Kommunizmin süqutundan sonra hələ də fəaliyyətini davam etdirən kommunizm
|
Dövrümüzdə kommunistlər Leninin də haqqında kitab yazdığı "bir addım irəli, iki addım geri" prinsipinə uyğun olaraq yeri gəldikdə məqsədlərinə çatmaq üçün bir neçə addım geri addım atırlar. Belə edərək sanki hədəflərindən uzaqlaşmış kimi görünürlər. Bu məqsədlə kommunist Çində isə məktəblilərə “üç addım irəli, iki addım geri”prinsipinə əsaslanan "dialektik irəliləmə yolu" öyrədilir.
Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) süqut etməsindən bəri 20 il keçmişdir. Bu süquta aldanaraq dövrümüzdə kommuzmin artıq təhlükə olmadığını, bu ideologiyanın illər əvvəl çökdüyünü düşünmək doğru deyil. Çünki kommunizm süqut etməmişdir, sadəcə olaraq dialektik materializmin mühüm qanununa görə “iki addım geriyə” çəkilmişdir.
Buna ən bariz nümunələrdən biri kommunistlərin ailə haqqındakı düşüncələridir. Dialektik materializmin qurucusu Karl Marksın fikrincə, kommunizmə çatmaq üçün ilk əvvəl evlilik sistemi ləğv edilməlidir. Kommunist manifestdə Marks ''proletarlar arasında ailə məfhumunun qısa müddətə aradan qalxdığını və fahişəliyin çox yayıldığını” deyir və bu nəticəyə gəlir: ''... burjuaziya ailəsi ləğv edilməlidir.''
Kommunistlər bu məqsədlərinə çatmaq üçün dialektik materializmin qanunlarına tabe olurlar. Ailə anlayışını aradan qaldırmaq üçün güclü dövlətə ehtiyac var. Amma dövlətin gücləndirilməsi üçün də ilk öncə ailə sisteminin güclü olması lazımdır. Buna görə də əvvəlcə, geri addım ataraq ailəni gücləndirmək və bunun sayəsində dövləti gücləndirmək, sonrakı mərhələdə isə ailə sistemini tamamilə sıradan çıxarmaq lazımdır.
Bu nümunə onu göstərir ki, kommunistlərin ''kommunizm süqut etdi'', ''Rusiyada ailə əlaqələri daha da gücləndi'' kimi şüarları yalandır. İnsanlar bu yalana inanmamalıdırlar. Bu, dialektik materializmin məşhur taktikasıdır. Kommunizm buqələmun kimi rəng dəyişdirərək uyğun şəraitin yaranmasını gözləyir. Buna görə də kommunizmin əsas fəlsəfəsi olan dialektik materializmlə və onun qondarma elmi əsası olan darvinizmlə ciddi şəkildə fikri mübarizə aparmaq vacib şərtdir. Çünki kommunistlər irəli atacaqları qanlı və qəddar addımlar üçün pusquda gözləyirlər.
Əllərində hələ də Stalin və ya Lenin palakatları ilə yürüşə çıxan rus kommunistlərinin ciddi potensialları var. Onlar SSRİ-nin 1991-ci ildəki süqutunu Leninin 1904-cü ildə yazdığı “Bir addım irəli, iki addım geri” adlı kitabında bildirdiyi kimi, əsas məqsədə gedən yolda müvəqqəti geriyə çəkilmə hesab edirlər. Lenin bu haqda kitabında belə yazmışdır:
''Bir addım irəli, iki addım geri... Fərdlərin həyatında, xalqların tarixində və partiyaların inkişafında belə şeylər olur. Amma inqilabçı sosial-demokratiya qanunlarının, proletariat təşkilatının və partiya intizamının əvvəl-axır tam zəfər qazanacağından şübhə duymaq alçaqlığın ən pis formasıdır.”
Rusiyada faşizmə və vəhşi kapitalizmə keçid
Bu məsələ ilə bağlı Rusiyanın vəziyyəti daha da diqqətçəkəndir. Bu ölkə SSRİ 1991-ci ildə dağılandan sonra demokratiyaya deyil, real faşizmə keçmişdir. İki zidd qütb kimi görünən faşizm ilə kommunizm arasında, əslində, çox cüzi fərq var. Hər iki ideologiya bənzər cəmiyyət və əxlaq modelini dəstəkləyir. Necə ki hər iki ideologiya siyasi elmdə ''totalitar ideologiyalar'' kimi eyni sinfə daxil edilir. Totalitarizm dövlətin cəmiyyəti təzyiq, qorxu və təbliğat metodları əsasında idarə edən, müxalifləri ən qəddar üsullarla məhv edən modeldir.
1991-ci ildən sonra Rusiyanın siyasi rejimi və siyasət mədəniyyəti çox az dəyişmişdir. Əsl dəyişiklik iqtisadiyyatda və siyasi quruluşda olmuşdur. Zənginlərin sayı sürətlə artmış, xalqın böyük hissəsinin həyat səviyyəsi aşağı düşmüş, zənginlər və kasıblar arasında uçurum get-gedə daha da böyümüşdür. 19-cu əsrdə İngiltərədə yaşanmış “vəhşi kapitalizm” sistemi Rusiyaya hakim olmuşdur.
Maraqlıdır ki, hər iki quruluş da marksist düşüncəyə görə, “inqilabdan əvvəlki zəmini'' yaratmışdır. Yəni Rusiyanın mövcud quruluşu marksizm cəhətdən ''kommunizmə qədərki'' quruluşdur. Rusiyada hələ də sayı kifayət qədər çox olan, həmçinin idarəçilik sistemində özünəməxsus yer tutan kommunistlər mövcud vəziyyəti belə dəyərləndirirlər. Liberal iqtisadiyyat və demokratiyaya olan etibarı sarsıda biləcək dünya böhranı kommunistlərin bu nəzəriyyəsini praktikaya çevirə bilər və Rusiya asanlıqla yenidən kommunist rejimə keçə bilər.
Əslində, burada kommunizmin hiyləgər taktikalarından birini görürük. Kommunistlərə görə, onlar tarixi mərhələlərin (kapitalizmdən kommunizmə keçid) sırasını pozurlar. Buna görə də rus xalqını mafianın əlinə təslim etmiş və klassik kapitalizmin yaşanmasına zəmin hazırlayıblar. Yaratdıqları sistemlə xalqı əzir və onlara “başqa yol yoxdur, tək həll yolu kommunizmdir” dedirtməyə çalışırlar.
Əslində, kommunizm gizlicə öz işini görür. Mövcud heyətin hamısı əvvəlki kommunistlərdən təşkil olunmuşdur. Marksın dialektik materializmi ilə təlim almış bu şəxslər kommunizm xəyallarından imtina etməmişdirlər. Əksinə, kommunizmin kapitalist mərhələdən keçməli olduğuna inananlar "kommunist" vəzifələrini yerinə yetirmək üçün kapitalist həyat tərzini seyr edirlər. Həqiqi kommunist olduqları üçün kapitalizmi hazırda tətbiq və müdafiə edirlər.
Dialektik materialist qanunları mənimsəyən bu insanların fikrincə, əsas məqsədə çatmaq üçün bir gün kommunist, bir gün faşist görünmək çox asandır. Əslində faşizm və kommunizmin hər ikisində də məqsəd eynidir: İnsanlara zülm etmək... Bu iki ideologiya arasında çox cüzi fərq var. Təkcə kommunizm öz zülmkarlığını ''humanist'' şüarlar altında gizlədərək fəaliyyətini davam etdirir. Zülm və qəddarlığı bu maska altında yerinə yetirir.
Kommunizm bu maska arxasında gizlənir və hazırda Rusiyaya hakimdir.Rus dövləti klassik kommunist quruluşdadır. Türk dövlətlərini hələ də asılılığında saxlayan Rusiya, demək olar ki, dəyişməmişdir. Kommunist SSRİ faktiki olaraq hələ də mövcuddur. Qatı kommunist kütlələr xalqı kapitalist həyat şəraitində yaxşıca əzir və bir tərəfdən də dinsizlik və əxlaqsızlıq təlqinlərini sürətlə davam etdirirlər. Belə təlqin və taktikaların nəticəsində əxlaqi dəyərlərdən tamamilə uzaqlaşan, Allah`ın varlığını unudan rus cəmiyyət kommunizmi istər-istəməz qəbul edər. Çünki qəbul etməməsi üçün heç bir səbəb qalmayacaq.
|