Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
|
İslam dünyasının bir olmaq vaxtı gəlib çatıb. Dini, dili, adət-ənənəsi bir olan bu cəmiyyətlərin birləşməmələri, həmrəy olmamaları üçün heç bir səbəb yoxdur. Əksəriyyəti eyni dili danışan, bir olan Allah'a iman gətirən, Peyğəmbərimizə (səv) qəlbən təslim olmuş və O'nu sevən, İslam əxlaqının gərəyi olan qonaqpərvərliyi, sevgini, fədakarlığı, təvazökarlığı, səmimiyyəti, vəfanı yaşayan, bir sözlə, kökləri, qanları, canları bir olan İslam cəmiyyətləri üçün birləşmək böyük rahatlıq və nemətdir. Bu millətlər arasında olan hazırkı ayrılıq isə süni və lazımsız bir ayrılıqdır. Qafqazdan Tanzaniyaya, Fəsdən Ficiyə qədər uzanan geniş bir əraziyə yayılmış İslam ölkələri birlik və bərabərlik çərçivəsində hərəkət etdiyi zaman, Allah'ın izni ilə, yenidən dirçələcəklər.
İslam əxlaqının təməlində birlik vardır. Allah Quranda yer üzündəki fitnə-fəsada son qoyulması üçün iman gətirənlərin bir-birləri ilə dost olmaları, ittifaq etmələri, birlik və bərabərlik içində olmalarının vacib olduğunu bildirmişdir:
... Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Yer üzündə axıdılan qanların dayanması, anarxiyaya, terrora son qoyulması, İslam dünyasına rifahın, bərəkətin və hüzurun hakim olması, bütün müsəlman aləminin təhlükəsiz və etibarlı bir mühitə qovuşması və dünyada sülhün təmin edilməsi üçün İslam Birliyinin qurulması zəruridir.
• İslam Birliyinin dünyəvi quruluşu inanan və ya inanmayan, hər düşüncəyə və ideologiyaya sahib olan bütün insanların qoruyucusu olacaqdır. Dünyəvi və demokratik prinsiplərə əsaslanan və hüququn üstünlüyü prinsipini əsas götürən bu birliyin əhatəsində təkcə müsəlmanlar deyil, yəhudilər və xristianlar da istədikləri kimi ibadətlərini yerinə yetirəcək, azad və rahat bir həyata sahib olacaqlar. Yalnız dindarlar deyil, buddistlər, ateistlər, dindən kənar yaşayan insanlar, materialistlər, bir sözlə, hər kəs İslam Birliyinin təmin etdiyi sərbəst mühitdə öz fikirlərini istədikləri kimi ifadə edə biləcək, dilədikləri kimi yaşayacaqlar. İnancının, düşüncəsinin, irqinin, milliyyətinin nə olduğundan asılı olmayaraq, bütün insanlara birinci təbəqəli vətəndaş münasibəti göstəriləcək, İslam Birliyi insanların hüquqlarına və azadlıqlarına layiq olduğu dəyəri verən demokratik və dünyəvi quruluşu ilə nümunəvi bir cəmiyyət modeli quracaq.
• İslam Birliyi mötədil bir birlikdir. Bu birlik fanatik, diktator, hökmranlıq edən bir birlik deyil, əksinə, insanlara qarşı hörmətə, xoş münasibətə və mərhəmətə əsaslanan, açıq fikirli və azad düşüncəli qardaşlıq və sevgi birliyi olacaq. Həm bu bayraq altında birləşən millətlərin, həm də dünya millətlərinin təhlükəsizliyini təmin edəcək. İslam dünyasının belə məntiqli, sağlam düşüncəli və ədalətli bir rəhbərliyə qovuşması həm bu gün bir çox problemlərlə üzləşən təxminən 1.5 milyard müsəlman üçün, həm də dünyanın digər bütün insanları üçün çox xeyirli olacaq. Müsəlmanlar peyğəmbərimiz hz. Muhəmmədin (səv) yaşadığı dövrdən bəri bəşəriyyətə ağıl, elm, düşüncə, incəsənət, mədəniyyət kimi sahələrdə öndərlik etmiş, "insanların xeyiri”nə möhtəşəm əsərlər ərsəyə gətirmişlər. 21-ci əsrin həqiqi mənada bir intibah çağı olmasının səbəbkarı da İslam Birliyi olacaqdır.
• İslam Birliyinin səbəb olacağı çiçəklənmə bütün dünyaya gözəllik gətirəcək. ABŞ, Rusiya, Çin, İsrail və bütün Avropa dövlətləri İslam Birliyinin qurulması ilə neçə illərdir davam edən, kök salmış problemlərin bir anda həll olunduğunu görəcəklər. Bu vəziyyətdən hər kəs faydalanacaq. İslam dünyasının xaricində qalan böyük dövlətlərin təhlükəsizliyə, iqtisadiyyata, mədəni dəyərlərə dair bütün narahatlıqları bu birliyin qurulması ilə tamamilə aradan qalxacaq. Terrorla mübarizə sona çatacaq, mədəni qarşıdurma riski tamamilə aradan qalxacaq, yeraltı qaynaqlar və xammaddələrdən bütün insanların ən gözəl şəkildə faydalanması təmin ediləcək, iqtisadiyyat sabitliyə qovuşacaq və böhran ehtimalı aradan qaldırılacaq, hərbi xərclərə ayrılan büdcə insanların daha keyfiyyətli və təhlükəsiz yaşamaları üçün sərf ediləcək. Aydındır ki, güclü bir İslam Birliyinin varlığı bütün millətlərin xeyrinədir.
• İslam dünyası çox gözəl bir kamilləşmə dövrü yaşayır. 19-cu əsrin son dövrlərindən bəri, 100 ildən çoxdur ki, yaşanan çətinliklər İslam aləmini kamilləşdirmiş və gücləndirmişdir. Əsl din əxlaqı bu ərazidə geniş yayılmışdır. Başda gənç nəsil olmaqla, şüurlu və kamil, fanatiklikdən uzaq geniş bir kütlə mövcuddur. İslam aləminin şövqlə və ruh yüksəkliyi ilə gözlədiyi birləşmənin həyata keçirilməsi üçün çox uyğun bir şəraitin olduğu açıq şəkildə görünür. Bu mühitin çox yaxşı dəyərləndirilməsi və tezliklə lazımi addımların atılması vacibdir.
|