10-20 il müddətində Türkiyə super dövlət olacaq
|
• Kafirlər bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
• Türk dövlətinin içinə sızan kommunist dərin dövlət şəbəkəsi öz düşüncələrinə görə Türkiyəni Şərqi Kommunist Türkiyə və Qərbi Kommunist Türkiyə olmaqla iki hissəyə bölmək istəyir. Halbuki bunu etməyə çalışmaq əbəsdir. Əksinə, Türkiyə Yaxın Şərq və Balkan dövlətlərinin içində ən böyük dövlət olacaq. Qarşıdakı 10-20 il müddətində Mosul, Kərkük, Türkistan, Qazaxıstan, Azərbaycan kimi bölgələri və qalan bütün İslam ölkələrini əhatə edəcək şəkildə İslam Birliyinin lider dövləti olacaq. Heç bir şəkildə bölünmə olmayacaq, əksinə, birləşmə və bütünləşmələr olacaq. Türkiyə qarşıdakı 10-20 il müddətində ən böyük super dövlət olacaq. Bunun əlamətləri açıq şəkildə görünməyə başlamışdır. Türkiyə bölgəsindəki anarxiya, ixtişaşlar, aclıq, səfalət, qorxu və zülm kimi bütün mənfi hadisələri yox edə bilən tarixi bir perspektiv və gücə, Osmanlıdan gələn tarixi bir missiyaya malikdir. Dünya imperiyasını idarə etmiş bir dövlət qarşıdakı illərdə yenidən dünyaya nizam verəcək. Bunu anlayan kommunist dərin dövlət şəbəkəsi özündən çıxmış və öz pis əməllərinə əngəl kimi qəbul etdiyi Elmi Tədqiqat Fondu (BAV) və cənab Adnan Oktara qarşı amansız bir mübarizəyə başlamışdır. Bu kommunist dərin dövlət şəbəkəsinin minlərlə üzvü qurduqları yeni-yeni şəbəkələrlə BAV və Adnan Oktara qarşı intensiv mübarizə kampaniyası başlatmışlar. Əvvəllər olduğu kimi, yeni şəbəkələr təsis edərək murdar məqsədlərinə nail olmağa çalışırlar. Bu şəbəkələrin fəaliyyətlərinin qarşıdan gələn Ramazan ayından etibarən intensivləşəcəyi barəsində ciddi xəbərlər vardır. Bunlar türk millətçiliyini, BAV'ı və cənab Adnan Oktarı daha da şövqləndirən, daha çox mübarizə əzmi verən davranışlardır. Bunlarla heç nəyə nail ola bilməyəcəklər. BAV və cənab Adnan Oktarın elmi, mədəni fəaliyyətləri davam edir. Bundan sonra da davam edəcəkdir. Yaşadığımız əsr bilik çağıdır. Bilik və mədəniyyətlə bu dinsiz peşə mütləq yox olacaq inşaAllah.
• Son günlərdə terroru bir təhdid vasitəsi kimi istifadə edərək dövlətimizi separatçı təşkilat ilə uzlaşmağa məcbur etmək istəyən bəzi cəhdlər xalqımız tərəfindən diqqətlə izlənir. Əvvəla, bilinməlidir ki, Türkiyə dövlətinin uşaq qatilləri ilə uzlaşmağa təşəbbüs göstərməsi qeyri-mümkündür.
• Şərq insanı gözəl və nümunəvi bir əxlaqa sahibdir. Kamil xarakterə malik, ləyaqətli və şərəfli, qənaətkar, dövlətinə qarşı sədaqətli və insanpərvərdir. Ən yaxşı yeməyi qonaqlarına təqdim edəcək qədər qonaqpərvər, fədakar ve sevgi doludur. Anadolu xalqının əksəriyyəti bu cür gözəl xarakterə malikdir. Terror bəlasının şərq bölgələrimizdə yaşayan kürd əsilli qardaşlarımızın üzərindən çəkilməsi, içlərindən şanlı qəhrəmanların, böyük alimlərin çıxdığı bu insanlara xoşbəxtlik yolu açılmalıdır. Kürd vətəndaşlarımız artıq terrorun cəngindən qurtulmaq istəyirlər. Buna görə də özünü bu bölgədə yaşayan xalqın təmsilçisi hesab edən hər kəsin əvvəlcə terrora son qoyulması üçün səy göstərməsi gözlənilir.
• Bölgədə yaşayan xalqın firavan və hüzurlu bir mühitə qovuşmasının yolu terror deyil. Bölgə xalqına istənilən həyat standartını kommunistlər deyil, müsəlman türk insanı gətirəcək. Terror təşkilatı bölgəyə yalnız qorxu və qan gətirmişdir. Şərq insanının rifahı üçün istifadəsi mümkün olan on milyardlarla dollar bu təşkilat səbəbindən hədər olmuşdur. Dövlətimizin bölgənin inkişafı naminə etdiyi cəhdlərə mane olmağa çalışan təşkilat nümayəndələri xalqımızın rifahını istədikləri yalanı ilə bundan sonra insanları aldada bilməyəcəklər. Xalqımız artıq terror təşkilatının aradan qalxması ilə Şərqin Türkiyəmizin ən böyük mədəniyyət və gözəllik mərkəzi olacağını başa düşmüşdür.
Separatçı təşkilat ateist, dinsiz və kommunistdir
Separatçı terror təşkilatı hər fəaliyyəti, hər şüarı və hər bəyanatı ilə kommunistdir. Şərq insanımızın böyük hissəsi isə dindardır. Başqa sözlə, separatçı təşkilatın əsl hədəflərinin və ateist quruluşunun başa düşülməsi təşkilatın yox olmağına səbəb olacaq. Burada bəhs edilən bir etnik fəaliyyət deyil, kommunist və dinsiz bir fəaliyyətdir.
Təşkilatın marksist-leninist bir quruluşa malik olduğu çox açıqdır. Məsələn, separatçı təşkilatın bayrağında neçə illərdir istifadə etdiyi kommunizmin ən bariz simbolu olan oraq-çəkic motivinin olması mövzunun sübutu üçün kifayətdir. (Bu emblemin daha sonra dəyişdirilməsinin səbəbi strategiya və taktika dəyişikliyindən ibarətdir. Təşkilat kommunist ideologiyadan əsla əl çəkməmişdir.)
Təşkilatın quruluş konqresində söylənilən və internet saytında yayımlanan ifadələrə diqqət edək:
"MARKSİST-LENİNİST NƏZƏRİYYƏ ÇOX YAXŞI MƏNİMSƏNMƏLİDİR. Rəhbər heyətlər tez-tez marksizmə müraciət etməli, marksizmin tətbiqini başlanğıc şəkli etmək üçün bu təlimi həqiqətən mənimsəməlidirlər. ...Biz SOSİALİZMİ SİYASİ PROBLEMİN HƏLL OLUNMASINDA DAHA ÇOX FƏALİYYƏT BƏLƏDÇİSİ KİMİ İSTİFADƏ EDƏCƏYİK. Mütləq belə bir təlimin təmsilçisi olaraq, belə bir təlimin tərəfdarı olaraq, bunun ən mühüm şərti olan ölkənin siyasi iqtidar məsələsinə tətbiq edərək, mövcud iqtidarı parçalamaqda bir vasitə kimi, fəaliyyət bələdçisi kimi istifadə edərək öhdəmizə düşəni edəcəyik."
Separatçı təşkilatın liderinin 13-cü quruluş ildönümü mesajından:
"Sosializm dağıldı, kommunizm dağıldı" deyənlərə ən yaxşı cavab kimi “əksinə, SOSİALİZMİN ƏN GÜCLÜSÜ, ƏN DOĞRUSU, ƏN UCASI PKK-DA HƏYATA KEÇMİŞDİR' deyirik."
Separatçı təşkilatın liderinin 1 may, 1982-ci il tarixindəki çıxışından:
"Amma bunu yaxşı bilməliyik ki, Kürdüstan tarixi bu gün rəsmiləşmək istəyirsə, bütünlüklə işçi təbəqəsi həqiqətini nəzərə almaq məcburiyyətindədir. Nə qədər əlverişsiz şərait yaşasa da, işçi təbəqəsinin obyektiv gücünə və onun fəaliyyət bələdçisi olan elminə - MARKSİZM-LENINİZMƏ ƏSASLANMAQ MƏCBURİYYƏTİNDƏDİR VƏ NƏZƏRƏ ALANDA Kİ, BİZİM VARLIQ SƏBƏBİMİZ TAMAMİLƏ BU HƏQİQƏT ƏSASİNDA YARANMIŞDIR. ...Əgər o qəbilə divarları, o feodal səddlər aşılmasaydı, MÜASİR DÜŞÜNCƏ ƏN İNQİLABÇI DÜŞÜNCƏ OLAN MARKSİZM-LENINİZM beynimizə sıçramayacaqdı, onun üçün zəmin tapa bilməyəcəkdi."
Separatçı təşkilatın liderinin yazdığı kitablardakı aşağıdakı ifadələr də təşkilatın kommunist olduğunun açıq dəlilidir:
"PKK marksizm-leninizm ənənəsinə uyğun bir inkişaf yaşamışdır. Aydındır ki, bundan sonra da ətlə dırnaq kimi bir-birindən ayrılmayan bu miras istiqamətində formalaşacaq." (Kürdistan'da Halk Kahramanlığı, s.78)
"Lenin 1900-cü ildə nə idisə, mən də 21-ci əsr sosializmini təmsil edirəm, real sosializmlə mübarizə apararaq, imperializmlə mübarizə apararaq yeni sosializmi inşa edirəm." (Özgür Yaşamla Diyaloglar, s. 201)
Partiyamızın Mərkəzi Komitəsinin üzvü və qurucularından olan DƏYƏRLİ KOMMUNİST Məzlum Doğan yoldaş... Xalqın zəngin dəyərlərini SAĞLAM VƏ AYDINLANMIŞ KOMMUNİST ŞƏXSİYYƏTLƏ BİRLƏŞDİRƏN BU YOLDAŞIMIZ... (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.43)
Separatçı təşkilatın lideri marksizm və leninizmi "nəcabətli düşüncə sistemi", "nəcabətli elm" kimi ifadələrlə tərifləyir:
Kapitalist-imperiyalist sistem və onun ən zorakı idarəetmə forması olan faşizm xalqlarda belə soylu bir üsyan və bu üsyana yol göstərən MARKSİZM-LENİNİZM KİMİ NƏCABƏTLİ BİR DÜŞÜNCƏ SİSTEMİNƏ yol açmışdır. (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.22)
MARKSİZM-LENİNİZM ADLI NƏCABƏTLİ ELMƏ əsaslanmaqdan başqa az bir imkanı olan bu insanlar... (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s. 39)
Təşkilatın dəstə başçısı əliqanlı Kommunist Liderləri Tərifləyir
" PROLETARiYANIN QƏHRƏMANLARI MARKS VƏ ENGELS. Onun NƏZƏRİYYƏ, SİYASƏT DAHİSİ LENİN və yenə ONUN PRAKTİKİ USTALARI STALİN, HO Çİ MİN VƏ MAO. Bunların liderliyi ilə irəliləyən bir çox milli və internasionalist qəhrəmanlar. İnsanlığın azadlıq şüurunu oyandıran, təşkilatlandıran və xalq ordusu anlandırılan orduları ortaya çıxaran bu böyük qəhrəmanların bəşəriyyət tarixindəki yeri həqiqətən böyükdür." (Kürdistan'da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.87)
Separatçı təşkilatın liderinin Allah və din haqqındakı bəzi ifadələri (Uca Allah'ı Tənzih Edirik)
Aşağıdakı sitatlar separatçı təşkilatın liderinin kitablarından alınmış şəxsən özünə aid ifadələrdir. Bu ifadələrin hamısı bu insanın ateist olduğunu və İslama öz qıt materialist anlayışı ilə rəy bildirdiyini ortaya qoyur:
• Orta məktəb dövründə böyük fəlsəfi böhran yaşadım. Tanrı ilə mübarizə apardım, bu mübarizədən qalibiyyətlə çıxdıqdan sonra yarı Tanrı oldum. (Özgür Yaşamla Diyaloglar, Ekim 2002, s. 257)
• Tək tanrılı din ideologiyaları başdan ayağa siyasət ideologiyalarıdır. Dini ifadə, Allah, peyğəmbər və mələk kimi məfhumlar dövrün siyasi ədəbiyyatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 204)
• Allah bir növ orta əsrin feodal manifestidir, əsas qanunu və bəyanatıdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 313)
• Namazın özü də ümumi mənada bir teatrdır. (Sümer Rahip Devletinden Demokratik Uygarlığa, Cilt 1, Aralık 2001, s. 354)
BAV ictimaiyyətinin və cənab Adnan Oktarın terrorla mübarizədəki təsiri və böhtanlar
Türkiyədəki hə cür separatçı cərəyana qarşı mübarizə aparan Elmi Tədqiqat Fondu (BAV) ictimaiyyəti uzun illərdir müxtəlf təzyiq, təhdid və böhtanlara məruz qalır. Bunun səbəbi ölkəmizin üzərində oynanılan oyunların pozulmasında BAV ictimaiyyətinin qurduğu tarixi missiyadır. Bəzi qaranlıq güclər BAV-ı yox etmək istəyirlər. Xüsusilə, dövlətə sızmış və kök salmış kommunist bir şəbəkə fəaliyyətlərini düşüncəsizlik və utanmazlıq dərəcəsinə gətirib çıxarmış intensiv bir böhtan kampanyasına başlamışdır.
BAV mənsublarını və BAV-in fəxri başçısı cənab Adnan Oktarı günahlandıran, guya qaralamağa çalışan və böhtan atanlardan biri də separatçı təşkilatın lideridir. Digər bütün kommunistler kimi, uşaq qatili separatçı başçı da cənab Adnan Oktarı qaralamaya çalışır və bir kitabında belə deyir:
Başda da MİT-in türk oliqarx quruluşunun əmrindəki dindarlar vardır. Həm də filosof dindarlardır bunlar. Osmanlı sultanlarına da tarix boyunca yol göstərənlər dindarlar deyildimi? İndi də rejimin hücumlarına yol göstərəcək dindarlar vardır. Məsələn, o Adnan hocalar necə ortaya çıxarıldı? (Oligarşik Cumhuriyet Gerçeği,İstanbul, Şubat 2001, s. 25)
Separatçı təşkilatın lideri cənab Adnan Oktarın müdafiə etdiyi fikirlərin hadisələrə qoyduğu diaqnozlar və onların həllindəki müvəffəqiyyətinin təşkilata verəcəyi zərərlərini tez anlamış, buna görə də böhtan atmakda heç bir xəta görməmişdir.
Harun Yəhya Külliyatı "Super güc Türkiyə" idealina çatmaq yolunda -Allah'ın izni ilə- mühüm bir vəsilə olacaq.
Yazıçı bu günə qədər təxminən 250 kitab qələmə almışdır. Bu kitablar 46.000 səhifə və 31.500 rəsimdən ibarətdir.
Bunların 7.000 səhifə və 6.000 rəsim olan hissəsi təkamül nəzəriyyəsinin çöküşündən bəhs edir.
|