Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
|
Bu gün müsəlman dünyasında cərəyan edən acınacaqlı vəziyyət göz qabağındadır. Məsələn, Çinin qərbində yerləşən Şərqi Türkistan xalqı, xüsusilə, son əlli ildə dözülməz təzyiqlərə məruz qalır. Əhalisinin böyük əksəriyyəti uyğur türklərindən ibarət olan Şərqi Türkistanda çox ağır və məşəqqətli həyat tərzi hakimdir. 1965-ci ildən bəri Şərqi Türkistanda qətlə yetirilənlərin, qətliam qurbanlarının sayı 35 milyona çatmışdır. Bu rəqəm, həqiqətən də, tükürpərdicidir.
İstilalar və zorakılıqlar bu torpaqlara ancaq xaos, kin və nifrət gətirdi. İnsanların bu cür istismar edilməsi dövrü artıq geridə qalıb. Yəni Şərqi Türkistan xalqına özünü müstəqil şəkildə idarə etmək imkanı və iqtisadi azadlıq verilsə, bu, birbaşa Çinin mənfəətlərinə də xidmət edəcək. Sərhədləri daxilində istehsalat sahəsi yaradan, müstəqil, qorxu və təzyiqlərdən uzaq yaşayan Şərqi Türkistan Çin üçün yeni bir inkişaf mərkəzinə çevriləcək.
Əlbəttə, Şərqi Türkistanın dirçəlişi ancaq böyük güc və nüfuza malik İslam Birliyi ilə mümkün olacaq. Belə bir gücün zəmanəti ilə Çin, ölkəsində yaşayan milyonlarla müsəlmanla münasibətlərini gücləndirəcək. Çin hakimiyyətini qəlbən İslam Birliyinə bağlı olan Şərqi Türkistanın düşmən münasibəti bəsləməyəcəyi, üsyan etməyəcəyi, Çinin daha da qüvvətlənməsi üçün dəstək olacağına inandırmaq vacibdir.
Dünya sülhə, sevgiyə, köməkləşməyə və ədalətə möhtacdır. İslam Birliyinin əsas vəzifəsi də məhz bu ehtiyacları qarşılamaqdır. Bu birlik düşmənçilik etmək, intiqam almaq və ya hədə-qorxu gəlmək üçün deyil, dünyada sülhü bərqərar etmək üçün yaradılacaq. Hər kəsin ona tabe olmasını, əks təqdirdə kölə olmasını tələb etməyəcək, sevgi və mərhəməti dünyaya hakim edəcək.
Bu birlik vəsiləsi ilə bütün dinlərin mənsubları istədikləri kimi ibadət edəcək, öz dinlərində müqəddəs hesab edilən hər yeri ziyarət edəcək, malı, canı, namus və şərəfi İslam Birliyi tərəfindən qorunacaq.
Mədəniyyətlərin toqquşması ssenarisinin əksinə, bu birlik mədəniyyətləri daha da yaxınlaşdıracaq. Nəticədə birliyin yaratdığı gözəlliklərdən bütün dünya faydalanacaq. Birlik sevgi, şəfqət, mərhəmət, fədakarlıq və köməkləşmə üzərində qurulacaq. İnsanlar bir-birlərinə hörmətlə yanaşacaqlar. İncəsənətdə, elmdə və texnologiyada ən yüksək həddə çatmağı önünə məqsəd qoyacaq.
1 milyarddan çox insanı təmsil edən İslam Birliyi, eyni zamanda böyük iqtisadi bazar deməkdir. Xüsusilə, Çin üçün çox əlverişli ticari şərait yaranacaq. Bir sözlə, Çin bu barədə yaxşı məlumatlandırılmalıdır.
İslam coğrafiyasında terror fəaliyyətləri kökündən qurudulacaq, terror törətməyə cəhd edənlər İslam Birliyinin güclü ordusu ilə qarşılaşacaq. Birliyin üzləri olan dövlətlərin unitar quruluşu qorunacaq. İslam Birliyinin əsas ideologiyalarından biri dünyəvilik olacaq. Nəticədə, müsəlman da, qeyri-müsəlman da təhlükəsiz və rahat şəraitdə yaşayacaq.
İslam Birliyi İsrail və Fələstin məsələsində bütün problemlərin həlli üçün böyük bir fürsət olacaq. Bu gün İsrail və Fələstin xalqları hər an təhlükədə olduqları üçün narahat yaşayırlar. İslam Birliyi qurulduqda nə kilometrlərlə divar tikməyə, nə də başqa tədbirlərə ehtiyac olacaq.
İslam Birliyi bütün İslam və türk dünyası tərəfində böyük şövq və həyəcanla gözlənilir.
|