“Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M.Kamal Atatürk)
|
• Dünyadakı bütün solçu partiyaları ətrafında toplayan “Sosialist İnternasional” təşkilatının ən səciyyəvi xüsusiyyəti separatçı terror qruplaşmalarını dəstəkləməsidir.
• Zahirən təkcə qanuni partiyaları ətrafında toplasa da, “Sosialist İnternasional” təşkilatı, əslində, sosialist ideyalarını həyata keçirməyə çalışan kommunist terror qruplaşmalarını da üstü örtülü şəkildə dəstəkləyir.
• Hər hansı bir qruplaşmanın terror aktı törətməsi, qan tökməsi kommunistlər üçün heç bir əhəmiyyət daşımır. Onlar üçün əsas meyar bu qruplaşmanın sosialist prinsip və metodları mənimsəməsidir.
• “Sosialist İnternasional” təşkilatının üzvü olan partiyalar (bəziləri istisna olmaqla) Şərqdə fəaliyyət göstərən separatçı qruplaşmaları hərtərəfli dəstəkləyirlər. Burada qeyri-adi heç nə yoxdur, əlbəttə, kommunist kommunisti dəstəkləməlidir. Çünki əks təqdirdə öz əqidəsinə xəyanət edəcək.
• Separatçı terror təşkilatının adı (PKK- Partiya Karkeren Kurdistan (Kürdistan Fəhlə Partiyası), bayrağı, nizamnaməsi və fəaliyyəti tamamilə kommunizmi əks etdirir. Buna görə də belə qruplaşmalar dünya kommunistlərinin yaratdığı ittifaqdan heç vaxt təcrid edilməzlər.
• Hazırda bütün dünyadakı işçi və kommunist partiyaları, sosial demokrat partiyası və digər bənzər partiyaların separatçı təşkilatlardan heç bir fərqi yoxdur. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ), Yuqoslaviya və ya Şərqi Almaniyadakı kommunist partiyalarla bu günkü kommunist partiyaları eyni əqidəyə xidmət edir. Separatçı qruplaşmalar da özlərini bu partiyalar kimi təqdim edir və qəbul olunurlar.
• Çin, Şimali Koreya, Venesuela, Kuba kimi marksist-leninist ölkələr, İsveçrə, Norveç, Danimarka kimi sosialist ölkələr və Avropadakı bütün marksist və sosialist partiyalar eyni əqidəyə sahib olduqları üçün birbaşa və ya dolayı yolla Türkiyənin cənub-şərqindəki separatçı terrorizmi də dəstəkləyirlər.
• Sosialistlərin iqtidarda olduğu və ya güclü mövqeyə yiyələndiyi ölkələrdə belə qruplaşmaların dəstəkləndiyi göz qabağındadır. Separatçı təşkilat və onların törəmə qruplaşmaları bu ölkələrdə sərbəst fəaliyyət göstərir, ofislər açır, görüşlər təşkil edir, Türkiyə əleyhinə şüarlar səsləndirir, kitabçalar paylayır, ianə toplayır, bir sözlə, bütün fəaliyyətlərinə dəstək olurlar. Sosialist partiya iqtidarları bir çox separatçı təşkilatın liderlərini ələ keçirdikdən sonra Türkiyənin bütün etirazlarına baxmayaraq, sərbəst buraxırlar.
• İraqın şimalında qeyri-qanuni dövlətin qurulmasına ən böyük dəstəyi yenə “Sosialist İnternasional” təşkilatının üzvləri vermişdir. Xüsusilə, iqtidarı ələ keçirmiş kommunist rejimlər separatçı təşkilatların fəaliyyətlərini davam etdirməsi və təsir dairəsini genişləndirməsi üçün maddi və siyasi dəstəklərini əsirgəmirlər.
• Şimali İraqda vəziyyətin gərgin olduğu bir dövrdə Bərzaninin “Sosialist İnternasional” təşkilatının iyun ayında keçirilən konfransına dəvət edilməsi diqqətəlayiq bir məqamdır. Türkiyənin narahatçılığına səbəb olan bu dəvət “Sosialist İnternasional” təşkilatının Şimali İraq mövzusundakı mövqeyini də açıqlayır. Bərzanini dəstəkləmək separatçı terror təşkilatını dəstəkləməkdir. Digər tərəfdən, Talabaninin partiyasının “Sosialist İnternasional” təşkilatının üzvü olması və təşkilatın 2006-cı il iclasının İraqın Süleymaniyyə şəhərində təşkil olunması da maraqlı məqamlardan biridir.
• Şimali İraqda separatçı təşkilatların silah və digər ehtiyaclarını ödəyən, maddi və mənəvi dəstək verən Məsud Bərzaninin Türkiyəyə qarşı düşmən münasibəti bəslədiyi son dövrlərdə açıq-aydın sezilir. Bərzani öz ölkəsində məskunlaşmış separatçı qruplaşma ilə əsla vuruşmayacaqlarını bildirmiş, 5 iyul 2007-ci il tarixli çıxışında mövqeyini açıq şəkildə ortaya qoyaraq, türk ordusunun Şimali İraq torpaqlarına daxil olarsa cavab veriləcəyini vurğulamışdır.
Türkiyə torpaqlarını parçalamaq istəyən qüvvələrə lazımi cavabı verəcək gücə sahibdir. Türkiyə, Allah`ın izni ilə, bütün problemlərini qısa müddətdə həll edəcək, 15-20 il ərzində dünyanın super qüvvələrindən birinə çevriləcək və bütün məsələlərdə dünya millətlərindən öndə dayanacaq.
Separatçı terror təşkilatı kommunist quruluşdur
Təşkilatın lideri: “1900-cu ildə Lenin kim idisə, mən də 21-ci əsr sosializmini təmsil edirəm, sosializmlə, imperializmlə mübarizə apararaq yeni sosializm yaradıram. ( Özgür Yaşamla Diyaloglar, səh. 201)
Kommunizm ideologiyası separatçı terror qruplaşmasının bütün fəaliyyətlərində, şüar və çıxışlarında aydın şəkildə sezilir. Ancaq kürd xalqı bundan bixəbərdir və əli qanlı döyüşçülərini çox vaxt “kürd xalqı üçün mübarizə aparan, kürd millətçi qəhrəmanlar” kimi qəbul edirlər.
Kürd xalqının əksəriyyəti dindardır. Separatçı təşkilatın əsl niyyətini və ateist əqidəsini öyrəndikdə onların əleyhindəki fikirləri daha qəti olacaq. Buna görə də terror təşkilatının ateist və kommunist siması geniş maarifləndirmə yolu ilə kürd xalqına çatdırılmalıdır. Bu barədə televiziya kanalları və KİV-lərdən istifadə edərək geniş maarifləndirmə işləri aparmaq mümkündür.
Burada etnik deyil, kommunist və dinsiz hərəkatdan bəhs edilir. Kürd xalqını aldatmaq üçün “kürd millətçiliyi” simasına bürünmüşdür.
Təşkilatın marksist-leninist ideologiya üzərində qurulduğu istər məhkəmə qərarlarında, istərsə MİT (Milli Kəşfiyyat Təşkilatı) hesabatlarında açıq şəkildə bildirilir. Bu təşkilatın kommunist olduğunu bilmək üçün detallarına qədər araşdırmağa da ehtiyac yoxdur. Hərəkatın bayrağındakı kommunizmin ən məşhur simvolları olan oraq və çəkic şəkilləri buna ən bariz nümunələrdən biridir. (Daha sonra siyasi oyunun bir hissəsi kimi, emblem dəyişdirildi) Hərəkatın quruluş konqresində və rəsmi internet səhifəsində yerləşdirilən ifadələr də marksizmə olan sədaqəti sübut edir:
“Marksist –leninist nəzəriyyə dərindən mənimsənilməlidir. Rəhbər heyət üzvləri tez-tez marksizmə müraciət etməli, bu ideologiyanı mükəmməl şəkildə öyrənməlidirlər. Biz sosializmi siyasi problemlərin həllindən daha çox, fəaliyyətimiz üçün rəhbər kimi istifadə edəcəyik. Bu ideologiyanın nümayəndəsi və müdafiəçisi kimi bunu ölkənin siyasi iqtidar məsələlərinə tətbiq edərək mövcud iqtidarı parçalamaqda öhdəmizə düşəni yerinə yetirəcəyik.”
Təşkilat liderinin 13-cü quruluş ildönümü çıxışından:
“Sosializm və kommunizm məhv edildi” deyənlərə ən yaxşı cavab olaraq: “Əksinə, sosializmin ən güclüsü, ən doğrusu, ən alisi PKK ilə yaradıldı” deyirik.
Təşkilat liderinin 1 may 1982-ci il tarixli çıxışından:
“Ancaq bilin ki, Kürdüstan tarixi rəsmiləşmək istəyirsə, “işçi sinfi” həqiqətini qəbul etməlidir. Nə qədər çətin şəraitdə olsa da, işçi sinfinin obyektiv gücünə və onun fəaliyyət rəhbərinə, yəni marksizm-leninizmə əsaslanmalıdır. Nəzər yetirsəniz görərsiniz ki, bizim varlığımız da bu həqiqətə əsaslanır... Əgər o tayfa divarlarını və feodalizm çəpərlərini aşmasaydıq, müasir və ən inqilabi ideologiya olan marksizm-leninizm beyinlərimizə yerləşməsəydi, buna zəmin yaranmayacaqdı.”
“O qədər öyrədirik ki, Mao kimi bir partiya qurmağı bacarmalısınız.” (Özgür Yaşamla Diyaloglar, Çetin Yayınları, oktyabr, 2002-ci il, səh. 45)
Dinc əhaliyə və dövlətə qarşı törədilən terror hadisələri kommunist separatçı təşkilatın əsas fəaliyyət istiqamətidir.
Son dövrlərdə separatçı terror təşkilatı daha çox polis və əsgərləri hədəf alır, bölgədəki xalqa zərər vermir. Bu siyasətlərinin altında yatan əsas məqsəd isə “kürd xalqının mənfəətləri naminə dövlətlə mübarizə aparan qəhrəmanlar” siması yaratmaqdır. Halbuki təşkilatın 1980-ci illərdə uşaq, qadın, yaşlı demədən minlərlə insanı qanlı soyqırıma məruz qoyduğunu heç kim unutmayıb. Separatçı təşkilat kommunist ideologiyaya qovuşmaq üçün keçmişdə tərəddüdsüz hər cür cinayət törətmişdir. Bu gün də lazım olsa, məsum və günahsız insanlara silahlarını tuşlayar.
Separatçı təşkilatın bölgə xalqının əzmini qıraraq özünə tabe etmək üçün həyata keçirdiyi bütün fəaliyyət üslubları kommunist ideoloqların kitablarından götürülmüşdür. Terror təşkilatı bütün təbliğatlarında olduğu kimi, qətliam və terror aksiyalarında da Marks, Engels, Stalin, Mao kimi kommunist liderlərin kitab və fəaliyyətlərini özünə rəhbər seçmişdir.
Terror kommunist təşkilatların məqsədlərinə çatmaq üçün istifadə etdikləri ən məşhur və təsirli bir metoddur. Kommunist liderlər terroru əvəzsiz silah hesab etmiş və tərəfdarlarına da tövsiyə etmişdir. Məşhur kommunist liderlərdən Leninin terror haqqında fikirləri:
“Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət qurumlarında yanğınlar törətmək... Dövlətin xəzinələrini yağmalamaq... İnqilabçı kommunist qüvvələr məğlubedilməz silahlı güc kimi ortaya çıxmalıdır. İnsanları öldürərək, bombalayaraq, binaları partladaraq qorxu yaymaq və cəmiyyət üzərində kommunist diktatorluğu hakim etmək iqtidarı ələ keçirməyin mühüm şərtləridir.”(Vladimir Lenin, nəzəri və praktiki terror haqqında, Moskva, 2005-ci il)
- "Təbliğatçılar hər bir qrupa bomba düsturlarını öyrətməlidirlər... Qruplar dərhal hərbi təlimə başlamalı, əməliyyatlara qoşulmalıdırlar. Bəzi qruplar casusun öldürülməsini, bəziləri polis bölməsinə hücum vəzifəsini boynuna götürməlidir. Bir qismi isə bank soymalıdır."
- "Yalnız geniş xalq kütlələrini əhatə edən fərdi terrorist hərəkatları dəyərlidir."
- “Kütlələr özbaşına ayağa qalxmasa, heç nə edə bilmərik. Analitiklərə qarşı terror tətbiq etməsək, (dərhal alınlarına güllə sıxmasaq) irəliləyə bilmərik."
- Trotski: "Lakin inqilab üçün inqilabçılar əllərindəki bütün imkanlardan istifadə etməlidirlər: lazım gələrsə silahlı üsyanla, lazım gələrsə terrorizmlə."
Hər hansı bir marksist-leninist ideologiyanı mənimsəmis şəxsin terror hadisəsi törətməsi kommunistləri heyran edir. Törədilən qətliamları, şiddəti şeytani bir həzlə izləyir və yüksək qiymətləndirirlər. Buna görə də Avropada və dünyanın müxtəlif bölgələrində darvinist-marksist əqidəli insanların terrorizmlə mübarizə aparmasını gözləmək mənasızdır. Bu marksist fəlsəfənin məntiqinə ziddir. Qınaqlar, xəbərdarlıqlar bu insanları maraqlandırmır. Darvinist-marksist terroristləri guya “feodalizmə qarşı mübarizə aparan, inqilabçı qüvvələr” hesab edirlər. Terroristlər Ho Çi Min kimi tarixin qanlı səhifələrini yazan insanları idealları kimi qəbul edirlər.
Ateist, kommunist əqidəli separatçı təşkilatın həbsxanadakı liderinin din və Allah haqqındakı bəzi ifadələri (Uca Allah`ı tənzih edirik)
Separatçı terror təşkilatının liderinin öz kitablarından götürülən bu ifadələr onun ateist olduğunu sübut edir:
• Orta məktəbdə böyük fəlsəfi böhran yaşadım. Tanrı ilə mübarizə apardım, mübarizədə qalib gəldikdən sonra yarı Tanrı oldum. (Özgür Yaşamla Diyaloglar, Çetin Yayınları, oktyabr, 2002-ci il, səh. 257)
• Təkilahlı dini cərəyanların hamısı siyasi ideologiyalardır. Din, Allah, peyğəmbər və mələk kimi məfhumlar dövrün siyasi ədəbiyyatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, 1-ci cild, dekabr 2001-ci il, səh. 204)
• Allah bir növ orta əsrlərin feodal manifesti, qanunu və bəyanatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, 1-ci cild, dekabr 2001-ci il, səh. 313)
• Namaz bir teatrdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, 1-ci cild, dekabr 2001-ci il, səh. 354)
|