Separatçı təşkilatın hiylələrinə diqqət edin!


Atatürkün kommunizm barəsindəki xəbərdarlığı

“Kommunizm türk dünyasının ən böyük düşmənidir. Harda rast gəlinsə, əzilməlidir.”

“Avropada baş verən müharibənin əsas qalibi nə İngiltərə, nə Fransa, nə də Almaniyadır. Sadəcə bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu ölkə ilə ən çox müharibə edən millət kimi, biz türklər orada baş verən hadisələri yaxından izləyir və təhlükəni açıq- aydın görürük. Oyanan şərq millətlərinin düşüncələrini istismar edən, onların milli ehtiraslarını oxşayan və kinə təhrik edə bilən bolşeviklər (kommunistlər) sadəcə Avropanı yox, Asiyanı da təhdid edən əsas qüvvə olublar.” (Atatürk'ün Söylev ve Demeçleri, c. 3, s. 94-95)

Separatçı təşkilar anti-kommunist, anti-darvinist, anti-materialist təbliğat ilə məğlub olacaqlarını anladıqlarına görə taktika dəyişdirərək artıq kommunist olmadıqlarını bəyan etməyə başlayıblar. Məqsədi zaman qazanmaq olan bu hiyləyə heç kim aldanmamalıdır.Separatçı təşkilat kommunistdir və onu darmadağın edən əks təbliğat qətiyyətlə və dayanmadan davam etdirilməlidir.

“24 iyun 2007- ci ildə “Hürriyyet” qəzeti “PKK artıq etibarlı bir Amerika tərəfdarıdır” başlığı ilə separatçı təşkilatın kommunist kimliyi barəsində şübhə yaradan çox təhlükəli bir xəbər hazırlayıb. Qəzetin üz qabığında elan edilən bu xəbərdə separatçı təşkilatın inqilabçı kommunist ideologiyadan imtina etdiyi ilə bağlı açıqlamalar var. Halbuki təşkilat kommunist ideologiyadan heç vaxt imtina etməyib, sadəcə ənənəvi taktika işlədib. Xəbərdəki açıqlamalar tamamilə yalandır. Mətbuatımız bu cür xəbərlərdə daha diqqətli olmalı, separatçı təşkilatın hiylələrinə aldanmamalıdır. “Hürriyet” qəzeti separatçı təşkilatın gerçək strukturunu ifşa etməli, xalqda yanlış təəssürat yaradan xəbərlər hazırlamamalıdır.

Son zamanlarda separatçı təşkilatın diqqətlə gizlətmək istədikləri əsl mövzu kommunist olmalarıdır. Təşkilat bu kimliyin dindar şərq tərəfindən mənfi qarşılanacağını bilib və özlərini kürd millətçi kimi tanıdıblar.

Bu gün təşkilatın başına keçmişdə səylə müdafiə etdiyi ateizm və kommunizm bəla olub. Əksəriyyəti səmimi dindarlardan ibarət şərq ərazilərimizdəki vətəndaşlarımız separatçı təşkilatın gerçək üzünü son aylarda qəzetlərdə əks olunan xəbərlərdən daha yaxşı görüb və dərhal təşkilat əleyhinə bir çevriliş başladıb.

İnsanlar ən çox separatçı təşkilatın ateist və kommunist mövqedə olduqları barədə məlumatlandırılmalıdırlar. Təşkilat liderinin əvvəlki danışıqlarının hamısı kommunist üslubdadır. Təşkilat lideri SSSR-nin dağılmasından sonra üslub dəyişərək xüsusilə ələ keçdikdən sonra taktika işlədərək yeni və saxta bir kimliyə bürünüblər.

Leninin “bir addım irəli, iki addım geri” kitabında göstərdiyi taktikalarla açıqlamalar ediblər. Lenin tövsiyyə edib ki, əgər bir kommunist öz kommunist kimliyini gizlətmək istəyirsə, onda dindar görünməli, marksist olmadığını dilə gətirərək geri addım atmalıdır. Separatçı təşkilatın bu cür taktika və yalanlarına qarşı ayıq və diqqətli olmaq lazımdır. Təşkilat tamamilə ateist-kommunistdir və gerçəyi artıq gizlədə bilməz.

Şərqdə yaşayan və səmimi bir dindar olan kürd əsilli vətəndaşlarımız Allah`ı, Peyğəmbəri, kitabları, axirəti inkar edən kommunist təşkilatı (Allah`ın izni ilə) tezliklə ərazidən çıxaracaq.

Separatçı terror təşkilatının kommunist olduğu bir həqiqətdir

Separatçı terror təşkilatı hər tədbiri, hər şüarı və hər bildirişi ilə kommunistdir. Ancaq ərazidə yaşayanlar bu barədə çox məlumatsızdır və əli qanlı təşkilat nümayəndələri bəzən kürd xalqı adına mübarizə aparan, milləti kürd olan partizanlar kimi başa düşülür. Ərazidəki insanların əksəriyyəti dindardır. Bu səbəbdən separatçı təşkilatın gerçək hədəflərini və ateist strukturunu anlasalar, onda bu təşkilat əleyhinə qətiyyətlə mübarizəyə başlayacaqlar. Bu səbəbdən təşkilatın ateist və kommunist kimliyi hərtərəfli təbliğat ilə xalqımıza çatdırılılmalıdır. Bu barədə radio, televiziya və mətbuatdan istifadə edərək çox təsirli bir iş görülməlidir. Burada etnik hərəkətdən deyil, kommunist və dinsiz bir hərəkətdən söhbət gedir. Kürd millətçiliyi görüntüsü tamamilə ərazidəki insanların gözünü boyamaq üçündür.

Təşkilatın kommunist olduğunu anlamaq üçün cox əhatəli bir tədqiqat lazım deyil. Çünki təşkilatın uzun illər istifadə etdiyi bayrağında kommunizmin ən tanınan işarəsi olan oraq- çəkic motivinin olması belə bunu sübut etmək üçün kifayətdir. (Bu emblem daha sonra strategiya və taktika dəyişikliyinə gedən təşkilat tərəfindən dəyişdirilib) Təşkilatın quruluş konqresində olan və təşkilatın internet saytında nəzərə çarpan ifadələr də marksizmə olan sədaqəti dəqiqliklə ortaya qoyur:

“Marksist- leninist nəzəriyyə çox yaxşı mənimsənilməlidir. Lider kadrlar tez-tez marksizmə müraciət etməli, marksizmin tətbiq edilməsini başlanğıc şəkli etmək üçün bunu həqiqətən mənimsəməlidirlər... Biz sosializmi siyasi problemin həll edilməsində daha çox bir hərəkət bələdçisi kimi təsvir edəcəyik. Mütləq belə bir təlimin təmsilçisi kimi bunun ən əhəmiyyətli şərti olaraq ölkənin siyasi iqtidar məsələsinə bunu tətbiq edərək, mövcud iqtidarı parçalamaqda bir vasitə kimi bir yol göstəricisi kimi istifadə edərək öhdəmizə düşəni edəcəyik.”

Təşkilat liderinin 13-cü quruluş ildönümü mesajından: “Sosializm çökdü, kommunizm çökdü” deyənlərə ən yaxşı cavab əksinə sosializmin ən güclüsü, ən doğrusu PKK-da gerçəkləşibdir” deyirik.

Təşkilatın liderinin 1 may 1982-ci il tarixli nitqindən: “Ancaq bunu yaxşı bilməliyik ki, Kürdistan tarixi rəsmiləşmək istəyirsə, bütövlükdə işçi sinfi həqiqətinə əsaslanmalıdır. Nə qədər əlverişsiz şərtlər yaşayırsa yaşasın, işçi sinfinin obyektiv gücünə və onun yol göstəricisi olan elminə, marksizm- leninizmə əsaslanmağa məcburdur və diqqət edirsinizsə, bizim varlığımız bundan qaynaqlanır... Əgər tayfa divarları, o feodal hasarlar aşılmasaydı, müasir düşüncə, ən çevrilişçi düşüncə olan marksizm- leninizm beynimizə dolmasaydı, bunun üçün zəmin də olmayacaqdı.”

Separatçı təşkilatı gizlicə dəstəkləyən materialist birliyində yaradılış həqiqəti sarsıntısı

8 iyun 2007-ci ildə Avropa Şurası Parlament Məclisində “Mədəniyyət, Elm və Təhsil Komitəsi tərəfindən təqdim edilən hesabatda avropalılar arasında yaradılış həqiqətinə olan maraq artdığı üçün kommunistlərin təlaşlandığı bildirilib. Fransa sosialist qrup nümayəndələrindən Quy Lengagnenin yazdığı hesabatın başlığı çox diqqət çəkici və ibrətamizdir: “ Təhsildə yaradılışın təhlükələri.” Hesabatda yaradılışdan danışmaq təhlükəli hərəkət kimi göstərilir, əgər darvinizm inkar edilərək yaradılış qəbul edilsə, Avropanın dəyərlərinin sarsılacağı vurğulanıb.

Heç şübhəsiz bu hesabatda əsas dəyərlər deyiləndə nəzərdə tutulan materialist mədəniyyətdən başqa bir şey deyil. Başda Fransa, İngiltərə, Hollandiya və Belçika olmaqla, Avropa uzun müddətdir darvinist-materialist təsir altındadır. Avropada yaşayan insanlar darvinizm dininin cadusuna qapılıblar, bunun nəticəsində çox soyuq, hər cür əxlaqi və insani dəyərlərdən məhrum olublar.

Ancaq son vaxtlarda Avropada əsrlərlə davam edən materialist təsir sürətlə azalır. Avropalılar yaradılışın gerçək, darvinizmin isə böyük yalan olduğunu anlamağa başlayır. Bu gün Avropanın bir çox seçilən təhsil müəssisələrində şagirdlərlə müəllimlər arasında təkamül nəzəriyyəsi müzakirə edilir, həqiqətləri dərk edən avropalı gənclər yaradılış gerçəyini müdafiə edən könüllülərə çevriliblər. Eyni şəkildə elmi heyətlərdə və xüsusilə də rəsmi komissiyalarda da darvinizm müzakirə olunur, qısası, Avropada əhəmiyyətli dəyişiklik yaşanılır.

Belə bir dəyişikliyin yaşanılmasında Harun Yəhyanın Yaradılış Atlasının təsiri böyükdür. Bu kitab italyanca, ingiliscə və fransızca nəşr edilərək Avropada çox geniş bir oxucu kütləsinə çatdırılıb. Bəhs edilən hesabat da bu kitabdan sonra yazılıb. Hesabatda da Yaradılış Atlasından və Harun Yəhyadan bir çox yerdə bəhs edilib.

Avropa mətbuatında Yaradılış Atlası haqqında çıxan minlərlə xəbərdən bəziləri 2 fevral 2007- ci ildə “Le blog d'Yves Daoudal” şəxsi saytında “darvinist qalmaqal” başlığı ilə Yaradılış Atlası haqqında məlumat verib.

Belçikada nəşr olunan “A Voix Autre” adlı qəzetdə Harun Yəhyanın Yaradılış Atlası adlı əsərinin Fransada yaratdığı təsir “səhnə arxasında yaşanılan panika” və “yaradılışçı ədəbiyyat heç bir dövrdə bu qədər güclü olmamışdı” sözləri ilə ifadə olunub.

“Le Nouvel Observateur” jurnalı yaradılış aksiyasının ən əhəmiyyətli təmsilçisi kimi əsərlərinin də təsiri ilə Harun Yəhyanın özü olduğunu deyib.

Science jurnalı 16 fevral 2007-ci il tarixli sayında Fransaya və bütün ölkələrə göndərilən yaradılış atlası ilə bağlı belə deyib:

“Uzun müddətdir təkamülə edilən ən təsirli hücumdur. Bu son həftələrdə Yaradılış atlası göndərilən avropalı alimlərin ortaq fikridir”

3 fevral 2007-ci ildə “Le Monde” qəzeti Yaradılış Atlasını “bənzərsiz bir əsər” kimi təsvir edib.

Hollandiyada yayımlanan Radio Netherlandsın internet saytında olan Nicolien Den Boerin məqaləsində Yaradılış Atlasının bütün Avropada böyük bir qasırğa effekti yaratdığı bildirilib.

2 fevral 2007-ci ildə “Le Fiqaro” qəzetində “İslam yaradılışının Fransaya hücumu” başlıqlı xəbər yerləşdirildi.

3 fevral 2007-ci ildə “Le Monde” qəzetində “Yaradılışçılar Fransa məktəblərinə hücuma keçdi” başlıqlı xəbər yerləşdirildi.

6 fevral 2007-ci ildə “La Liberation” qəzetində Harun Yəhya Türkiyədə yaradılışın ən böyük müdafiəçisi kimi tanınır.

5 fevral 2007-də “The Waşinqton Post” qəzeti Yaradılış Atlasının təsirini darvinizmə qarşı coşğulu bir hücum kimi təsvir edir.

İtaliya və Fransanın əməkdaşlığı ilə hazırlanan www.bellaciao.org adlı xəbər saytında 9 fevral 2007-ci ildə dünyada yaradılışı müdafiə edən fəaliyyətlərlə bağlı bir xəbər yayıldı. Xəbərdə Darvinin nəzəriyyəsini darmadağın edən Harun Yəhya (əsl adı Adnan Oktar) təkamül nəzəriyyəsini inkar etməkdən də irəli gedir” deyilirdi.

Məşhur amerikalı jurnalist Douq İreland şəxsi saytında “islami yaradılış Fransanı zəbt etdi” başlıqlı bir xəbər yerləşdirildi.

“Gaullisme” adlı bir fransız siyasi saytında 3 fevral 2007-ci ildə yerləşdirilən xəbərdə “… yaradılışın ən fəal təbliğçisi Harun Yəhya, nəşrlərinin gücü ilə Harun Yəhyadır” deyilirdi.

“Le blog des bactéries et de l'évolution” adlı təkamüllə əlaqədar şəxsi bir saytda 8 və 9 fevral 2007-ci ildə iki xəbər yayımlandı. Xəbərdə Yaradılış Atlası haqqında belə deyilir: “Quran ayələrindən qaynaqlanan bu böyük müharibə gəmisi”

Belçikanın ən əhəmiyyətli qəzetlərindən biri olan “Le Soirin” 5 Mart 2007-ci il tarixli sayında Harun Yəhyanın Yaradılış Atlasının bütün dünyada yayılan bir xəbər yerləşdirildi. “Qırmızı bir kitab Darvinin nəzəriyyəsini inkar edir” başlıqlı xəbərdə Harun Yəhyanın əsəri “dahiyanə bir cəhd” kimi təsvir edilir.

Liege universitetindən professor Bernard Rentier şəxsi səhifəsində belə açıqlama verir: “Məzmun heyrətamizdir, amma təsirlidir. Atlasın bütün dünyaya yayılması ilə yaranan təsiri düşünməyə də insan cəsarət edə bilmir...”

Polşada yaradılışı müdafiə edən Polskie Tovarzystvo Kreakjonistyknze adlı təşkilat internet saytında “Bəzi ölkələrdə yazarın kitabları məktəbli kitablarından daha nüfuzludur” deyə bildirilir.

23 martda Polşada internet jurnalı olan İnteriaplda Harun Yəhyanın Yaradılış Atlası əsəri ilə bağlı “Anti- darvinist təlim kitabı hakimiyyəti şoka saldı” başlıqlı xəbər yayımlanıb.

“Glos Nauczycielski” adlı xəbər saytı Belçika Milli Təhsil Nazirliyinin bir kitabdan duyduğu qorxunu “Anti-darvinist kitab Belçika məktəblərinə yayıldı” başlığı ilə xəbər hazırlayıb.

“Dziennik Online” adlı xəbər saytı Belçikanın yaradılış fikirlərinə qarşı münasibətini səhifələrində xəbər kimi yayımlayıb. Belçika hakimiyyəti isə kitabın təcili yığışdırılmalı olduğunu deyirlər.

İsveçrənin ən tanınan qəzetlərindən biri ola “Le Matin”də 2 may 2007-ci ildə yayımlanan xəbərin başlığı belə idi:

“Avropada təbliğat yoluna düşüb, qeyri-adi bir atlas bütün İsveçrəni istila etdi!” Liege universitetinin aylıq jurnalında 15 may 2007-ci ildə “təəccüblü bir yaradılış nümunəsi, türkcə bir əsər təkamülü müzakirə mövzusu edir!” başlıqlı bir xəbər yayımlandı.

Almaniyanın ən tanınan qəzetlərindən biri olan Die Veltin 20 iyul 2007-ci ilki sayında “təkamülə qarşı Quranla mübarizə” başlıqlı böyük bir xəbər yayımladı. Xəbərdə “ Paris Təhsil Nazirliyi dəhşətə gələrək kitabın tədris edilməməsini təklif etdi” kimi bir ifadə var idi.

20 fevral 2007-ci ildə Almaniyada “hpd-online.de” adlı bir xəbər saytında Yaradılış Atlası ilə bağlı bir xəbər yerləşdirildi. Xəbərdə Fransa və Benelüks ölkələrinə göndərilən əsərlərin yaratdığı təşvişdən bəhs edildi.

Amerikadan yayımlanan, www.newsmax.com adlı böyük bir xəbər saytında 22 noyabr 2006-cı ildə “ türklər: ateizm terrorizmin mənbəyidir” başlıqlı xəbər yerləşdirildi. Xəbərdə “bu, amerikalı yaradılışçıların xəyal edə bilməyəcəkləri qədər təsirlidir” deyilirdi.

Belçikada nəşr olunan “La Libre Belgique” qəzetinin 23 mart 2007-ci ildəki sayında “təkamül nəzəriyyəsini getdikcə artan nailiyyətlərlə inkar edən bir yazardır...” kimi ifadə edilmişdi.

Irish Independant, Kevin Myers, 9 Mart 2007: “Harun Yəhyanın Qlobal nəşriyyatdan çıxan Yaradılış Atlası adlı kitabı, bəlkə də bu il, bu vaxta qədər olan ən əlamətdar hadisədir...”

İsveçdə nəşr olunan “Svenska Dagbladet” adlı qəzetin 4 mart 2007-ci il sayında Karl-Johan Bilkenrotun hazırladığı xəbərdə Atlas haqqında “Darvinə etiraz edən möhtəşəm əsər” ifadələrindən istifadə edilib.

4 iyun 2007-ci ildə İtaliyanın ən tanınan “Corriera della Sera” qəzetindəki Yaradılış Atlası mövzusundakı xəbərdə belə deyilir: “Yaradılış Atlası ilə işğal edən İslam əsilli yaradılışçılar arasında bir yarış başladı. Hansının qalib olacağını bilmirik, amma dəqiq bildiyimiz şey bizim itirəcəyimizdir...”

“Armenews” adlı xəbər agentliyinin internet saytında 18 aprel 2007-ci ildə yerləşdirilən xəbərdə “Türkiyədə təkamülə qarşı aparılan mübarizənin, demək olar ki, zəfərlə nəticələndiyi görünür” kimi ifadə var.

Yazarın bu günə qədər qələmə aldığı kitablarının sayı təxminən 250-dir. Bu kitablar 46.000 səhifə və 31.500 şəkildən ibarətdir. Bunların 7.000 səhifə və 6.000 şəkilli hissəsi təkamül nəzəriyyəsinin çöküşü mövzusunu əhatə edir.

Adnan Oktarın Harun Yəhya təxəllüsü adı ilə qələmə aldığı kitabları və bunlardan faydalanılaraq hazırlanan sənədli filmləri, www.harunyahya.org, www.harunyahya.net və www.harunyahya.com ünvanlarından pulsuz olaraq və ya Global Nəşriyyatın 0212 444 444 1 nömrəli telefonundan əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bu tam səhifə elan 29 İyun 2007 tarixində Yeni Şafak

29 İyun 2007 tarixində Önce Vatan

29 İyun 2007 tarixində Türkiyə

30 İyun 2007 tarixində Vaxt

1 İyul 2007 tarixində Milli Qəzet

2 İyul 2007 tarixində Yeni Çağ

qəzetlərində nəşr olunmuşdur.




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.