Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır
|
Atatürk ``Kommunizm türk dünyasının ən böyük düşmənidir. Hər görüldüyü yerdə əzilməlidir`` sözləri ilə kommunizm haqqındakı fikrini qəti şəkildə ifadə etmişdir. Atatürk kommunizmin dialektik fəlsəfə, materializm və darvinizm nəticəsində meydana gələn və bəşəriyyətə böyük ziyan vuran xüsusiyyətlərini çox yaxşı anlamış və ``hər görüldüyü yerdə əzilməlidir``deyərək türk millətinə yol göstərmişdir.
• Kommunist-separatçı terrorun həlli bataqlığın qurudulmasıdır. Bu bataqlıq dialektik materialist fəlsəfədir və bu fəlsəfənin əsas istinad nöqtəsi darvinizmdir. Darvinizm rəsmi şəkildə tədris olunduğu müddətcə bu bataqlığın qurudulması qeyri-mümkündür.
• Yaxın Şərqdə illərdir davam edən separatçı fəaliyyətlərin arxasında marksist-leninist-kommunist ideologiya dayanır. Həmin ideologiyanın təməli isə darvinizmə söykənir və bu nəzəriyyə olmadan həyatda qalması qeyri-mümkündür. Kommunizmin liderləri cəmiyyətə darvinizmi mənimsətmədən kommunizmin məqsədlərinə nail olmasının mümkün olmadığını xüsusilə vurğulamışdırlar.
• Kommunist separatçı terrorun darvinizmdən qaynaqlandığı elmi həqiqətdir. Bir tərəfdən, terror nəticəsində hər gün şəhidlər verərkən, digər tərəfdən də rəsmi olaraq təkamülü izah etmək çox böyük səhvdir. Bu, terrorun təməl qaynağını bəsləmək deməkdir. Gənclərə darvinist yalanların izah edilməsinə son qoyulmadıqca, terorun qarşısını almaq qeyri-mümkündür. Bu həqiqət artıq başa düşülməlidir. Darvinist təbliğatın və ona əsaslanan dialektik materializmin təsirinin aradan qalxması üçün təqribən 150 ildən bəri dünyanı qana bulayan bu köhnə nəzəriyyənin etibarsız olduğu, saxta üsulları və yalanları müasir elm vasitəsilə və açıq şəkildə türk gənclərinə öyrədilməlidir. Bu çərçivədə həyata keçırilən maarifləndirmə ilə birlik və bərabərliyimizi təhlükə qarşısında qoyan ideologiyaların həyat damarları kəsilmiş olacaqdır.
• Separatçı terror təşkilatı terrorist kimi yetişdirdiyi insanlara əvvəlcə dialektik materalizm və bu fəlsəfənin təməli olan darvinizm təlimi keçir. Darvinizmə əsaslanaraq qurulan marksist-leninist fikirlər və Leninin terror əmrlərinə uyğun olaraq yetişən separatçı xadimlər əsgərimizi, polisimizi və günahsız vatandaşlarımızı qətlə yetirir, hər cür terrorist üsula əl atırlar.
• Kommunizm və faşizm darvinist təməllərə söykənir. Bunlara görə``həyat amansız bir mübarizə meydanıdır, yalnız güclülərin yaşamaq hüquqları vardır, zəiflər isə yox olmağa məhkumdurlar.`` Cəmiyyəti heyvan sürüsü kimi dəyərləndirən, insani və əxlaqi dəyərləri heçə sayan, güc və iqtidar üçün hər cür yolun mübah olduğu fikrini müdafiə edən bu darvinist ideologiyaların bəşəriyyətə gətirdiyi dəhşət və qorxu isə çox böyük olmuşdur.
• Qanlı kommunist diktatorlardan Stalinin "Gənc nəsillərin zehnini yaradılış düşüncəsindən təmizləmək üçün onlara yanlız bir şeyi öyrətməliyik: Darvinin təlimlərini." (Kent Hovind, The False Religion of Evolution) sözləri Çində on milyonlarla insanı amansız şəkildə qətlə yetirən, bir o qədərini də aclığa məhkum edən Maonun "Çin sosializmi Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır"(K.Mehnert, Kampf um Mao's Erbe, Deutsche Verlags-Anstalt) etirafı qan tökən marksist, leninist, maoçu ideologiyalara dayaq nöqtəsi kimi darvinizmin son dərəcə həyati əhəmiyyət daşıdığını sübut edir.
• Faşist lider Adolf Hitler məşhur kitabı “Davam”da `` Ari irqinin təbiət tərəfindən üstün tutulduğu”nu iddia etmiş, (L.H.Gann. "Adolf Hitler: ``The Complete Totalitarian``, s. 24 ) bu kitabın adını seçərkən də Darvinin "yaşamaq uğrunda mübarizə " fikrindən ilham almışdır. (Ben Macintyre, Forgatten Fatherland, s. 28) Hitler 1933-cü ildə məşhur Nürnberg mitinqində isə "yuxarı irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə mövcud olan bir hüquq olduğu və yeganə məntiqli hüquq olduğu" şəklindəki darvinist fikri dilə gətirmişdir. Məşhur təkamülçü Stefen Cey Qud (Stephen Jay Gould)
|