irqçi bir fikirdir.

“... Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklərin hücum təhlükəsi altında idi. Bu gün Avropanın türklər tərəfindən işğalı bizə nə qədər gülməli gəlir...”

Darvinin burada türklər haqqında istifadə etdiyi işğal kəlməsi tarixi cəhətdən yanlışdır. Əslində bu onun türklərə qarşı olan kinini göstərir. Çünki türklər Balkan torpaqlarındakı xalqlara böyük hörmət və anlayış göstərib, Balkan xalqlarının formalaşmasına, tərəqqisinə, inkişafına səbəb olub. Ərazidə çoxlu karvansara, hamam, körpü, məscid, kitabxana, yeməkxanalar tikdirib və bu gün də hamı qəbul edir ki, bunların hamısı yüksək mədəniyyətin məhsuludur. Darvinin belə deməkdə məqsədi isə türkləri barbar bir cəmiyyət kimi tanıtmaqdır.

“Avropa irqləri kimi tanınan mədəni irqlər həyat mübarizəsində türklərin barbarlığına qalib gəliblər...”

Darvin Avropa irqlərini mədəni irqlər kimi təsvir edərək irqçi fikirləri davam etidirib. Darvin türkləri açıq-aşkar barbar kimi təsvir edir.

“...Dünyanın yaxın gələcəyinə baxanda belə aşağı irqlərin çoxunun mədəniləşmiş irqlər tərəfindən sıradan çıxarılacağını görürəm...”

Darvin ən vacib mesajını elə bu cümlədə verir. Dedikləri açıqdır: Türk milləti avropalılar tərəfindən məhv ediləcəyini irəli sürür. Bunu gerçəkləşdirəcəyini umduğu avropalıları mədəniləşən yüksək irqlər kimi təsvir edir, türkləri isə öz ağlınca aşağı irq kimi göstərir.

Darvin bu sözləri 1888-ci ildə dərc etdirəndə türklərə qarşı edilən təbliğata böyük bir dəstək verib, türk düşmənləri Darvinin cəfəngiyyatlarından güc tapıblar.

Darvinin türk düşmənlərinə dəstəyinin hal-hazırda neo-nasist və faşist qrupların xaricdə yaşayan vətəndaşlarımıza etdiyi azğınlıqlarla davam etdiyini görürük.

Bu onu göstərir ki, 19-cu əsrdə imperializm tərəfindən təhrik edilən, o vaxtdan bu yana da müxtəlif qruplar tərəfindən qorunub saxlanılan türk düşmənçiliyinin arxasında darvinizm dayanır. Bu gün türkləri Avropa İttifaqına layiq görməyən köhnə düşüncəlilik isə darvinizmin davamıdır.




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.