Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır


Atatürkün kommunizm təhlükəsinə qarşı xəbərdarlığı "Kommunizm türk dünyasının ən böyük düşmənidir. Görüldüyü hər yerdə əzilməlidir." (M.Kamal Atatürk)

Nə İngiltərə, nə Fransa, nə də Almaniya Avropada baş verəcək müharibənin qalibi deyil. Müharibənin qalibi sadəcə bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu ölkə ilə ən çox mübarizə aparmış bir millət olaraq biz türklər orada baş verən hadisələri yaxından izləyir və təhlükəni hər tərəfli görürük. İnkişafda olan şərq millətlərinin ideologiyalarını oğurlayan, onların milli dəyərlərinə yiyələnən və bununla da hamının nifrətini qazanan bolşeviklər (kommunistlər) yalnız Avropanı deyil, eləcə də Asiyanı hədələyən başlıca qüvvə idilər." (Atatürkün çıxışı və çıxışından seçmələr, c. 3, s. 94-95)

Separatçı terror təşkilatının hər fəaliyyəti, hər şüarı və hər bildirişi kommunizmlə bağlıdır. Amma həmin bölgənin əhalisi bu mövzuda olduqca məlumatsızdır və əliqanlı təşkilat hərbçilərini bəzən "kürd xalqı adından döyüşən, kürd milli partizanları" kimi tanıyırlar. Bölgədəki xalqımızın böyük əksəriyyəti dindardır. Buna görə də separatçı təşkilatın əsl hədəflərini və ateist fikirli quruluşu dərk etdiyi zaman təşkilatın əleyhinə olan münasibəti daha qəti olacaq. Buna görə də təşkilatın ateist və kommunist düşüncə tərzinə malik olduğu fikiri hərtərəfli şəkildə əks bir təbliğatla xalqımıza çatdırılmalıdır. Bu mövzuda radio, TV və mətbuatın vasitəçiliyi ilə çox fəal bir iş görülməlidir.

Burada söhbət etnik mübarizədən yox, kommunist və dinsiz fəaliyyətdən gedir. Kürd millətçiliyi sadəcə pərdəarxası görüntüdür və bölgə xalqının gözünü boyamağa yönəlib.

Təşkilatın marksist-leninist quruluşda olması istər prokurorluq iddianamələrində, istər MİT hesabatlarında, istərsə də məhkəmə qərarlarında sabitdir. Təşkilatın kommunist olduğunu anlamaq üçün geniş tədqiqata ehtiyac yoxdur. Çünki təşkilatın uzun illər boyu istifadə etdiyi bayrağında kommunizmin ən məşhur simvolu olan oraq-çəkic torlarının mövcud olması belə mövzunun isbatı üçün kifayətdir. (Bu emblem daha sonra strateji və taktik dəyişikliklər edən təşkilat tərəfindən dəyişdirilmişdir). Təşkilatın quruluş konqresində olan və təşkilatın internet saytında nəzərə çarpan ifadələr də marksizmə olan sədaqəti tam şəkildə meydana çıxartmışdır:

"Marksist-leninist nəzəriyyə çox yaxşı qavranılmalıdır. Rəhbər heyətlər tez-tez marksizm ideologiyasına yönəlməli, ilk olaraq marksizmi həyatda tətbiq etmək üçün bu təlimi tam şəkildə mənimsəməlidirlər... Biz sosializmi siyasi məsələnin həll olunmasında daha çox bir fəaliyyət olaraq gündəmdə tutacağıq. Mütləq belə bir təlimin təmsilçisi, belə bir təlimin müdafiəçisi olaraq, bunun ən əhəmiyyətli şərti olaraq görülən ölkənin siyasi iqtidar məsələsində tədbiq edərək, mövcud iqtidarı parçalamaqda bir vasitəçi olaraq, bir fəaliyyət kimi istifadə edərək üstümüzə düşən vəzifəni edəcəyik."

Təşkilat liderinin 13-cü qurtuluş il dönümü mesajından:

“Sosializm devrildi, kommunizm devrildi” deyənlərə ən yaxşı cavab olaraq tam əksini deyirik: Sosializmin ən güclüsü, ən doğrusu, ən üstünü bizdə yaşanmışdır”.

* Təşkilat liderinin 1 may 1982-ci il tarixli çıxışı belədir:

“Amma bunu yaxşı bilməliyik ki, Kürdüstan dövrlə ayaqlaşmaq istəyirsə, işçi sinfi həqiqətinə dözmək məcburiyyətindədir. Nə qədər əlverişsiz şərtlər yaşayırsa yaşasın, işçi sinfinin obyektiv gücünə və onun hərəkət təlimatı olan elminə, marksizm-leninizmə dözmək məcburiyyətindədir. Diqqət etsək, görərik ki, bizim var olmaq səbəbimiz tamamilə bu həqiqətə görədir... Əgər o tayfa quruluşu, o feodalizm aşılmasaydı, müasir düşüncə, ən inqilabçı düşüncə olan marksizm-leninizm beynimizə dolmayacaqdı, onun üçün zəmin yaranmayacaqdı?”

Bu ifadələrlə yanaşı, separatçı təşkilatın bölgə xalqını təzyiq, qorxu və özünə itaətə məcbur etmək üçün cəhd etdiyi hərəkətlərin hamısı kommunist ideoloqların kitablarında təsvir edilən üsullardır. Təşkilat hər cür təbliğat üsulunda olduğu kimi qırğınlarda və terror aktlarında da Marks, Engels, Stalin, Mao kimi kommunist liderlərin tətbiqlərini özünə rəhbər etmişdir. Separatçı təşkilat niyə kommunist olduğunu gizlətməyə çalışır?

* Son zamanlarda separatçı təşkilatın xüsusilə gizlətmək istədiyi əsas məsələ kommunist şəxsiyyətidir. Təşkilat bu şəxsiyyətin Şərqin dindar camaatı tərəfindən pislənəcəyini yaxşıca hiss etmiş və özünü kürd millətçisi olan bir təşkilat kimi göstərməyə cəhd etmişdir:

* Təşkilatın keçmişdə var-gücü ilə müdafiə etdiyi ateizm və kommunizm bu gün başına bəla olmuş vəziyyətdədir. Əksəriyyətini səmimi dindar insanların təşkil etdiyi Şərq bölgələrdəki vətəndaşlarımız separatçı təşkilatın gerçək üzünü son aylarda qəzetlərdəki xəbərlərdən bilmiş, beləliklə, bölgədə separatçı təşkilat əleyhinə bir dönüş mərhələsi başlamışdır.

* Bundan əlavə, separatçı təşkilat “anti-kommunist, anti-darvinist, anti-materialist ideologiyalara təbliğat” ilə məğlub olacağını anlamış və taktika dəyişdirərək artıq kommunist olmadığı istiqamətində bəyanatlar verməyə başlamışdır. Məqsədi zaman və mövqe qazanmaq olan bu oyuna heç kim aldanmamalıdır. Separatçı təşkilat kommunistdir və onu çökdürəcək əsas üsul olan əks-təbliğat qətiyyətlə və davamlı edilməlidir.

Separatçı təşkilat kommunist şəxsiyyətini gizlətmək üçün hansı yollara əl atır?

Separatçı təşkilat kommunist olduğunu gizlətmək üçün özünə yeni və saxta bir şəxsiyyət yaradır. Təşkilatın başçısı SSRİ-nin süqutundan sonra sözünü dəyişdirməyə başlamış, xüsusilə tutulduqdan sonra “taktika gərəyi” yeni saxta fikirlər irəli sürmüşdür. Leninin “Bir addım irəli, iki addım geri" adlı kitabında bildirdiyi taktikalar yönündə bir çox izahlar verilmişdir. Lenin bir kommunistin özünü gizlətmək üçün dindar görüntüsünü verən, marksist olmadığını söyləyən, geri addım atmaq kimi üsulları tövsiyə etmişdir.

Təşkilatın əliqanlı liderinin “Din probleminə inqilabçı yanaşma” adlı kitabının 55-ci səhifəsində “Dinin inqilaba qarşı təhlükəli bir şəkildə istifadə edilməsinə mane olmaq və İslamı inqilaba xidmət etməyə istiqamətləndirmək lazımdır” kimi sözlərlə Şərqin dindar xalqına din əxlaqına hörmət edirmiş kimi yaxınlaşır, bir yandan da kommunist təbliğata davam edir.

Diqqət etsək, görərik ki, təşkilat son zamanlarda daha çox qoşunlarımızı hədəf alır, bölgə xalqına qarşı hərəkətlərdən qaçır. Şübhəsiz ki, məqsəd təşkilata “Kürd mənşəli vətəndaşlarımızın mənafeləri üçün dövlətlə döyüşən bir partizan qrupu” görünüşünü vermək və bölgə xalqında müsbət fikir yaratmaqdır. Halbuki təşkilatın 80-ci illərdə beşikdəki körpələrdən yaşlı insanlara qədər heç bir fərq qoymadan günahsız bölgə xalqına qarşı törətdiyi kütləvi qırğınlar yaddaşlardan silinməmişdir. Separatçı təşkilat kommunist ideyalara qovuşmaq üçün keçmişdə hər cür vəhşiliyə tərəddüd etmədən yönəlmişdir. Bundan sonra da lazım olduqda silahlarını günahsız xalqa yönəldəcəyinə heç şübhə yoxdur.

Separatçı təşkilatın və dəstəkləyənlərin əsl hədəfi nədir?

Terror təşkilatının və onu dəstəkləyən qüvvələrin əsl hədəfi bölgədəki kürd əsilli vətəndaşlarımızı etnik mənşə bəhanəsi ilə ayağa qaldırmaq və Şərq bölgələrimizdən başlayaraq bütün Türkiyəni əhatə edən bir hərəkat başlatmaqdır.

Separatçı təşkilat liderinin 1975-ci ildə qələmə aldığı və təşkilatın manifesti dəyərindəki 68 səhifəlik “Kürdüstan inqilabının yolu” adlı broşurasındakı fikirlər əsas götürülərək hazırlanan partiya proqramında “Vətəndaş müharibəsi” (üsyan) haqqında bu ifadələrdən istifadə etmişdir:

“İnqilabımızın 3-cu xüsusiyyəti xalqın geniş qüvvələrinin səfərbər edildiyi uzunmüddətli müharibə planının olmasıdır. Bu plan realda özünü uzunmüddətli formada göstərir. Uzunmüddətli vətəndaş müharibəsi özündə bütün mübarizə formalarını ehtiva edir. İnqilabımızın 4-cü təməl xüsusiyyəti yalnız Kürdüstanla kifayətlənməyərək ətrafını də dərin təsir altına salması və regional miqyasda inkişafıdır.”

Livanda 1981-ci ildə reallaşan və separatçı təşkilatın adı ilə xatırlanan konfransda səslənənlər də olduqca əhəmiyyətlidir:

“Diqqətlə hazırlanmış partizan müharibəsinin inkişafı ilə yanaşı, geniş kütlənin üsyanı gözlənilir... Bu vəziyyət indidən yadda saxlanılmalı, xalq üsyanın hazırlıqları və problemləri indidən partiyanın gündəminə gətirilməlidir.”

Separatçı təşkilat liderinin hazırladığı “Üsyan taktikası üzrə tezis və vəzifələrimiz” adlı 1992-ci il tarixli broşurasında isə bu ifadələr verilmişdir:

“Xalqımız həqiqətən də ayağa qalxmaq istəyir. Planlı və mütəşəkkil bir şəkildə başına böyük bəlalar gətirməyəcək bir təşkilatçılıqla ayağa qalxmaq istəyir. Son iki illik təcrübələr və xüsusilə də son bir illik heyrətamiz təcrübələr xalqımızın böyük qisminin üsyana dəstək verdiyini, bunu təsdiqlədiyini göstərir.”

Nəticə olaraq Cənub-şərqdəki hadisələri etnik baxımdan qiymətləndirmək doğru deyil. Ortada bir problem var. Bu, kommunist ideologiyaya söykənən bir sistem qurmaq üçün Türkiyədən istər silahlı mübarizə ilə, istərsə də siyasi yollarla torpaq ələ keçirmək problemidir. Bu isə heç bir zaman reallaşmayacaq bir xəyaldır. Şərqdə yaşayan və səmimi dindar olan kürd mənşəli vətəndaşlarımız Allah`ı, peyğəmbərləri, müqəddəs kitabları, axirəti inkar edən kommunist təşkilatı –Allah`ın izni ilə- çox yaxında bölgədən söküb atacaq.

Fikri mübarizə terroru kökündən məhv etmək üçün yeganə yoldur

* Separatçı təşkilat yalnız fikrən təxribata uğrasa, məhv olacaq... Separatçı terror ideologiya baxımından məğlub olmadıqca nəticə əldə etmək qeyri-mümkündür. İllərdir baş verənlərdən görünür ki, həqiqətən də məsələnin hərbi yolla həll edilməsi mümkün deyil.

Fikirlə əzilən, ideologiyası süquta uğrayan təşkilat nümayəndələrinin sürətlə gücü azalacaq, mənəvi çöküntüyə məruz qalacaqlar və təşkilat beləliklə məhv ediləcək. Təşkilata xarici qüvvələr tərəfindən edilən dəstək böyükdür. Nə qədər əməliyyat aparılırsa aparılsın, təşkilatın silahla, topla, tüfənglə çökdürülməsi qeyri-mümkündür. Ancaq ideologiyası süqut etsə, kökündən məhv olar.

* Materialist təhsilin qarşısı alınmalıdır... Kommunizmi bəsləyən materialist təhsildir. Materializmi həyat fəlsəfəsi olaraq mənimsəyən şəxsləri kommunist ideyalarla razı salmaq olduqca asandır. Bu səbəbdən materialist təhsilin dayandırılması ən vacib məsələlərdən biridir.

* Darvinizm cahilliyinə son qoyulmalıdır... Terror təşkilatını dayandırmaq və ölkə daxilində milli birlik və bərabərliyi təmin etmək üçün ilk olaraq terroru bəsləyən, kommunizmin təməli olan darvinizm yerlə-yeksan edilməlidir. Çünki Cənub-şərqdə separatçı təşkilat tərəfindən aparılan darvinist təbliğat nəticəsində təşkilat yeni üzvlər və tərəfdarlar qazanır. Separatçı təşkilatın fikir mənbəyi ayaqda durduqca terrorun ardı-arxası kəsilməyəcəkdir. Bu fikirlər yalnız Şimali İraqda deyil, artıq bölgə xalqının arasında da hiss olunur. Hərbi tədbirlər də mühümdür, amma əsl təcili və vacib olan ideologiyanın aradan qaldırılmasıdır.

* Terrorun ideoloji qaynağı hədəf alınmalıdır... Terrorun ideoloji qaynağı darvinizm, materializm və ateizm üçlüyüdür. Bunlar çökdükdə terrorun psixoloji gücü də çökəcək. Bataqlıq qurudulmadan terrora qarşı mübarizənin müvəffəqiyyət əldə etməsi qeyri-mümkündür. Bataqlıq durduqca problem bitməyəcək, terror davam edəcək. Bataqlıq qurudulduqda, yəni darvinizmin təsiri yox edildikdə ideoloji gücü əlindən alınan separatçı təşkilat tamamilə təxribata uğrayacaq və dağılıb gedəcək. Çünki bir kommunist ideoloji gücünü itirsə, bütün gücünü itirər və hərəkətə cəhd etmək özündə güc tapa bilməz. Bədən beyinin əmrini dinləməz, ideologiyası məhv olan terrorist olduğu yerdə qalar, hərəkət də edə bilməz. Kommunizm batil bir düşüncədir. Düşüncə düşüncə ilə çürüdülə bilər. Bu səbəbdən Allah`ın izni ilə darvinizm ancaq anti-darvinizmlə, materializm də ancaq anti-materializmlə məhv olacaq. Aləmlərin Rəbbi, üstün qüdrət sahibi olan Uca Allah`ın bir ayədə bildirdiyi kimi “haqq gələcək” və “batil yox olacaq”:

"De ki: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur.” (İsra, surəsi, 81)

Qaynaqlar:

1 Lenin. “Bir addım irəli, iki addım geri”. səh. 267

2 “Komünistler Nasıl Yalan Söyler”, Dr. Fred C. Schwarz, səh 215-216

3 Viladimir İliç Lenin, Proletariat Partiyasının din barəsindəki mövqeyi”, Proletariat Say: 45, 13 (28) may 1909

4 Vladimir Lenin, “Nəzəri və praktik terror haqqında”, Homizuri G.P., Moskova 2005

5 V. İ. Lenin, Collected Works, Moscow, cild 9 səh. 346

6 V. İ. Lenin, Collected Works, Moskova, cild 35, səh 238

7 V.I. Lenin, Polnoye Sobraniye Soçineniy, Moskova, 1958-1966, cild XXXV, səh. 311

8 Ann Arbor, Leon Troçki, Terrorizm və kommunizm”, University of Michigan, 1963, səh. 58



Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.