Kommunizmin din düşmənliyi
|
Quranda tarix boyunca Allah`ı və dini inkar edən, zalım və zorba xarakterli rəhbərlərin olduğu insanlara bildirilir. Allah bir ayədə bu insanları "oda çağıran rəhbərlər" kimi tanıtmışdır. (Qəsəs surəsi, 41) Bu xarakter Quranda bəhs edilən hz. Musa qissəsində "Firon" adlandırılır. Hz. İbrahimin və ya Kəhf (mağara) əhlinə qarşı eynilə Firon kimi, insanları sırf Allah`a inandıqlarına görə öldürən zalım hökmdarlar olmuşdur. Bu cür zalım xarakterə bütün tarix boyu rast gəlmək mümkündür. Dinsizliyin lideri olan bu insanların hamısı yaşadıqları cəmiyyətlərə qarşı eyni zülmkarlığı etmiş, eyni üsullarla onları dindən uzaqlaşdırmağa çalışmış və insanları dünyada və axirətdə həlaka aparmışlar.
Ötən əsrdə bütün dünyaya bəla, acı, zülm, vəhşilik gətirən ideologiyalara baxanda da yenə başlarında olan liderlərin mərhəmətsiz və dindən uzaq şəxsiyyətləri qarşımıza çıxır. 20-ci əsrdə Quranda bəhs edilən Firon xarakteri ilə tanınan insanların başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Cozef Stalin və Mao Tse-Tung, onların ideoloqları Karl Marks və Fridrix Engels kimi dinsiz və zalım liderlər gəlir. Çarlz Darvin isə bütün bu zalım liderlərin fikirlərini ortaya qoyduğu təkamül nəzəriyyəsi ilə bəsləyən və dinsizliyə fərqli istiqamətdən liderlik edən bir şəxsdir.
Kommunizmin dinə düşmən olması qəti təsdiqini tapmış bir həqiqətdir. Marks, Engels, Lenin, Stalin, Trotski, Mao və ya bir başqa kommunist ideoloqun yazılarına baxdıqda bunun açıq-aydın ifadə edildiyi görünə bilər. Marks dini öz fikrincə "xalqın tiryəki" adlandırmış və "kasıb xalqı yatırtmaq üçün idarəçi sinif tərəfindən meydana gətirilən mədəniyyət" kimi təsvir etmişdir. Bundan əlavə, kommunizmə çatmaq üçün də dini inancların yox edilməsi iddiasını irəli sürmüşdür. Engels kitablarında "insanın meymundan əmələ gəldiyini" irəli sürərkən, dinin də bu təkamül prosesinin bir mərhələsində ortaya çıxdığını iddia etmişdir.
Kommunistlər dini yox etmək üçün necə siyasət yürüdürlər? Bu suala ilk geniş cavabı Lenin vermişdir. Leninin 1909-cu ildə Rus Sosial Demokrat Partiyasının (sonrakı Kommunist Partiya) lideri kimi yazdığı və “Proletar” jurnalında nəşr olunan "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqalədə bunlar yazılıb:
Sosial demokratiya dünyagörüşü elmi, sosializm, yəni marksizm təməlinə söykəyir. Marks və Engelsin dəfələrlə təkrarladıqları kimi, marksizmin fəlsəfi təməli Fransadakı 18-ci əsr materializmi və Almaniyadakı Feyerbax (19-cu əsrin ilk yarısı) materializminin tarixi ənənələrini mənimsəmiş, tamamilə ateist və dinə qarşı olan dialektik materializmdir. Unutmayaq ki, Marksın, qaralama halında ikən oxuduğu Engelsin “Anti-Dühring” əsəri materialist və ateist olan Dühringi qatı materialist olmamaq və dinlə din fəlsəfəsinə açıq qapı buraxmaqla günahlandırır. Yenə unutmayaq ki, Engels Lüdviq Feyerbaxla bağlı əsərində dini aradan qaldırmaq üçün deyil, yenidən canlandırmaq, yeni "ucaldılmış" din qurmaq üçün mübarizəyə başladı deyə Feyerbaxı qınayır. "Din xalqı yatırtmaq üçün istifadə edilən tiryəkdir." Marksın bu sözü din haqqında marksist fikrin təməlidir.
Lenin 1905-ci ildə “Novaya Jizn” jurnalında nəşr olunan "Sosializm və Din" başlıqlı yazısında isə dini dağıdılması vacib olan "duman" adlandırmış və dinə qarşı kommunistlər tərəfindən aparılacaq ateizm təbliğatını belə izah etmişdir:
Bizim proqramımız tamamilə elmi, həm də materialist dünyagörüşü təməli üzərindədir... Təbliğatımız zəruri şəkildə ateizm təbliğatını, lazımi elmi nümayişlərin keçirilməsini, avtokrat (təkhakimiyyətli) feodal hökumətin bu günə qədər qadağan etdiyi və birləşdirdiyi yazılarının Partiya işlərimizin bir budağı vəziyyətinə gətirilməsini də əhatə edir. Bir zamanlar Engelsin alman sosialistlərinə verdiyi nəsihətləri indi bizim davam etdirməyimiz lazım ola bilər: XVIII əsr fransız maarifçilik dövrü mütəfəkkir və ateistlərinin yazıları tərcümə olunmalı və geniş şəkildə yayılmalıdır.
Diqqət etsək, Lenin marksistlərin dinə qarşı apardıqları döyüşün "elmi nəşrlər" və "XVIII əsr fransız maarifçilik dövrü mütəfəkkir və ateistlərinin yazıları" kimi qaynaqlardan istifadə edirlər. Buradakı "elmi nəşr" materializmi elm pərdəsi altında təlqin edən nəzəriyyələrdir. Bunların başında da, şübhəsiz ki, darvinizm gəlir. Maarifçilik mütəfəkkirləri isə Didro, Holbax kimi Marksdan əvvəlki materialistlərin din əleyhindəki təbliğat yazılarıdır.
Leninin göstərdiyi bu üsul kommunistlər tərəfindən hələ də istifadə edilir. Dünyadakı bəzi nəşriyyatlar, bəzi elmi jurnallar və ya media təşkilatları araşdırıldıqda da darvinist və maarifçilik fəlsəfəsinə bağlı nəşrlərin qaynağının marksist olduğunu açıq-aydın görmək olar.
|