Kommunizmin terror siyasəti
|
Lenin: "Bəzi insanlar bizi zalımlığımız barədə tənqid etdikləri zaman onların ən sadə marksist prinsipləri unutduqlarına təəccüblənirik."1
Kommunizm 20-ci əsrə öz damğasını vurmuş ideologiyadır. Amma bu damğa tamamilə təzyiq, zülm, qan və gözyaşları ilə doludur. Tarixçilərin hesablamalarına görə, yalnız bu ideologiya səbəbindən 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar döyüş zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist ölkələrin öz xalqlarının içərisindən öldürdükləri vətəndaşlardır. 120 milyon kişi, qadın, yaşlı, balaca uşaq, körpə yalnızca “kommunizm" deyilən bu soyuq, qatı, sərt və vəhşi ideologiya səbəbindən həyatını itirmişdir. Bundan başqa, kommunist rejimlər tərəfindən əsas hüquq və azadlıqlarından məhrum edilmiş, köçürülməyə məcbur edilən, sistemli şəkildə qıtlıqla üzləşdirilən, həbs edilən, əmək düşərgələrində kölə olaraq istifadə edilən on milyonlarla insan olmuşdur. Milyonlarla insan da kommunist partizan qruplarının, terror təşkilatlarının güllələrinə hədəf olmuş və ya hədəf olma qorxusu altında yaşamışlar.
Bəs bu ideologiyanın mənşəyi nədir? Necə olmuşdur ki, bu qədər qanlı və mərhəmətsiz düşüncə dünyanın hər yerində özünə tərəfdarlar tapmış, inqilablarla hakimiyyətə gəlmiş, milyonlarla insanı öz ardınca sürükləmişdir? Kommunizm harada yaranmış, necə inkişaf etmiş və necə sona çatmışdır? Həqiqətən sona çatmışdırmı, yoxsa hələ də dünyanı hədə-qorxu altında saxlayır?
Kommunizmin nəzəriyyəsi başdan-başa qətliamlar və təzyiqlərlə doludur.
1917-ci ildən bəri 120 milyona yaxın insanın ölümünə səbəb olan kommunizmin baniləri Marks və Engel inqilabın hər zaman zor gücü ilə baş tutacağını iddia edirdilər.
İnqilabçılar iqtidara qarşı zor gücündən istifadə barədə qəti fikirlidirlər və hər zaman terrorizmə verdikləri dəstəyi aşkar bəyan etmişdilər.2
Terroru prinsip olaraq rədd etmədik və heç bir zaman da rədd etməyəcəyik.3
Təbliğatçılar hər qrupu sadə bombalarla təchiz etməlidirlər. Onlara işin mahiyyəti haqqında açıqlamalar etməli və qalan məsələlər onlara buraxılmalıdır. Qruplar dərhal hərbi təlimlərə, əməliyyatlara qoşularaq işə başlamalıdırlar. Bəziləri casusların öldürülməsini və ya polis bölməsini bombalamaq vəzifəsini öz üzərinə götüməli, bir qismi isə bank soymalıdır...4
Biz siyasi qətllərə qarşı deyilik, amma inqilabi taktika baxımından fərdi hücumlar məqbul deyil, zərərlidir. Yalnız geniş xalq kütlələri ilə birlikdə edilənlər ağıllı siyasi mübarizə hesab edilə bilər. Yalnız geniş xalq kütlələri ilə birbaşa əlaqəli olan fərdi terror aktlarının mənası vardır. 5
Anarxist kommunistlər olan Proudhon və Bakunin "qardaşları"
Kommunist fəlsəfənin inkişaf etməsində Marks və Engelslə yanaşı başqa maraqlı şəxslər də vardır. Bunlardan biri "anarxist kommunizm"in banisi Pier Yosef Proudhondur.
Proudhon anarxist fərdiyyətçi idi, təkmilləşdirdiyi qayda və təlimlər "anarxizm" olaraq tanınırdı. “Anarxiya müasir cəmiyyətlərin və ierarxik primitiv cəmiyyətlərin yaranması üçün vacib şərt olmuşdur" deyərək fikirlərini açıqlayır.
1840-ci ildə nəşr olunan məşhur “Mülkiyyət nədir?” əsəri anarxist kommunizmin əsas qaynağı oldu. Proudhon dövrün bütün sosialist öndərləri kimi mason idi.6 Fikir mübadiləsi etdiyi şəxslər də masondurlar. Məsələn, Martin Nodand 1843-46-cı illərdə Parisdə mason idi.7 Bakunin də masondur.8
Proudhon Karl Marksla tez-tez görüşürdülər, birlikdə çox vaxt keçirirdilər. 1844-cü ildə Karl Marksla çox ünsiyyətdə olduğu zamanlarda onun dialektik fikirlərini mənimsəmişdir. Marks “La Sainte Famille” adlı əsərində Proudhonun “Mülkiyyət nədir?" əsərini və onun özünü uzun-uzadı tərifləmişdir.
Proudhon 1848-ci ildə Fransa kralı Napalyon Bonapartla tanış olaraq onunla davamlı görüşməyə başlamışdı, hətta ətrafındakılar Proudhonu Napoleonun agenti zənn edirdilər.
Proudhonun yaratdığı anarxizm anlayışı insan üzərindəki hər cür hakimiyyəti rədd edirdi. Bu hakimiyyət xüsusilə din, əxlaq təlimlərini və dövləti əhatə edir. Proudhona görə "hakim sinfin aləti olan dövlət ən qısa zamanda dağılmalı, əvəzinə bütöv xalqı təmsil edən rejim yaradılmalıdır. Bu rejim isə kommunizmdir". Həmçinin Proudhonun irəli sürdüyü anarxizm fikrinə uyğun olaraq dövlətin dağılması üçün əsas metod qanlı inqilablardır. Eynilə fransız, rus və alman inqilablarında olduğu kimi...
Proudhon din və əxlaq təlimləri deyə adlandırdığı meyarların da insanların azadlığına mane olduğunu demişdir. Buna görə dini, Allah`ı və əxlaqı rədd etmişdir. "Əgər yaradıcı varsa, onu məhv etmək lazımdır" demişdir.9 Karl Marks Proudhonu xristianlıqla vuruşaraq onu məhv etməyə cəsarət edə bilən yeganə sosialist fransız olaraq təsvir edirdi.10
Proudhonla yanaşı, anarxist kommunizmin inkişafında böyük rol oynayan bir başqa mühüm şəxs isə Maykl Bakunin idi. Bakunin 20 ildən çox bir müddət ərzində üzv olduğu masonluğun təsiri ilə olduqca metafizik sosialist düşüncə inkişaf etdirmişdi. Leninin inqilabi fikirlərinin qaynağı da Marksdan çox Bakunin idi. Bakuninə görə "inqilab yalnız siyasi deyil, metafizik və teoloji bir fenomen" idi. Bakunin eyni zamanda açıq-aydın satanist idi. Şeytanı "bütün inqilabçıların ruhani lideri, insan azadlığının real qabaqcılı" hesab edirdi. Ona görə şeytan ən böyük inqilabçı, Allah`a və dinə qarşı aparılan mübarizədə ən böyük "xilaskar” idi.11
Qəddar qətliamlar
Məhz bütün bu sadaladığımız şəxslərin əsasını qoyduqları kommunist ideologiya ötən əsrin ən qanlı sistemi olaraq tarixə öz adını yazdırmışdır. İstər Qırmızı Ordu, istərsə də Leninin sifarişi ilə qurulan "ÇK" adlı gizli polis təşkilatı inqilab əleyhdarları hesab etdikləri bütün cəmiyyət təbəqələrinə qarşı böyük terror siyasəti həyata keçirirdilər.
Bolşeviklər daxil olduqları hər şəhərdə öz ideologiyalarını müsbət qarşılamayan hər kəsi qətl edir, xalq arasında qorxu yaratmaq məqsədilə müxtəlif vəhşiliklər törədirdilər. “Kommunizmin Qara Kitabı” adlı əsərdə Krımda həyata keçirilən bolşevik vəhşiliklər belə izah edilir:
"Bənzər şiddət üsulları bolşeviklər tərəfindən işğal edilən Sevastopol, Yalta, Aluşta, Simferopol kimi Krım vilayətlərində də həyata keçirildi. 1918-ci il aprel-may aylarından etibarən üsyan komissiyasının hazırladığı sənədlərdə “əlləri qopmuş, çiyni parçalanmış, başı dağılmış, çənəsi qırılmış, cinsi orqanları qoparılmış cəsədlər"də var idi ...”
S.P. Melqunov da “La Terreur Rouge en Russie, 1918-1924” (Rusiyada Qırmızı Terror, 1918-1924) adlı əsərində Sevastopol şəhərinin "sağ qalanların şahidliyini ləğvetmə hərəkatı" nəticəsində "asılanlar şəhəri" nə çevrildiyini bildirirdi:
"Nahimovski prospekti küçədə həbs olunan zabitlərin, vətəndaşların asılmış cəsədləri ilə dolu idi. Şəhər ölü idi. Xalq zirzəmi və anbarlarda gizlənirdi. Bütün hasarlar, bütün ev divarları, teleqraf dirəkləri, mağaza vitrinləri “xainlərə ölüm" yazılı afişalarla dolu idi. İnsanları ibrət olsun deyə küçədə asırdılar. "
Bolşeviklər məhv etmək istədikləri hər kəsi müxtəlif adlar altında damğalayırdılar. Məsələn "burjuaziyalılar" və ya bolşeviklərdən fərqli sosializm anlayışını müdafiə edən "menşeviklər" qurulan yeni rejimin əsas düşmənləri idi. Sayca ən çox olan və ən çox hədəfə düşən təbəqə isə "kulak" (qolçomaq) idi. Kulaklar Rusiyada zəngin torpaq sahibkarlarına verilən ad idi. Lenin inqilab və vətəndaş müharibəsi ərzində kulaklara qarşı vəhşicəsinə terror tətbiq edilməsi barədə yüzlərlə əmr vermişdir.
Mənbələr:
1. Pravda, 26 oktyabr 1918
2. Samuel T. Francis, Sovyet Strategy of Terror, səh. 54
3. Lenin, Collected Works, səh.19
4. Ibid., 9-cu cild, səh.346
5. Ibid., 35-ci cild, səh. 238
6. Le Nouvel Observateur, 30 Ocak-5 Şubat 1987, Le Crapouillot, Yeni Dizi, No 49, 1979
7. Proudhon, Mülkiyet Nedir? Xronologiya bölməsi, səh.10
8.Daniel Ligou, Dictionnaire de la Franc-Maçonnerie, səh. 102
9. Grand Encyclopedia, 16-cı cild, səh. 9925
10. Ibid.
11 A. P. Mendel, Michael Bakunin: The Roots of Apocalyps, səh. 372.
|