Separatçı təşkilatın gizlətməyə çalışdığı kommunist kimliyi
|
Ətrafımızda hələ də kommunizm təhlükəsi var. Müxtəlif taktikalardan istifadə edən bölücü terror təşkilatı bu həqiqəti, xüsusilə Türkiyənin cənub-şərq bölgəsinin vətəndaşlarından gizlətməyə çalışsa da, hər hərəkəti, hər şüarı və hər məlumatı ilə kommunist və ateistdir. Ən əsası isə atdığı qanlı və zalım addımları artırmaq üçün hər an pusquda gözləyir.
De: “Mənimlə sizin aranızda Allah’ın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allah’ı inkar edənlər – məhz onlar ziyana uğrayanlardır”. (Ənkəbut surəsi, 52)
Ötən həftədəki jurnalımızın üz qabığında bu gün Türkiyənin qarşısında duran ən vacib məsələlərindən birinin "kommunist bölücü hərəkatının kökünün qurudulması" olduğundan bəhs etmişdik. Terrorizmə son qoymaq üçün terrorun mənşəyinin müəyyən edilməsinin vacibliyindən, problemin həlli üçün fikri mübarizənin labüdlüyündən danışmışdıq.
Fikri mübarizəni düzgün aparmaq üçün, əvvəlcə, terroru təşkil edənlərin, dəstəkləyən və plan quranların hansı ideologiyaya nə dərəcədə bağlı olduqlarını yaxşı bilmək lazımdır. Şübhəsiz ki, bu ideologiya "kommunizm"dir.
Jurnalımızın bu sayında terroru bəsləyən kommunist ideologiyanın vacib tərəflərini göstərib, hiyləgər taktikalarını aşkara çıxaracağıq. Özünü etnik hərəkat kimi qələmə verən bölücü təşkilatın əsl üzünü, həqiqi şəxsiyyətini və əsas hədəfini dəlillərlə ortaya qoyacağıq. Hazırda kommunizm təhlükəsi hələ də davam edir, ancaq özünü çox məharətlə gizlədir. Bu isə həm Türkiyə, həm də bütün dünya üçün çox ciddi təhlükədir.
Bu təhlükəni aradan qaldırmağın yeganə yolu güclü anti-kommunist fikri mübarizə aparmaqdır. Bu fikri mübarizə Allah’ın izni ilə kommunizmin və bütün digər dağıdıcı ideologiyaların yer üzündən silinməsinə səbəb olacaq. Bu mübarizə daxilində vacib olan məlumatları, ağıla gələ bilən bir çox sualların cavablarını aşağıda tapacaqsınız.
Darvinist fikirləri mənimsəyən kommunist liderlər insanı bir heyvan növü olaraq görmüş, terrordan, qan tökməkdən, qırğın törətməkdən zəruri üsul kimi istifadə etmişlər. Darvinizmdən qaynaqlanan kommunizm terroru Türkiyənin yalnız cənub-şərqi ilə məhdudlaşmır. Bütün Türkiyə və bütün Yaxın Şərq kommunizmin hədəfindədir, zəbtedilmə təhlükəsi altındadır. Unudulmamalıdır ki, kommunizmin vətəni yoxdur. Kommunistin vətəni bütün dünyadır.
Kommunizm haqqında tarixi həqiqətlər
*Kommunizm XX əsrə öz damğasını vurmuş bir ideologiyadır. Bu damğa isə yalnız təzyiqlə, zülm, qan və göz yaşı ilə doludur. Tarixçilərin hesablamalarına görə XX əsrdə təkcə bu ideologiya 120 milyon insanın qətl edilməsinə səbəb olmuşdur. Bu insanlar hansısa bir müharibə əsnasında, cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri vətəndaşlardır. Tarix boyunca kommunistlər özlərini gizlətmək üçün müxtəlif taktikalardan istifadə etmişlər. Milyonlarla uşaq kommunist-partizan qruplarının güllələrinə hədəf olmuş və ya hədəf olma qorxusu altında yaşamaq məcburiyyətində qalmışdır. Buna baxmayaraq, Stalin dövründə şəkildəkinə bənzər təbliğat afişaları ilə xalq aldadılırdı. Aşağıdakı şəkildə isə Stalin dövründə uşaqların həqiqi vəziyyəti görünür.
* Təkcə 100 milyon qadın, kişi, uşaq, körpə, yaşlı "kommunizm" adlı bu vəhşi ideologiya nəticəsində həyatını itirmişdir. Bir tərəfdən də, kommunist rejimlər tərəfindən öz konstitusion hüquq və azadlıqlarından məhrum olan, köçməyə məcbur edilən, sistemli şəkildə qıtlığa məruz qoyulan, həbs olunan, iş düşərgələrində kölə kimi işlədilən on milyonlarla insan olmuşdur. Milyonlarla insane, ya kommunist-partizan qruplarının terror təşkilatlarının güllələrinə hədəf olmuş, ya da hədəf olma qorxusu altında yaşamışdır.
* Kommunist ideologiya keçən əsrdə əzab-əziyyətlərin, fəlakətlərin baş verməsinə gətirib çıxardı. Kommunist liderlərin qırğınlarına, mərhəmətsizliklərinə bütün dünya şahid oldu. Görəsən bu təhlükə hal-hazırda yer üzündən silinibmi? Çox təəssüf ki, yox. Keçən əsrdə 120 milyon insanın qanını tökən "qan tökmə quyusu" hələ də varlığını davam etdirir. Quyunun üstü bağlanıb ətrafı örtülsə də, quyu "bağlanmamış tələ" kimi təhlükə olaraq qalır. Müasir dövrdə kommunizm "bir irəli, iki geri taktikası"nı tətbiq edərək geri addım atıb. Ona görə də fəaliyyətlərini müxtəlif ölkələrdə müxtəlif adlar altında davam etdirir, gələcəkdə atacağı addımlar üçün dünyada kommunizm təhlükəsinin olduğu imicini verməməyə çalışırlar.
Müasir dövrdə kommunizm ideloji varlığını necə davam etdirir
Sovet İttifaqının və Şərq Blokunun dağılması ilə kommunizmin tarixə düşdüyünü və dünya üçün artıq heç bir təhlükəsinin olmadığını düşünmək yanlış olar. Kommunizm dialektik materializmin siyasi nəzəriyyəsidir. Dialektik materializm yaşadıqca, kommunizm də yaşayacaq. Əgər cəmiyyətdə hansısa bir fəlsəfə güclü şəkildə yaşayırsa, bu onun siyasi istiqamətdən hərəkətə keçməyi üçün "uyğun şərait tapma”sından asılıdır. Həmçinin dialektik materializm güclü və məşhur fəlsəfə kimi yaşadığına görə onun siyasi ölçüsü olan kommunizm də uyğun mühit tapdıqda təsirli güc halına gələcək. Buna görə də materialist təbliğatın çox güclü aparıldığı müasir dövrdə kommunizm təhlükəsinin aradan qalxdığını söyləmək doğru olmaz. Kommunizm məhv olmayıb, sadəcə dialektik materializmin əsas qanununa uyğun olaraq, iki addım geri çəkilib. Kommunizm hiyləgərcəsinə gizlənərək, fəaliyyətlərinə davam edir. Müxtəlif görünüşlərdə, müxtəlif adlar altında varlığını davam etdirir və yenə keçmişdəki kimi, insanlığa əzab vermək üçün fürsət tapacağı günü gözləyir. Şərqi Türkmənistanda edilən zülmlərin əsas səbəbi Çin dövlətinə hakim olan materialist fəlsəfə və kommunist ideologiyasıdır. Şərqi Türkmənistan xalqı kommunizmə qarşı çıxırdı, ancaq onların bu haqlı reaksiyalarının qarşısı mərhəmətsizcə alındı.
Kommunizmin özünü gizlətmək üçün istifadə etdiyi hiyləgər taktikalar
* "Bir addım irəli, iki addım geri" taktikası. Kommunistlər hədəflərinə çatmaq üçün istədikləri vaxt bir neçə addım geri çəkilib hədəflərindən sanki uzaqlaşırlar. Leninin 1904-cü ildə yazdığı "Bir Addım İrəli, İki Addım Geri" adlı kitabında ifadə etdiyi kimi, bu son hədəfə gedən yolda müvəqqəti geri çəkilmədir. Lenin adı çəkilən kitabında belə yazır:
"Bir addım irəli, iki addım geri... Fərdlərin həyatında, xalqların tarixində və partiyaların inkişafında belə şeylər olur. Amma inqilabçı ictimai-demokratiya qanunlarının, proletar təşkilatının və partiya intizamının əvvəl-axır tam zəfər qazanacağından şübhələnmək alçaqlıqdır. " 1
"Kommunizm türk dünyasının ən böyük düşmənidir. Hər göründüyü yerdə əzilməlidir." (Mustafa Kamal Atatürk)
Bu taktikaya əsaslanaraq, kommunist Çində məktəb uşaqlarına üç addım irəli, iki addım geri "dialektik gedişat"ı öyrədilir.
* "Ailə anlayışını aradan qaldırmaq" taktikası: Kommunizmin hiyləgər taktikalarına başqa bir konkret nümunə kommunistlərin ailə haqqında düşüncələridir. Dialektik materializmin qurucusu Karl Marksa görə kommunizmə çatmaq üçün əvvəlcə evlilik anlayışını aradan götürmək lazımdır. “Kommunist Partiyasının Manifesti” əsərində Marks "proletarlar arasında ailə anlayışının heç görünmədiyini və fahişəliyin çox geniş yayıldığını" söyləyir və bundan bu nəticəyə gəlir: "... Burjua ailəsi aradan qalxmalıdır."
Kommunistlər bu azğın hədəflərinə çatmaq üçün dialektik materializmin qanunlarına uyğun davranırlar. Ailə anlayışını aradan qaldırmaq üçün güclü dövlətə ehtiyacları var. Ancaq güclü dövlət üçün də əvvəlcə ailə güclü olmalıdır. Ona görə də əvvəl geri addım ataraq ailəni gücləndirirlər. Bunun sayəsində kommunist dövlət güclənir və müəyyən bir mərhələdən sonra ailə anlayışını tamamilə aradan götürürlər. 2
Bu nümunələrdən aydın olur ki, kommunistlərin "kommunizm məğlub oldu" kimi şüarları insanları aldatmamalıdır. Bu, dialektik materializmin məşhur taktikasıdır. Kommunizm buqələmun kimi rəngini dəyişdirib əlverişli şəraitin meydana çıxmağını gözləyir. Buna görə də, kommunizmin ana fəlsəfəsi olan dialektik materializm və onun “elmi” dayağı darvinizmlə fikrən ciddi mübarizə aparılması vacibdir. Unudulmamalıdır ki, kommunistlər gələcəkdə atacaqları qanlı və zalım addımlar üçün pusquda dayanıblar.
ATATÜRKÜN KOMMUNİZM TƏHLÜKƏSİNƏ QARŞI XƏBƏRDARLIĞI:
"Avropada gedən müharibənin qalibi nə İngiltərə, nə Fransa, nə də Almaniyadır. Yalnız bolşevizmdir (kommunizm). Rusiyanın yaxın qonşusu və bu məmləkətlə ən çox müharibə aparmış millət olaraq biz - türklər orada cərəyan edən hadisələri yaxından izləyir və təhlükəni bütün açıqlığı ilə görürük. Oyanan Şərq millətlərinin düşüncə sistemini mükəmməl şəkildə istismar edən, onların milli ehtiraslarını oxşayan və kinləri təhrik etməyi bacaran bolşeviklər (kommunistlər) yalnız Avropanı deyil, Asiyanı da hədələyən əsas qüvvəyə çevrilmişlər." (Atatürkün Nitq və Bildirişləri, c. 3, s. 94-95)
Kommunizmin din əxlaqını məhv etmək üçün istifadə etdiyi üsullar
Kommunizmin din əxlaqına düşmən olduğu danılmaz həqiqətdir. Marks, Engels, Lenin, Stalin, Trotski, Mao və başqa kommunistlərin yazılarında bu həqiqətin açıq-aydın ifadə edildiyini görmək mümkündür. Marks din əxlaqını "xalqın tiryəki" olaraq adlandırmış və "kasıb xalq kütlələrini sakitləşdirmək üçün idarəçi sinif tərəfindən qurulan bir mədəniyyət" kimi təsvir etmişdir. Üstəlik, kommunizmə çatmaq üçün dini inancların yox edilməsinin lazım olduğunu qarşıya qoymuşdur. Engels kitablarında "insanın meymundan əmələ gəldiyi" fikrini irəli sürərək, din əxlaqının da bu təkamül müddətinin bir mərhələsində ortaya çıxdığını iddia etmişdir.
Kommunistlər din əxlaqını məhv etmək üçün necə siyasət yürüdürlər?
Bu suala ətraflı cavabı ilk dəfə Lenin vermişdir. Leninin 1909-cu ildə Rus İctimai Demokrat Partiyasının (sonrakı Kommunist Partiyası) lideri olduğu zaman yazdığı və “Proletariya” jurnalında nəşr olunan "Proletariat Partiyasının Din Barədə Mövqeyi" adlı məqaləsində belə deyilir:
"İctimai Demokratiya öz dünyagörüşünü elmi sosializmə, yəni marksizm təməlinə dayayır. Marks və Engelsin dəfələrlə təkrarladıqları müxtəlif marksizmin fəlsəfi təməli Fransadakı XVIII əsr materializminin və Almaniyadakı Feuerbach (XIX əsrin ilk yarısı) materializminin tarixi ənənələrini mənimsəmiş, tamamilə ateist və din əxlaqına qarşı olan dialektik materializmdir. Unutmayaq ki, Marksın qaralama vəziyyətində oxuduğu “Anti-Düring” (Engels) əsərinin hamısı materialist və ateist olan Dühringi tutarlı bir materialist olmamaqda və din ilə din fəlsəfəsinə açıq qapı buraxmaqda günahlandırır. Onu da unutmayaq ki, Engels Ludwig Feuerbacha həsr etdiyi əsərində Feuerbachı din əxlaqını yox etmək üçün deyil, canlandırmaq, yeni, “aliləşdirilmiş” bir din qurmaq üçün mübarizəyə başladığı üçün tənqid edir. "Din əxlaqı xalqı yatırtmaq üçün istifadə edilən tiryəkdir"- Marksın bu sözləri din əxlaqı barədə marksist baxışın təməl daşıdır." (Viladimir İliç Lenin “Proletariat Partiyasının Din Barədə Mövqeyi”, “Proletari” qəzeti, 45-ci buraxılış, 13 (28) May 1909)
Diqqət etsək, Leninin marksistlərin din əxlaqına qarşı aparmalı olduqları mübarizənin "elmi nəşrlər" və "On səkkizinci əsr fransız maarifçilik dövrünün mütəfəkkir və ateistlərinin yazıları" kimi qaynaqlarla icra edilməsinin lazım olduğunu söylədiyini görərik. Burada "elmi nəşr" deyilərkən, elm adı altında materializmi cəmiyyətə təlqin edən nəzəriyyələr nəzərdə tutulur. Bunların da başında şübhəsiz ki, darvinizm dayanır. Bəhs edilən maarifçilik dövrü mütəfəkkirlərinin yazıları isə Diderot, D'Holbach kimi Marksdan əvvəlki materialistlərin din əleyhinə yazdıqları əsərləridir.
Leninin göstərdiyi bu üsul kommunistlər tərəfindən hələ də istifadə edilir. Dünyadakı bəzi nəşriyyatlar, “elmi” jurnallar və ya mətbuat quruluşları araşdırıldıqda da darvinist və maarifçilik fəlsəfəsinə bağlı nəşrlərin qaynağının marksistlər olduğu açıq-aydın görünür.
Kommunizm din əxlaqına qarşı düşmənçiliyini necə gizlədir?
Kommunizmin dinə olan düşmənçiliyini nəzərdən keçirərkən, bəzi kommunistlərin dinə qarşı apardıqları "mülayim" siyasətin həqiqi məqsədini anlamaq lazımdır. Həqiqətən də, dünyadakı marksist cərəyanlar iqtidarda olmadıqları zaman, adətən, din əxlaqına qarşı kəskin və təcavüzkar siyasət aparmırlar. Hətta bəzən kommunistlərdən din əxlaqına və dindarlara qarşı ilk baxışda hörmət əlamətləri görünən sözlər belə eşitmək mümkündür. Bəs görəsən bu "mülayim" üslubun məqsədi nədir?
Bu sualın cavabını Leninin yazıları arasında tapmaq mümkündür. "Proletariat Partiyasının Din Barədə Mövqeyi" adlı məqaləsində Lenin Marks və Engels kimi öndərlərinin izah və tətbiqlərindən bəhrələnərək, din əxlaqı ilə açıq müharibəyə girilməməsinin lazım olduğunu, bunun lazımsız bir "siyasi qumar" olduğunu yazır.3 Lenin din əxlaqına qarşı düşmənçiliklərini açıq elan edən, din əxlaqına qarşı təhqir dolu kampaniyalar keçirən bəzi materialistləri isə (məsələn: anarxistləri və ya "burjua ateistlərini") naşı və sadəlövh hesab edir. Bu şəxslərin marksistləri "mülayimlik” və "tərəddüd etmə"də günahlandırmalarına qarşı "Marksizmin görünüşdəki mülayimliyinin" xüsusi planlaşdırılmış bir taktika olduğunu açıqlayır. Leninin bu "mülayim" taktikası 1917-ilə qədər, yəni kommunistlər iqtidara gələnə qədər davam etdi. Bundan sonra “mülayimlik” aradan qalxdı, bütün Sovet torpaqlarında din əxlaqına və dindarlara qarşı böyük təzyiq başlandı. Buna qədər "ateist olduğumuzu açıqca ifadə etməməli və dinə inananları belə tərəfimizə keçirməliyik" deyən Lenin iqtidara gəldikdən sonra tamamilə fərqli bir yola baş vurdu.
Bölücü təşkilatın əsl siması
HİYLƏGƏR TAKTİKALARA DİQQƏT!
Bölücü təşkilatın idarəçiləri öz kommunist şəxsiyyətlərini gizlətmək məqsədi ilə bəzən inqilabçı-kommunist xətdən imtina etdikləri barədə bildirişlər verirlər. Əslində isə təşkilat kommunist ideologiyadan əsla imtina etmir. Təşkilatın idarəçiləri yalnız klassik taktikadan istifadə edərək, ictimaiyyətə yalan danışırlar. Bu günlərdə mətbuatda da rast gəlinən bu bildirişlərə qətiyyən etibar edilməməlidir. Öz növbəsində, mətbuat da bölücü təşkilatla bağlı "bölücü təşkilatın kommunist şəxsiyyəti barədə şübhə meydana gətirən" xəbərlərdə çox diqqətli olmalı, bölücü təşkilatın tələsinə düşməməlidir.
Terror - Kommunist təşkilatların istifadə etdiyi ən təsirli və ən məşhur üsuldur
Kommunist liderlər terroru imtina olunmaz bir silah kimi görmüş və ardıcıllarına da tövsiyə etmişlər. Bu liderlərdən biri olan Leninin terror təlimatlarına nəzər salaq:
- "Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar törətmək... Dövlətin xəzinəsindən pulları götürmək... İnqilabçı kommunistlər məğlubedilməz, silahlı bir güc kimi ortaya çıxmalıdırlar. İqtidara çatmağımız üçün insanları öldürərək, bombalayaraq, binaları havaya uçuraraq qorxu yaymaq və bununla cəmiyyətin üzərində kommunist diktatorluğu qurmaq vacibdir."4
Bölücü terror təşkilatı hər hərəkəti, hər şüarı və hər məlumatı ilə kommunistdir. Ancaq Türkiyənin cənub-şərqindəki xalq bundan xəbərsizdir və bəzən əli qanlı təşkilat xadimlərini "Kürd xalqı adına döyüşən”, “Kürd millətçi partizanları" hesab edir. Buna görə də xalq bölücü təşkilatın ateist və kommunist olduğu barədə məlumatlandırılmalıdır. Bu təşkilatın liderinin bütün keçmiş ifadələri azğın kommunist üslubundadır.
Bölücü terror təşkilatının ideologiyası bütünlüklə kommunizm və sosializm üzərində qurulmuşdur. Bölücü təşkilatın ayrıca torpaq hissəsi tələb edib bunun üçün fəaliyyət aparmasının məqsədi kommunizmi yaşatmaq istəyidir. Çünki demokratiyanın yaşandığı bir ölkədə bu ideologiya həyata keçirilə bilməz. Kommunizmin öz ağır və təzyiqə əsaslanan rejimini yeritmək üçün müstəqil, təcrid olunmuş bir torpaq sahəsində hakimiyyətini qurmağa ehtiyacı var. İllərlə bölücü terror təşkilatının cənub-şərq bölgəsini Türkiyədən ayıraraq özünə bağlı müstəqil bölgəyə çevirmək istəyinin əsas səbəbi də elə budur.
İllərdir cənub-şərqi Türkiyədə davam edən bölücü fəaliyyətlərin arxasında marksist-leninist-kommunist ideologiya durur. Bu ideologiyanın əsası isə darvinizmə əsaslanır və bu nəzəriyyə olmadan ideologiyanın yaşaması qeyri-mümkündür. Kommunizmin liderləri cəmiyyətə Darvinizmi mənimsətmədən kommunizmin hədəflərinə çatmağın mümkün olmadığını xüsusilə vurğulamışlar.
- "Təbliğatçılar hər qrupu adi “bomba düsturları” ilə təchiz etməlidirlər… Qruplar dərhal hərbi təhsilə başlamalı, əməliyyatlara qoşulmalıdırlar. Bəzi qruplar casusun öldürülməsini, bəziləri POLİS BÖLMƏSİNƏ HÜCUM VƏZİFƏSİNİ boynuna götürməlidir. Bir qismi isə bank soymalıdır."
- "Yalnız geniş xalq kütlələri ilə birbaşa əlaqəli olan fərdi terrorist hərəkatlar dəyərlidir."6
- "Əgər kütlələr özbaşına ayağa qalxmasa, heç nə bacarmarıq. Analitiklərə qarşı terror tətbiq etməsək, (dərhal alınlarına güllə sıxmasaq) bir yerə çıxa bilmərik."7
- Trotski: "Lakin qiyam qiyamçı sinifdən əlindəki bütün üsullarla məqsədə çatmağı tələb edir: lazım olsa silahlı bir qiyamla, lazım olsa terrorizmlə."8
Bölücü təşkilatın etnik hərəkat adı altında ortaya çıxdığı doğrudurmu?
Terror təşkilatının bəzi kürd mənşəli vətəndaşları aldadıb cənub-şərqi Türkiyədə müxtəlif mənfur fəaliyyətlər aparmağının səbəbi, əslində, etnik təmələ əsaslanmır. Məsələ etnik yox, ideolojidir. Cənub-şərqdə yaşanan bölünmənin yalnız bir səbəbi var: o da kommunizmdir. Burada etnik bir hərəkatdan deyil, kommunist və dinsiz hərəkatdan söhbət gedir. Kürd millətçisi adı altında xalqın gözündən pərdə asmağa çalışılır.
Bu günə qədər kommunist hərəkatının qarşısını ala bilməyən bütün ölkələrdə bölünmə gedib. Tarixdə buna dair nümunələr çoxdur. Bu bölünmədə etnik ünsürlər heç vaxt rol oynamayıb, ön planda ancaq kommunizm olub. Bildiyimiz kimi, Koreya, Almaniya və Çin kommunist ideologiyanın nəticəsində bölünüb. Bu ölkələrdə müxtəlif etnik mənşələrin varlığından söhbət getməsə də, istər ictimai baxımdan, istərsə də torpaq baxımından Koreya Cənub və Şimali Koreyaya, Almaniya Şərqi və Qərbi Almaniyaya, Çin isə Millətçi və Kommunist Çin kimi hissələrə bölünüb. Kommunistlər bütün dövrlərdə öz ideologiyalarını yaşada bilmək üçün bölücülük apararaq xaos əmələ gətirməkdən çəkinməyiblər, ayrı bir torpaq, ayrı bir ölkə əldə etmək məqsədi ilə silahlı mübarizəyə qurşanıblar.
Bölücü terror hərəkatının kommunist olduğunun dəlilləri
Təşkilatın marksist-leninist quruluşda olduğu istər ittihamnamələrlə, istər MİT (Milli İstihbarat Təşkilatı) hesabatları ilə, istərsə də məhkəmə qərarları ilə təsdiq olunmuşdur. Əslində, təşkilatın kommunist olduğunu anlamaq üçün geniş araşdırmaya ehtiyac yoxdur. Çünki təşkilatın uzun illər istifadə etdiyi bayrağında kommunizmin məşhur simvolu olan oraq və çəkicin olması belə bunun üçün kifayətdir. (Bu emblem sonradan strateji və taktiki dəyişikliklər zamanı təşkilat tərəfindən dəyişdirildi) Təşkilatın quruluş konqresində səslənən və təşkilatın internet saytında nəzərə çarpan ifadələr də təşkilatın marksizmə olan sədaqətini açıq-aşkar ortaya qoyur:
* "Marksist-leninist nəzəriyyə yaxşı mənimsənilməlidir. Aparıcı heyətlər tez-tez marksizmə müraciət etməli, başdan marksizmi tətbiq etmək üçün bu təlimi həqiqətən mənimsəməlidirlər. ...Biz sosializmi siyasi məsələlərin həllində yol göstərici kimi ələ alacağıq. Mütləq belə bir təlimin nümayəndəsi kimi, belə bir təlimin müdafiəçisi kimi, bunu ölkənin siyasi iqtidar məsələsinə tətbiq edərək, mövcud iqtidarı parçalamaqda bir vasitəçi olaraq, üzərimizə düşəni edəcəyik."
* Təşkilatın lideri təşkilatın quruluşunun XIII ildönümü çıxışında belə bir ifadə işlətmişdir:
"Sosializm dağıldı, kommunizm dağıldı" deyənlərə ən yaxşı cavab olaraq “tam əksinə, SOSİALİZMİN ƏN GÜCLÜSÜ, ƏN DOĞRUSU, ƏN UCASI BİZDƏ HƏYATA KEÇMİŞDİR” deyirik.
* Təşkilat liderinin 1 May 1982-ci il tarixli çıxışında isə belə ifadələr var:
"Amma bunu yaxşı bilməliyik ki, Kürdüstan tarixi hazırki dövrə uyğunlaşmaq istəyirsə, mütləq fəhlə sinfinə söykənməlidir. Nə qədər əlverişsiz şərtlər altında yaşasa da fəhlə sinfinin obyektiv gücünə və onun yol göstəricisi olan elminə, marksizm-leninizmə söykənmək məcburiyyətindədir və diqqət etsək, bizim varlığımızın səbəbi yalnız bu həqiqətdir... Əgər o tayfa divarları, o feodal quruluşu aşılmasaydı müasir düşüncə, inqilabçı düşüncə olan marksizm-leninizm beynimizdə parlamayacaq, bunun üçün şərait tapa bilməyəcəkdi."
Bu ifadələrlə bərabər, bölücü təşkilatın bölgə xalqını qorxutmaq və özünə itaətə məcbur etmək üçün atdığı addımların hamısı kommunist ideoloqların kitablarında təsvir edilən üsullardır. Təşkilat bütün təbliğatında olduğu kimi, qırğınlarda və terror hərəkatlarında da Marks, Engels, Stalin, Mao kimi kommunist liderlərin kitablarını və hərəkətlərini özünə rəhbər etmişdir.
Bölücü təşkilat niyə kommunist olduğunu gizlətməyə səy göstərir?
* Son zamanlar bölücü təşkilat var gücü ilə öz kommunist şəxsiyyətini gizlətməyə çalışır. Təşkilat bu şəxsiyyətin dindar şərqlilər tərəfindən uzaqlaşdırılacağını yaxşı bildiyinə görə özünü kürd millətçisi kimi göstərməyə başlamışdır.
*Keçmişdə var gücü ilə müdafiə etdiyi ateizm və kommunizm bu gün təşkilatın başına bəla olub. Türkiyənin şərq bölgələrindəki əksəriyyəti səmimi dindar olan vətəndaşlar son aylarda qəzetlərə əks olunan xəbər və elanlarda bölücü təşkilatın əsl üzünü görərək, dərhal bölgədə təşkilatın əleyhdarına çevrilmişdir.
*Bölücü təşkilat "anti-kommunist, anti-darvinist, anti-materialist təbliğat" ilə məğlub olacağını başa düşərək taktikasini dəyişdirmiş və artıq kommunist olmadığını elan etmişdir. Heç kim vaxt qazanmaq məqsədi ilə qurulmuş bu tələyə düşməməlidir. Bölücü təşkilat kommunistdir, onu iflasa uğradacaq yeganə üsul olan anti-kommunist, anti-darvinist, anti-materialist təbliğat səbirlə və durmadan davam etdirilməlidir.
Bölücü təşkilatın kommunist şəxsiyyətini gizlətmək üçün istifadə etdiyi üsullar
Bölücü təşkilat kommunist şəxsiyyətini gizlətmək üçün özünə yeni və saxta obraz düzəldib. SSRİ dağıldıqdan sonra təşkilatın kapitanı Leninin "Bir Addım İrəli, İki Addım Geri" kitabında göstərdiyi taktikalardan bəhrələnib sözlərini dəyişdirməyə başladı, xüsusilə, tutulduqdan sonra taktika işlədərək yeni saxta ifadələr verdi. Lenin bu kitabında kommunistlərə özlərini gizlətmək üçün bəzən dindar görünmək, marksist olmadıqlarını söyləmək, geri addım atmaq kimi üsullar tövsiyə etmişdir.
Təşkilatın əli qanlı lideri "Din Probleminə İnqilabçı Yanaşma" adlı kitabının 55-ci səhifəsində: "Dinin inqilaba qarşı təhlükəli şəkildə istifadə edilməsinə mane olmaq və islamiyyətdən inqilaba xidmət üçün istifadə etmək lazımdır" deyir. Bu əmrə itaət edən təşkilat da, bir tərəfdən dindar şərqlilərə guya din əxlaqına hörmət bəsləyərək yaxınlaşmağa çalışır, digər tərəfdən də öz kommunist təbliğatına davam edir.
Diqqət etsək, axır vaxtlar təşkilat bölgə xalqına qarşı hərəkatlardan yayınaraq, daha çox əsgərləri hədəf alır. Şübhəsiz ki, burada məqsəd təşkilatı "Kürd mənşəli vətəndaşların mənfəətləri naminə dövlətlə mübarizə aparan partizan qrupu" obrazında təqdim etmək və bölgə xalqında özünə qarşı rəğbət oyatmaqdır. Halbuki 80-ci illərdə təşkilatın qundaqdakı körpələrdən tutmuş yaşlı insanlara qədər heç kimə acımadan, günahsız bölgə xalqına qarşı törətdiyi kütləvi qırğınlar yaddaşlardan silinməyib. Kommunist ideallara qovuşmaq üçün bölücü təşkilat keçmişdə tərəddüd etmədən, hər cür vəhşiliyə əl atmışdır. Bundan sonra da lazım olsa, silahlarını günahsız vətəndaşlara yönəldəcəyinə qətiyyən şübhə yoxdur.
Bölücü təşkilatın və onu dəstəkləyənlərin əsl hədəfi nədir?
Terror təşkilatının və onu təşkil edib dəstəkləyənlərin əsl hədəfi etnik mənşəyi bəhanə gətirərək bölgədəki kürd mənşəli vətəndaşları dövlətə qarşı yönəltmək və şərq bölgələrindən başlayıb bütün Türkiyəni bürüyən böyük bir qiyam qaldırmaqdır.
Bölücü təşkilat liderinin 1975-ci ildə qələmə aldığı və təşkilatın manifesti sayılan 68 səhifəlik "Kürdüstan İnqilabının Yolu" kitabından bəhrələnərək hazırlanan partiya proqramında "Xalq müharibəsi" (qiyam) haqqındakı ifadələr belədir:
"İnqilabımızın 3-cü xüsusiyyəti xalqın bütün güclərinin səfərbər edildiyi uzunmüddətli bir mübarizə xəttinə sahib olmağıdır. Bu xətt praktikada özünü uzunmüddətli xalq müharibəsi kimi formalaşdırır. Uzun müddət davam edən xalq müharibəsi özündə bütün mübarizə formalarının istifadəsini ehtiva edir. İnqilabımızın 4-cü əsas xüsusiyyəti, yalnız Kürdüstanla məhdudlaşmayıb ətrafını da güclü təsirə salmağı və bütün regionda inkişafıdır."
1981-ci ildə Livanda keçirilən və bölücü təşkilatın adı ilə xatırlanan konfransda səslənən ifadələr də çox vacibdir:
Xüsusi hazırlanmış partizan mübarizəsinin həm inkişafı zamanı, həm də onunla birlikdə böyük kütlələrin qiyamı gözlənilir... Bu bəri başdan yadda saxlanılmalı, xalq qiyamının hazırlıqları və problemləri indidən partiyanın gündəlik məsələlərinə gətirilməlidir."
Bölücü təşkilat liderinin 1992-ci ildə hazırladığı "Qiyam taktikası barədə tezislər və vəzifələrimiz" adlı kiçik kitabçasında isə bu ifadələr keçir:
“Xalqımız həqiqətən qiyam qaldırmaq istəyir. Planlı və təşkilatlanmış halda, başına böyük hadisələr gətirməyəcək bir rəhbərliklə qiyam qaldırmaq istəyir. Son iki illik təcrübələr və xüsusilə də, son bir ildə müşahidə olunan təəccüblü təcrübələr onu göstərir ki, xalqımızın böyük əksəriyyəti bu qiyama “Bəli” deyir.
Nəticə etibari ilə, Türkiyənin cənub-şərqindəki hadisələri etnik baxımdan qiymətləndirmək doğru olmaz. Ortada bir məsələ var: Türkiyədən istər silahlı mübarizə ilə, istərsə də siyasi yollarla torpaq qazanmaq və bu torpaqlarda kommunist ideologiyasına əsaslanan bir sistem qurmaq. Bu isə heç vaxt həyata keçməyən bir utopiyadır. Türkiyənin şərqində yaşayan və səmimi bir dindar olan kürd mənşəli vətəndaşlar Allah’ı, peyğəmbərləri, kitabları, axirəti inkar edən kommunist təşkilatı (Allah’ın izni ilə) çox yaxında bölgədən söküb atacaqlar.
FİKRİ MÜBARİZƏ TERRORUN KÖKÜNÜ KƏSƏN YEGANƏ ÜSULDUR
Bölücü təşkilat ancaq fikrən məhv edilə bilər. Bölücü terror fikri məğlubiyyətə uğramadıqca nəticə almaq qeyri-mümkündür. Həqiqətən, illərdir bu problem həll olunmağa çalışılsa da, onun nə hərbi, nə də detektiv üsullarla həll edilməsi mümkün olmayıb.
Fikrən əzilən, ideologiyası alt-üst edilən təşkilat xadimlərinin iradi gücü asanlıqla yox olacaq, mənən məhv olacaq və beləliklə, təşkilat məhv ediləcək. Təşkilat xarici qüvvələr tərəfindən böyük dəstək görür. Nə qədər əməliyyat aparılsa da, təşkilatın silahla, topla, tüfənglə dağıdılması qeyri-mümkündür. Təşkilat ancaq fikri təxribata uğrasa yox olar.
* Materialist təhsilin qarşısı təcili alınmalıdır… Kommunizmi bəsləyən və onu qanla təmin edən materialist təhsildir. Materializmi həyat fəlsəfəsi kimi mənimsəmiş fərdləri kommunist ideallara razı salmaq çox asandır. Buna görə də materialist təhsilin dayandırılması çox vacibdir.
* Darvinizm cəhalətinə son qoymaq lazımdır… Terror təşkilatını dayandırmaq və ölkə daxilində ictimai birliyi təmin etmək üçün ilk növbədə terroru bəsləyən kommunizmin təməli olan darvinizmi yerlə-yeksan etmək lazımdır. Çünki Türkiyənin cənub-şərqində bölücü təşkilat tərəfindən davam etdirilən darvinist təbliğat təşkilata yeni xadimlər və tərəfdarlar qazandırır. Bölücü təşkilatın fikri infrastrukturu durduqca, terrorun ardı-arası kəsilməyəcək. Bu fikirlər təkcə Şimali İraqda deyil, artıq Türkiyənin cənub-şərqində də formalaşmağa başlayıb. Hərbi tədbirlərlə yanaşı, əsas, təcili və vacib olan şey fikrin yox edilməsidir.
* Terrorun beynini nişan almaq lazımdır … Terrorun beyni darvinizm, materializm və ateizm üçlüyüdür. Bunlar məhv olduqda, terrorun psixoloji gücü yerlə-yeksan olacaq. Bataqlıq qurudulmasa, terrora qarşı mübarizənin müvəffəqiyyət qazanması mümkün deyil. Nə qədər ki, bataqlıq var, problemlər bitməyəcək, terror istehsalı davam edəcək. Bataqlıq qurudulduqdan sonra isə, yəni darvinizmin təsiri yox edildikdən sonra fikri gücü əlindən alınan bölücü təşkilat sözün həqiqi mənasında iflasa uğrayacaq və dağılacaq. Çünki əgər kommunist öz düşüncə gücünü itirsə, bütün gücünü itirəcək və özündə hərəkət edəcək gücü tapa bilməyəcək. Bədən beynin əmrinə qulaq asmayacaq, fikrən məğlub olan terrorist tərpənə bilməyəcək. Kommunizm batil düşüncədir. Düşüncəni məğlub etmək üçün düşüncə lazımdır. Buna görə də, Allah’ın izni ilə, darvinizm ancaq anti-darvinizmlə, materializm də ancaq anti-materializmlə məğlub olacaq. Aləmlərin Rəbbi üstün qüdrət sahibi olan Uca Allah’ın bir ayədə bildirdiyi kimi "haqq gələcək" və "batil yox olacaq":
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)
QAYNAQLAR:
1 Lenin, Bir Adım İleri, İki Adım Geri, s.267
2 Komünistler Nasıl Yalan Söyler, Dr. Fred C. Schwarz, s. 215-216
3 Viladimir İliç Lenin, Proleterya Partisinin Din Konusundaki Tutumu, Proleterya, Sayı: 45, 13 (28) May 1909
4 Vladimir Lenin, Teorik ve Pratik Terör Hakkında", Homizuri G.P., Moskova 2005
5 V. İ. Lenin, Collected Works, Moscow, Cild 9 s. 346
6 V. İ. Lenin, Collected Works, Moskova, cild 35, s. 238
7 V.I. Lenin, Polnoye Sobraniye Soçineniy, Moskova, 1958-1966, cild XXXV, s.311
8 Ann Arbor, Leon Troçki, Terörizm ve Komünizm, University of Michigan, 1963, s. 58
|