Kommunizm gizlənir


Dağılmasının 10-cu il dönümündə SSRİ yenidən dirildilmək istənilir! SSRİ-nin dağılmasının və türk dövlətlərinin azadlığa qovuşmasının 10-cu il dönümü... Bəs həqiqətən kommunizm devrildimi? Türk dövlətlərini hələ də hərbi təzyiq altında saxlayan Rusiya SSRİ-ni yenidən diriltməyi hədəf alıb?

Bu gün marksizmə inanan bir çox ziyalı və təşkilat tərəfindən hərarətli bir şəkildə müdafiə edilən bir iddia var. İddia belədir: Marksa görə bir cəmiyyət müəyyən mərhələlərdən keçməlidir. Əvvəl kapitalizmi yaşamalı, ardınca sosializmə və sonra da kommunizmə irəliləməlidir. Halbuki Rusiyada və digər 20-ci əsr kommunist rejimlərində əkinçilik cəmiyyətindən sosializmə doğru ani bir keçid olmuşdur. Aradakı kapitalist mərhələnin üzərindən keçilmişdir. Belə ki, marksistlərə görə bu rejimlərin uğursuzluğu təbiidir. Hazırda bu ölkələrin kapitalizmi mənimsəməsi ilə birlikdə, Marksın bəhs etdiyi “kapitalist mərhələ” yaşanacaq və ardınca sosializm daha sabit və güclü olaraq gələcək.

Bu, dövrümüzdə hələ də marksizmə inanan bir çox şəxsin mənimsədiyi açıqlamadır. Bunların arasında isə ABŞ-lı Stefn Cey Qud (Stephen Jay Gould) kimi tanınmış alimlərdən avropalı kommunist təşkilatlara, marksist ziyalı və jurnalistlərdən separatçı kommunist təşkilatlarına qədər çox geniş bir heyət yer alır.

Dialektik materializm yaşadıkça kommunizm yaşayacaq Belə ki, SSRİ və Şərq Blokunun dağılmasından sonra kommunizmin bir tarix olduğunu və artıq dünya üçün bir təhlükə olmadığını düşünmək çox yanlışdır. Kommunizm dialektik materializmin siyasət nəzəriyyəsidir. Dialektik materializm yaşadıqca kommunizm də yaşayacaq. Əgər bir fəlsəfə cəmiyyətdə güclü olaraq yaşayırsa, onun siyasi yöndən təsirli olması sadəcə “uyğun bir mühit tapma”sına bağlıdır. Dialektik materializm uyğun mühit tapanda təsirli bir gücə çevrilə bilər.

Bu gün dünyanın hər tərəfində liberal iqtisadiyyata və demokratiyaya güclü meyil vardır. Lakin liberal iqtisadi nizamda meydana gələ biləcək beynəlxalq bir böhran insanların psixologiyasını və hərəkətlərini bir anda dəyişdirə bilər.

Bunun örnəkləri keçmişdə də yaşanmışdır. 1929-cu ildə yaşanan Böyük Böhran nəticəsində bütün dünyada böyük iqtisadi böhran meydana gəlmiş, bu da Avropadakı kommunist və faşist partiyaların əhalisini bir anda artırmışdır. Böyük Böhranı “kapitalist sistemin çöküşü” olaraq izah edən kommunistlər kütlələrə daha asan təsir etmək imkanı əldə ediblər.

Hazırda dünyanın bir çox yerində, xüsusilə Avropa ölkələrində kommunistlərin böyük təsiri vardır. Fransa və İtaliyadakı kommunist partiyalar hələ də güclüdür, demək olar ki, hər seçimdə olduqca yüksə səs nisbəti əldə edirlər. Qədim Şərq Bloku ölkələrinin demək olar ki, hamısında köhnə kommunist heyətlər tərəfindən idarə edilən sosialist partiyalar vardır və bunlar da yenə son dərəcə yüksək səs nisbətlərinə sahibdir. Bəhs etdiyimiz növdə bir beynəlxalq iqtisadi böhran bu ölkələri asanlıqla həmin sosialist partiyaların və ardınca da kommunist bir rejimin qucağına itələyə bilər.

Rusiyada kommunizmdən əvvəlki sistem... Rusiyanın vəziyyəti daha çox diqqət çəkir. Bu ölkə, SSRİ 1991-ci ildə devrildikdən sonra demokratiyaya yox, əslində faşizmə keçmişdir. İqtidarı dövründə Dumanı (Rus Parlamenti) atəşə tutan Yeltsin və onun ardınca iqtidara gələn Putin tam mənası ilə faşist bir xarakter və rəhbərlik tərzinə sahibdir.

Siyasi yelpiyin iki zidd ucu kimi görünən faşizm ilə kommunizm arasında isə əslində çox incə bir cizgi vardır. Hər iki ideologiyanın da cəmiyyət və əxlaq sistemi ilə lider modelləri bir-birinə bənzəyir. Belə ki, hər iki ideologiya da siyasət elmində “totalitar ideologiyalar” olaraq eyni sinfə daxil edilir. Totalitarizm cəmiyyətin təzyiqi ilə, qorxu və təbliğatla idarə edildiyi, müxalifətçilərin ən mərhəmətsiz üsullarla aradan qaldırıldığı bir dövlət modelidir.

1991-ci ildən sonra Rusiyanın siyasi rejimi və siyasət mədəniyyəti elə çox dəyişməmişdir. Kommunizmdən dövlət-mafiya əməkdaşlığına əsaslanan faşizmə keçilmişdir ki, bildirdiyimiz kimi bu təməldə bir dəyişiklik sayılmır. Əsl dəyişiklik iqtisadiyyatda və sosial sistemdə olmuşdur. Bir çox zəngin peyda olmuş, xalqın böyük əksəriyyətinin həyat standartı aşağı düşmüş, zənginlər ilə yoxsullar arasında getdikcə böyüyən bir uçurum meydana gəlmişdir. 19-cu əsrdə İngiltərədə yaşanan bir “vəhşi kapitalizm” sistemi Rusiyada da hakim olmuşdur. Dövlətin mərkəzi hakimyyətinin zəifləməsi ilə birlikdə ortaya çıxan mafiya təşkilatları isə bir növ “feodal sistem” meydana gətirir.

Qəribə olan hər iki sistemin də marksizmə görə inqilabdan əvvəlki şərtləri meydana gətirməsidir. Yəni Rusiyanın mövcud sistemi marksist baxımdan “kommunizmdən əvvəlki” bir sistemdir. Rusiyada hələ yüksək bir səs nisbətinə sahib olan, həm də dövlət mexanizmində təsirli olan kommunistlər mövcud vəziyyəti belə qiymətləndirirlər. Liberal iqtisadiyyata və demokratiyaya olan etibarı sarsıda biləcək bir beynəlxalq böhran kommunistlərin bu nəzəriyyəsini təcrübəyə çevirə bilər və Rusiya asanlıqla yenidən kommunist bir rejimə keçə bilər.

Əslində bu məqamda kommunizmin hiyləgər taktikalarından biri qarşımıza çıxır. Kommunistlər tarixi sıralamarının (kapitalizmdən kommunizmə keçid) pozulmasından qaynaqlanan bir nizam qururlar. Bu səbəbdən rus xalqını mafiyanın əlinə veriblər və klassik bir kapitalizmin yaşanmasına mühit hazırlayıblar. Qurduqları bi sistemlə xalqı əzdirir və onlara “başqa həll yoxdur, tək həll kommunizmdir” dedirtməyə çalışırlar.

Lenin: "Bir addım irəli, iki addım geri" Hazırda kommunizm bütün bu gizli pərdələrin ardında Rusiyada iqtidardadır. Rus dövləti klassik kommunist sistemdədir. Türk dövlətlərini hərbi nəzarət altında tutan Rusiya dəyişməmişdir. SSRİ feili olaraq hələ də mövcuddur. Kommunist heyət xalqı kapitalist bir çərçivədə əzdirir, bir tərəfdən də dinsizlik və əxlaqsızlıq təlqinlərini davam etdirir. Bu təlqinlərin və taktikaların nəticəsində əxlaqi dəyərlərindən tam uzaqlaşan, Allah’ın varlığını unudan bir cəmiyyətin kommunizmi qəbul etməməsi üçün bir səbəb qalmayacağını hesablayırlar.

Əllərində hələ də Stalinin və ya Leninin afişaları ilə yürüşlər edən rus kommunistləri az hesab edilməyəcək bir gücə malikdirlər. SSRİ-nin 1991-ci ildəki devrilişini Lenin 1904-cü ildə yazdığı “bir addım irəli, iki addım geri” adlı kitabında bildirdiyi kimi, son hədəfə gedən yol üzərində bir geri çəkilmə olaraq görürlər. Lenin həmin kitabında belə yazmışdır:

Bir addım irəli, iki addım geri.. Fərdlərin həyatında, xalqların tarixində və partiyaların inkişaf etməsində belə şeylər olur. Lakin inqilabçı sosial-demokratiya qanunlarının, proletar təşkilatının və partiya nizamının əvvəl-axır tam zəfər qazanacağından şübhə duymaq alçaqlıqdır. (Lenin, Bir Addım irəli, iki addım geri, s.267) Daha geniş məlumat üçün baxın. Komünizm Pusuda, Harun Yahya, Vural Yayıncılık İstanbul 2001 PERSPEKTİV Stefn Cey Qud (Stephen Jay Gould) ABŞ-da “təkamül nəzəriyyəsi” deyiləndə Darvindən sonra ağla gələn ilk isimlərdəndir. Harvard Universitetində illərdir zoologiya və paleontologiya professoru olan Qud təkamül nəzəriyyəsi lehinə yazdığı çox sayda kitab və mediada bu mövzuda sıx-sıx gündəmə gəlməsi ilə tanınır. Təkamül mövzusunda bir müzakirə olanda Time, Newsweek kimi dünya səviyyəli məşhur jurnallar Quddan görüş alırlar. Təbiət Tarixi Muzeylərindəki kitabçıların vitrinlərində Qudun kitabları ən ön plandadır. Qud Darvinin qüsurlarını örtməyə, təkamül nəzəriyyəsini fosillər qarşısındakı məğlubiyyətdən qurtarmağa çalışır. (Lakin əlbəttə bacara bilmir, buna görə təkamül nəzəriyyəsini tənqid edən məşhur isimlərdən biri olan Berkele Universiteti professoru Filip Consn (Philip Johnson) Qudu “Darvinizmin Qorbaçovu” olaraq təqdim edir. Hətta Qud uğursuzluğunu özü də dəfələrlə etiraf etmişdir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Hayatın Gerçek Kökeni, 2000)

Stefn Cey Qudun darvinizm qədər bağlı olduğu ikinci ideologiya da vardır: Marksizm.

Qud bunu hər zaman açıq şəkildə ifadə etmişdir. Quda görə darvinizm və marksizm bir medalın iki ayrılmaz üzüdür. Darvin “təbiətin dialektikasını”, Marks isə “tarixin dialektikasını” açıqlamışdır. Qudun darvinizmə olan bağlılığı əslində dialektik materializmə olan bağlılığının bir nəticəsidir. Darvin üçün “ Darvin təbiəti izah edərkən, çox tutarlı bir materialist fəlsəfəni tətbiq etdi” deyir və onu bu səbəbdən israrla müdafiə edir.

Məhz dünyanın ən tanınmış marksist-darvinistlərindən biri olan Qud 1992-ci ildə Rusiyaya səfər etdi. Bu səfərdən bir neçə il əvvəl Şərq Bloku parçalanmış, bir il əvvəl də SSRİ çökmüş, kommunist partiya tarixin arxivinə qarışmışdı. Bütün dünya “kommunizmin mütləq şəkildə dağıldığını” danışırdı. Amma Qud hadisəni daha fərqli izah etdi. Səfərdən qayıdanda jurnalistlərə bir bildiriş etdi və “marksizmin bir üsulu devrildi, amma marksizm tarixin elmi izahı olaraq etibarlılığını qoruyur” dedi.

Yəni Quda görə marksizm hələ də yaşayırdı.

Kommunizm keçən 20-ci əsrə damğasını vurmuş bir ideologiyadır. Lakin bu damğa təzyiq, zülm, qan və gözyaşı ilə doludur. Tarixçilərin hesablamalarına görə sadəcə kommunist ideologiya səbəbindən 20-ci əsr boyu 120 milyon insan öldürülmüşdür. Bunlar bir müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, qoca, uşaq, körpə sadəcə “kommunizm” adlanan bu soyuq, qatı, sərt və vəhşi ideologiyaya görə həyatını itirmişdir. Bundan əlavə, kommunist rejimlər tərəfindən təməl haqq və azadlıqlarından məhrum edilən, köçə məcbur edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilən, çalışma düşərgələrində kölə olaraq istifadə edilən on minlərlə insan vardır. Milyonlarla insan da kommunist partizan qruplarının, terror təşkilatlarının güllələrinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır. Kommunist ideologiya ötən əsrdə əzablara, fəlakətlərə səbəb olmuş, bütün dünya kommunist liderlərin qətliamlarına, mərhəmətsizliklərinə şahid olmuşdur. Bəs indi bu təhlükə yer üzündən silinmişdirmi? Çox təəssüf ki, silinməmişdir:

KOMMUNİZM PUSQUDADIR Kommunizm ötən 20-ci əsri qana bulamış bir ideologiyadır. Dağıldığı iddia edilən bu təhlükə hələ yer üzündən silinməmişdir. Bu ideologiyanın təməli olan materializm və darvinizm dağılmadıqca, kommunizm də dağılmayacaq. HARUN YƏHYA Mao hələ də yaşayır! Şərqi Avropa və Rusiya örnəkləri kommunizmin 1990-cı illərdə dağılmış, lakin yenidən həyata keçməsi ehtimal olunan örnəkləridir. Bu gün Uyğur Muxtar Rayonunda müsəlman uyğur türklərinə sistemli bir soyqırım tətbiq edən Çin və maoizm kommunizmin hələ də dağılmayan ən mərhəmətsiz variantıdır.

Sivet Rusiyası 1991-ci ildə dağılmış, ardınca Lenin və Stalinin hər yeri bəzəyən heykəlləri sökülmüş, Rusiya, kommunizmi rəsmən tərk etmişdir. Halbuki Çində bu tip hadisələr heç yaşanmamışdır. Maonun 1976-cı ildə ölümündən indiyə qədər Çin hələ də kommunist partiya tərəfindən idarə edilməyə davam edir. Çin kapitalist iqtisadiyyatın qanunlarını mənimsəmiş, bu yolla böyük bir iqtisadi inkişaf əldə edilmişdir, lakin siyasi sistemi hələ də kommunizmdir. Daha da vacibi, siyasi və sosial mədəniyyət hələ də kommunistdir. On milyonlarla çinlini qətl edən əli qanlı Mao qəribə bir şəkildə hələ də çinlilər tərəfindən müqəddəs bir şəxs kimi qəbul edilir.

10 yanvar 1994-cü il tarixli Time jurnalı “Mao lives!” (Mao yaşayır) başlıqlı xəbərində Çində Maoya cəmiyyətin aşırı rəğbətini “Mao mania” (Mao çılğınlığı) olaraq təqdim etmiş və belə yazmışdır:

"Sadə çinlilər üçün Mao hələ də bir sfinks, yüz ayrı üzə malik olan bir idoldur. Eyni müqəddəs kitab kimi, hər yerdə sözlərindən danışılır...Kolleksiyaçılar Maonun söhbətlərinin olduğu kasetləri toplayırlar, Mao rəsminin olduğu gerblər, nişanlar, kitablar, alışqanlar satırlar. Maonun doğum günü xatirəsinə istehsal edilən 5000 ədəd qızıl-almaz saat 1500 dollara satılır- təxminən bir aylıq maaşdan 30 dəfə çox...Xunan əyalətinin cənub bölgəsindəki Böyük Sərdümənin (Maonun) doğum yeri olan Şaoşan şəhəri sadəcə 1992-ci ildə bir milyon hacıya (Mao ziyarətçisinə) ev sahibliyi etdi. Şaoşan şəhəri ötən günlərdə də məşhur övladının 10 metr yüksəkliyindəki nəhəng bir heykəlini xidmətə açdı.” Kommunizm Çində güclənir! Maoizm (Çinə) geri qayıtmayıb. Çünki buradan heç ayrılmamışdı. Almaniya və Rusiyanın əksinə, Çin heç bir zaman keçmişi ilə hesablaşmadı, heç bir zaman “maoçuluqdan əl çəkmək” cəhdini göstərmədi. 1950-ci illərdə Maonun qəsdən səbəb olduğu qıtlıq nəticəsində on milyonlarla çinli ölmüşdü. Mədəniyyət inqilabı dövründə isə dövlətin təşviqi ilə barbarlıq meydana gəlmiş, hətta məktəb uşaqları adamyeyənliyə sövq edilmişdi. Dövrümüzdə kommunist partiya hələ də Mədəniyyət İnqilabı zamanı törədilən vəhşiliklərin sorğulanmasına qətiyyən icazə vermir. Bu mövzular haqqındakı gerçəkləri danışmaq cəhdləri ört-basdır edilir. Məsələn, 1993-cü ildə Şanqhay Universiteti Jurnalı Maonun qıtlığında 40 milyon insanın öldüyünü yazanda, jurnalın fəaliyyəti dərhal bağlandı...

Göründüyü kimi, maoçuluq Çinə hələ də hakimdir və bu hakimiyyət sadəcə Mao dövründən miras qalmış yaşlı kommunist partiya rəhbərləri üçün deyil, marksizmə kor-koranə bağlanmış gənc nəsillər üçün də keçərlidir. Kəndlilər və təhsilsiz kütlələr Maonu çox üstün bir varlıq olaraq görür, ziyalıların böyük əksəriyyəti də marksizm-leninizm-maoizm ideologiyasını şüurlu olaraq müdafiə edir və yayırlar. Çinin kapitalizmi sadəcə maoizmin gizlənməsinə və güclənməsinə yarayır.

1.2 milyard əhalisi ilə dünyanın ən izdihamlı ölkəsi olan Çin, iqtisadiyyatı getdikcə gücləndirir və bir tərəfdən də silahlanmağa əhəmiyyət verir. Belə ki, Çinin 21-ci əsrdə ABŞ-a rəqib bir güc olacağı hesablanmışdır. Bu dərəcədə bir gücü olan Çinin hələ də maoçu olması və çinlilərin bir “Mao çılğınlığı” ilə yaşaması kommunizmin ölmədiyini, sadəcə gizləndiyini bizə bir daha göstərir. Bundan əlavə gizlənən bu kommunizm kommunizmin xüsusilə maoçu variantı, yəni ən pis, ən barbar, ən vəhşi variantıdır.

Darvinizm olmadan kommunizm yaşaya bilməz Kommunizm hələ də yaşayır. Özü də uzağımızda deyil, elə yanımızda. Şərqi Avropanın böyük hissəsində və bir çox Qərbi Avropa ölkəsində kommunist və ya sosialist partiya iqtidardadır. İqtidarda olan bu partiyaların əgər uyğun sosial şərtlər olarsa- Almaniyada 1933-cü ildə seçki ilə iqtidara gələn, amma ardınca bir diktatorluq quran faşistlərlə bənzər şəkildə-qalıcı bir kommunist rejim təsis etmələridi də labüddür. Rusiya kommunizmdən faşizmə və vəhşi kapitalizmə doğru addımlayır. Lakin bu ideologiyalar arasındakı incə sərhəd səbəbindən yeni bir sosial hərəkat nəticəsində Rusiya təkrar kommunizmə geri qayıda bilər. Çin onsuz da hələ də Maounun fikirlərini yeganə doğru olaraq görür. Hələ də kommunist olan Kuba, Şimali Koreya və Vyetnamda da kommunizmin təsiri açıqdır.

Bu gün kommunizm “bir irəli, iki geri” taktikasını tətbiq etmiş və geri addım atmışdır. Bu səbəbdən müxtəlif ölkələrdə fərqli isimlər altında fəaliyyətlərini davam etdirir, kommunist təhlükənin dünyada olmadığı təəssüratını yaradır. Lakin kommunizm bütün bəşəriyyət üçün hər vəziyyətdə sonu gəlməz bir “qan tökmə quyusu”dur. Kommunizm hansı görüntü və ya ad altında olursa olsun, dialektik qarşıdurmanı tarixinin imtina edilməz bir qanunu olaraq gördüyü üçün insanlara zülm və bəladan başqa bir şey gətirməz.

Darvinizm olmadan kommunizm də mövcud ola bilməz. Belə ki, 20-ci əsrdə 100 milyondan artıq insanın ölümünə səbəb olan və hələ də altdan-altdan təşkilatlanma və güclənmə cəhdləri edən kommunizmdən tək qurtuluş darvinizmin elmi və fikri olaraq məhv edilməsidir. Darvinizmin elmi yöndən tamamilə çökmüş bir nəzəriyyə olduğu, canlıların təkamüllə mövcud olmadıqları, Allah’ın hər birini qüsursuzca yaratdığı ortaya qoyulanda geriyə nə Marks, nə Lenin, nə Mao, nə də divarlarına bunların afişalarını asaraq qan tökən və ya tökməyə hazırlanan qüvvələr qalacaq.

Darvinizm saxtakarlığının aradan qalxması həm kommunizm kimi “qan tökmə quyularını” yox edəcək, həm də insanların gerçək yaradıcımız və Rəbbimiz olan Allah’a qayıtmalarına və Onun öyrətdiyi əxlaqa görə yaşamalarına vəsilə olacaq və bu sayədə aşağıdakı Quran ayəsində əmr edildiyi kimi insanlar kütləvi olaraq sülhə qovuşacaqlar:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)




Digər məqalələr

1. Separatçı kommunist terrora qarşı anti-kommunist şüurlandırma zəruridir
10. Kommunist ideologiya hər tərəfdən mühasirəyə alınmalıdır
2. Separatçı təşkilatın hiylələrinə diqqət edin! 11. "Artıq kommunizm dağılıb oyunu"na diqqət!
3. Separatçı terrorun gerçək adı kommunist terrordur 12. Kommunizm təhlükəsinə diqqət edilməlidir!
4. Çin müsəlman uyğur türklərinə qarşı törətdiyi soyqırımı bitirməli, zorla aparılan uyğur türklərinin harada olduğunu açıqlamalıdır 13. “Sosialist İnternasional” kommunist separatçı təşkilatları dəstəkləyir (M. Kamal Atatürk)
5. Şərqdə qan tökən separatçı təşkilatlar məhz ateist və kommunist təşkilatlarıdır 14. Şərqi Türkistan zülmünün tək həll yolu İslam Birliyidir
6. Şərqi Türküstanda müsəlman türk millətinə qarşı edilən soyqırım dayandırılsın! 15. 10-20 il müddətində Türkiyə super dövlət olacaq
7. Kommunizm üsyanına qarşı milli səfərbərlik şərtdir! 16. Türkiyənin rəhbərliyi altında Türk Birliyinin dəstəyi ilə İslam Birliyi
8. Kommunist separatçı terrorun həlli bataqlığın qurudulmasıdır 17. Zülm, təzyiq və şiddətin sona çatması üçün İslam Birliyi əsas şərtdir
 9. Kommunist Çin dəhşət saçır  

 

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB

 

 

Müəllif Haqqında :: Digər saytlar :: Üzv ol :: E-mail

Qurani-Kərim :: Dəstək olun :: Kitablar :: Məqalələr :: Videolar

 

© 2011 Harun Yahya - www.komunizmvediyalektikfelsefe.com
Bu saytdakı bütün materiallar, saytı istinad göstərmək şərti ilə, müəllif haqqı ödəmədən
istifadə edilə bilər.