Kommunist torpaqlarda İslam cəmiyyəti: Şərqi Türkistan
|
1-Cİ BÖLMƏ
Kommunist Çin Şərqi Türkistana zülm edir
Çinin qərbində yerləşən Şərqi Türkistan təxminən iki əsrdir işğal altındadır və xüsusilə də son əlli ildə kommunist Çin rəhbərliyinin qəddar rejimi altında əzilir.Şərqi Türkistan müsəlmanlarının gözlədikləri kömək isə dünyanın müxtəlif yerlərində yaşayan vicdanlı insanlar üçün olduqca asandır. Bunun yolu kommunist zülmün bitməsi üçün fikri mübarizə aparılması və baş verən zülmün bütün dünyaya çatdırılması üçün səy göstərilməsidir...
Çin 20-ci əsrə İngiltərə, Fransa, Almaniya, Yaponiya və Rusiya kimi ölkələrintəzyiqi altında əzilmiş və darmadağın olmuş bir imperiyanın qalıqları ilə girdi. İmperiya dağıldıqdan sonra illərlə mərkəzi hakimiyyət qurulmadı.Ancaq 1949-cu ildə iqtidara gələn Kommunist Partiyası ilə birlikdə Çin qısa zamanda böyük qorxu rejiminə çevrildi.Bu çevriliş nəticəsində milyonlarla insan həyatını itirdi.Hakimiyyəti ancaq şiddətlə mühafizə edən və kommunizmin bəlkə də ən insafsız və ən vəhşi üzünü göstərən Çin Kommunist Partiyası bütün Çin xalqı üçün bir növ həyat və düşüncə tərzi təyin etdi.Bu dövr boyu kommunist iqtidarın qaydalarına əməl etməyənlər isə amansızca qətl edildi.
Kommunist Çinin Şərqi Türkistan düşmənçiliyi
Kommunist vəhşiliyin ən çox hədəfi olan bölgə isə müsəlman uyğur türklərinin yaşadığı Şərqi Türkistandır. Çinin qərb bölgəsində yerləşən Şərqi Türkistan təxminən iki əsrdir işğal altındadır və xüsusilə də son əlli ildir kommunist Çin rəhbərliyinin zalım rejimi altında əzilir. Şərqi Türkistan Çinin təbliğatları nəticəsində dünya ictimaiyyəti tərəfindən “Xinjiang” -Sincan- (Çincə "yeni qazanılmış torpaqlar") olaraq tanınır və bir çox insan bu torpaqlarda baş verən insanlıqdan kənar hadisələrdən xəbərsizdir.Halbuki əhalinin əksəriyyətini uyğur mənşəli müsəlmanların təşkil etdiyi Şərqi Türkistanda Çin Kommunist Partiyası tərəfindən Çinin digər bölgələrində görülməmiş şiddət tətbiq olunur. İşgəncə, edam, iş düşərgələri, dini təzyiq Şərqi Türkistanda uzun illərdir gündəlik həyatın bir parçası halına çevirilib. (www.doguturkistan.com)
Müsəlmanlar sadəcə dinlərini yaşamaq istədikləri üçün həbs olunur, işgəncələri ilə məşhur Çin həbsxanalarında aylarla, hətta illərlə saxlanılır, azadlıq və demokratiya tələblərini dilə gətirənlər isə amansızca edam edilirlər. Bundan başqa Çin asimilyasiya siyasəti ilə Şərqi Türkistanın əksəriyyətini təşkil edən müsəlmanların, öz dillərində danışmalarına, adət-ənənələrini davam etdirmələrinə mane olur, hətta doğumun sayına belə məhdudiyyətlər qoyur. Şərqi Türkistan müsəlmanlarının həccə getmələrinə, oruc tutmalarına və namaz qılmalarına mane olunur.Bu təzyiqlərin səbəbi kommunist ideologiyadır.
Kommunistlərin materialist dünyagörüşü
Materialist dünyagörüşünə sahib olan kommunist ideologiyaya görə tək mütləq varlıq maddədir və tarixi, iqtisadi, sosioloji mərhələlər də daxil olmaqla baş verən hər hadisə maddənin fərqli formalarının əks olunmasıdır.Buna görə hər şey davamlı dəyişmə və inkişaf içərisindədir.Və bu inkişafın irəliləmə gücü mübarizədir.Bütün kainat kimi insanlıq tarixi də mübarizə sayəsində inkişaf etmiş, insan bu mübarizə sayəsində irəliləmişdir.
İnkişaf etmək üçün daimi mübarizəni müdafiə etmək isə əslində insanlığı tamamilə yox etməyə doğru atılan addım, sonu olmayan qan tökmə yoludur.Belə vəziyyətdə bu ideologiyaların davamçıları daimi olaraq bir-birləri ilə mübarizə aparır, bir-birlərinə zülm edir, inkişaf adı altında bir-birlərinin qanını tökürlər.Allah’ın insanlara əmr etdiyi sevgi, hörmət, fədakarlıq, paylaşma kimi insani duyğular, arzu edilən sülh və dinclik mühiti tamamilə aradan qalxır.Hətta belə yüksək xüsusiyyətlərin cəmiyyətin inkişafının qarşısında bir maneə olduğu düşünülür. Bu ideologiyanı Çində həyata keçirən Mao Tsedun özündən sonra 60 milyondan artıq ölü, milyonlarla işgəncə görmüş insan və insafsız cəmiyyət qoyub getmişdir.(Mao dövründə baş verən vəhşiliklə əlaqədar daha geniş məlumat üçün baxın Kommunizm Pusquda, Harun Yəhya, Vural Nəşriyyat, 2001).
Kommunizmin ən əhəmiyyətli əsaslarından biri olan mübarizə insanları inkişaf etmiş heyvan olaraq görən darvinist düşüncə ilə birləşdikdə milyonlarla insanın ölümünə səbəb olan, bir o qədərinin də həyatını puç edən vəhşiliklər meydana çıxmışdır.Buna görə də Mao və onun davamçıları heyvan sürüsü olaraq gördükləri xalqın çəkdiyi əzablardan heç təsirlənməmiş, bunu təbiətin lazımi və normal inkişafı olaraq görmüşdülər. (www.dinsizliginkabusu.com)
Maonun kommunizmə müxalif olanları darvinist düşüncəyə əsasən heyvan kimi görməsi Harvard Universitetindən tarixçi James Reeve Puseynin “China and Charles Darvin” (Çin və Charles Darvin) adlı kitabında belə vurğulanır:
“Mao Tsedun 1964-cü ildə “bütün alçaq heyvanlar yox ediləcək” deyə təhdid etmişdi. Bununla düşmənlərini insan olaraq qəbul etmirdi.Bu, qismən Çin ənənəsindəki şişirtməyə, qismən də sosial darvinist realizmə əsaslanırdı. Eynilə anarxistlər kimi, inqilaba qarşı olanları təkamülün uğursuzluğu kimi görür və nəsillərinin kəsilməli olduğunu düşünürdü. Xalqın düşmənləri insan deyil və insan kimi rəftar görməyə haqqları çatmır”.1
Maonun "insani rəftara layiq olmadığını" düşündüyü cəmiyyətlərdən biri də Şərqi Türkistan müsəlmanları idi.Çünki Şərqi Türkistan xalqı inancına görə kommunizmə şiddətlə qarşı çıxırdı.Ancaq bu haqlı mübarizənin qarşısını çox insafsız şəkildə aldılar. Hələ də təzyiq və əsarət altında yaşayan Şərqi Türkistan milyonlarla övladını kommunist rejimə şəhid verdi. Yüz minlərlə müsəlman Çin həbsxanalarında işgəncə gördü, evlərindən qovuldu, torpaqlarını tərk etmək məcburiyyətində qaldı. (Geniş məlumat üçün baxın: Kommunist Çinin zülm siyasəti və Şərqi Türkistan, Harun Yəhya)
Bütün bunlarla yanaşı Çin Şərqi Türkistanın dünya ilə əlaqəsini məhdudlaşdıraraq qapalı bölgə halına gətirir və bölgədə baş verən insanlıqdan kənar hadisələrin ətraflı öyrənilməsinə mane olur. Ancaq bu Şərqi Türkistanda əzilən və zülm görən günahsız insanları unutmaq və bu məsələdə laqeyd davranmaq üçün əsaslı səbəb deyil. Buna görə də Şərqi Türkistan məsələsinə qarşı dünyada hakim olan bu səssizliyi aradan qaldırmaq üçün hər cür fikri mübarizə olduqca əhəmiyyətlidir. Bağlı qapılar ardında baş verən insanlıqdan kənar hadisələri bütün həqiqətləri ilə göstərmək həm bu məzlum xalqın səsinin eşidilməsinə səbəb olacaq, həm də dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkəcəkdir. Allah bir Quran ayəsində, “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali İmran surəsi, 104) deyə buyurur. Hər bir müsəlman bu ayədə nümunə göstərilən birliyin fərdlərindən biri ola bilmək üçün ciddi səy göstərməlidir. (www.harunyahya.org)
1. James Reeve Pusey, “China and Charles Darvin” s. 455 2
2-Cİ BÖLMƏ
Şərqi Türkistanin əhəmiyyəti: kommunist Çin Şərqi Türkistani itirmək istəmir
Coğrafi quruluşun da səbəb olduğu siyasi hadisələr nəticəsində bu gün Qərb və Şərq olaraq iki yerə ayrılan Türkistan torpaqlarında Çinin çox əhəmiyyətli planları var.
İki min iki yüz illik keçmişi ilə Türkistan torpaqları dünyanın ən əhəmiyyətli və köklü mədəniyyətlərindən birinə sahibdir. Qərbdə Xəzər Dənizi və Ural Dağlarının cənubu, şimalda Sibir, cənubda İran, Əfqanıstan və Tibet, şərqdə Çin və Monqolustanla sərhəd olan Türkistan olduqca geniş bir əraziyə sahibdir.
Bu gün Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın daxil olduğu bölgə Qərbi Türkistan olaraq bilinir.İki əsrdir Çinin əsarəti altında olan bölgə isə Şərqi Türkistan olaraq adlandırılır.Şərqi Türkistanın coğrafi və strateji əhəmiyyətini anlamaq üçün isə Çinin bu torpaqlara olan marağını göstərmək kifayətdir. (www.doguturkistan.com)
1700-cü illərin ortalarında Çin işğalına məruz qalan Şərqi Türkistan müvvəqəti olaraq müstəqilliyini əldə etdi. Ancaq dünya və bölgə siyasətində baş verən hadisələr Şərqi Türkistanın müstəqilliyinin həyata keçməsinə mane oldu.Təxminən 10 milyon km² əraziyə sahib olan Çin 2 milyon km² ərazisi ilə dünyanın nəhəng ölkələrindən biri olan Şərqi Türkistanda həyata keçirdiyi təzyiq və təcrid siyasətləri ilə bir xalqı tamamilə məhv etməyə çalışdı. Dünya ictimaiyyətinin çox az məlumatı olduğu bu zülmü açıqlamadan əvvəl Şərqi Türkistanın tarixi, geostrateji və geosiyasi mövqeyi üzərində dayanmaq lazımdır.
Şərqi Türkistan
Tarixi e.ə 200-cü illərə (Göytürklər və Hunlar dövrünə) qədər gedən Türkistan torpaqları, tarixin ilk dövrlərindən etibarən Türklərin ana yurdu, min ildən bəri də İslam torpağıdır. Tarix boyu Türkistan adı ilə bir dövlət və ya xanlıq qurulmamış olmasına baxmayaraq, Orta Asiyanın böyük hissəsini əhatə edən ərazi keçmiş dövrlərdən bəri Türklərin yaşayış yeri olduğu üçün Türkistan olaraq adlandırılmışdır. Xüsusilə də tədqiqatçılar tərəfindən tarixin ilk mədəniyyət mərkəzlərindən biri olaraq qəbul edilən Şərqi Türkistan geostrateji mövqeyi etibarilə Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu bir yer olmuşdur. Xüsusilə Xaqan Satuk Buğranın İslamı qəbul etməsindən sonra 751-1216-ci illər arasındakı dövr Şərqi Türkistanın Qırmızı dövrü olaraq bilinir. Mədrəsələri və təhsil mərkəzləri ilə şöhrət qazanan Türkistan bu dövr boyu dünyanın hər tərəfindən gələn tələbələri qonaq etmiş, tarixə istiqamət verən dövlət və elm adamları yetişdirmişdir. Bu bölgədən dünyanın hər tərəfinə köçən türklər isə İslamı dünyanın müxtəlif ölkələrinə yaymışdılar. (www.turkislamkulturu.com)
Çinin iddiası həqiqət deyil
Çinin Şərqi Türkistan xalqına qarşı etdiyi insanlıqdan kənar hərəkətləri və zülmü gizlətmək üçün beynəlxalq arenada qarşıya qoyduğu iddialardan biri bu bölgənin "Çin torpaqlarının bir parçası olduğu", buna görə də Şərqi Türkistanda baş verənlərin "Çinin daxili məsələsi hesab edilməli olduğu" iddiasıdır. Halbuki tarixi mənbələr bu iddianın yalan olduğunu göstərir. Bu mənbələrin başında isə çinlilərin digər millətlərdən özlərinə qarşı yönələn hücumlara mane olmaq üçün tikdikləri Çin Səddi gəlir.Tarixdə ilk dəfə çinlilərlədigər millətlər arasındakı rəsmi sərhədi bu sədd meydana gətirmişdir.Şərqi Türkistan Çinin tarixi sərhədləri olaraq qəbul edilən bu səddin xaricində qalır.
Çinin Şərqi Türkistan üzərindəki təkidi
Şərqi Türkistan Çinin Təklaməkan çölünün qarşısında və səddin arxasında qalan tək torpağıdır və bu tərəfi ilə Çinin Qərbə açılan pəncərəsi mövqeyindədir.Coğrafi mövqeyinin siyasətdəki təsiri və coğrafi olaraq faydası bölgələrin strateji olaraq da faydalı olması, Şərqi Türkistanı Çin üçün tam zəruri etmişdir.Buna görə də Çin işğal etdiyi Şərqi Türkistan torpaqlarından çəkilmək və burada müstəqil bir dövlət qurulmasına icazə vermək əvəzinə, təzyiq və şiddətlə yerli xalqa işğalı qəbul etdirməyə çalışır.Digər tərəfdən də informasiya və ünsiyyət azadlığı da daxil olmaqla hər cür azadlığı aradan qaldırıb, Şərqi Türkistanı bağlı bölgə halına gətirərək, bölgəni mümkün olduqca dünya ictimaiyyətinin diqqətindən uzaq tutur.(Geniş məlumat üçün baxın: Kommunist Çinin zülm siyasəti və Şərqi Türkistan, Harun Yəhya)
Çinin qərb bölgəsini təşkil edən bu torpaqlar Soyuq Müharibə dövründə Çin tərəfindən Sovet təhdidinə qarşı bufer bölgə olaraq istifadə edilmişdir.Bu yönü ilə Çinin bu torpaqlar üçün atacağı hər cür addım həm özünün, həm də bölgə ölkələrinin təhlükəsizliyini və sabitliyini birbaşa maraqlandırır.Hal-hazırkı mövqeyi ilə Rusiya Çin üçün artıq ciddi təhlükə olmasa da Çin "Xalqın Qurtuluş Ordusu" (PLA) olaraq adlandırılan silahlı qüvvələrinə bağlı quru və hava ordularını bu bölgədə saxlayır və nüvə silahlarının böyük hissəsini də burada mühafizə edir. Əlbəttə PLA qoşunlarının Şərqi Türkistanda olmasının digər bir səbəbi də Müsəlman xalqı nəzarət altında saxlamaqdır. (www.harunyahya.org)
Ancaq Çinin Şərqi Türkistana olan marağını sırf geostratejik narahatlığı ilə açıqlamaq düzgün deyil. Bu bölgə eyni zamanda zəngin yeraltı sərvətlərə malikdir və torpaqları da çox məhsuldardır. 21-ci əsrin Küveyti olaraq da adlandırılan Şərqi Türkistan neft, təbii qaz, uran, kömür, Qırmızı və gümüş mədənlərinin bolluğu ilə maraq oyadır və bu yönü ilə də Çinin ən əhəmiyyətli xammal ehtiyatlarından biridir. Mütəxəsislər 2005-ci ildə Şərqi Türkistanın neft və təbii qaz istehsalında Çinin ikinci əhəmiyyətli mərkəzi halına gələcəyini bildirirlər.Xüsusilə də Şərqi Türkistanın mərkəzində mövcud olan Əkinçilik Ərazisinin geniş neft ehtiyatlarına sahib olduğu düşünülür və bu istiqamətdə tədqiqatlar davam edir.Bu xüsusiyyətinə görə "Ümid Dənizi" olaraq adlandırılan Əkinçilik Ərazisinin 10,7 milyard ton neft ehtiyatı olduğu guman edilir. Geoloqların bu vaxta qədər apardıqları tədqiqatlar nəticəsində isə 300 milyon ton neft və 220 milyard m3 təbii qaz ehtiyatı olan 13 yataq kəşf edilmişdir.
Zəngin təbii qaz, kömür və mis yataqları da bu bölgəni Çin iqtisadiyyatı üçün dəyərli edir. Qırmızı Çində olan 148 növ təbii ehtiyatın 118 növü Şərqi Türkistan torpaqlarındadır. Bu da Çinin bütün yeraltı sərvətinin 85 %-ni təşkil edir. Bunların arasında keyfiyyəti və yüksək kalori dəyəri ilə məşhur olan kömürün öz yeri var. Çinin bütün kömür ehtiyatının yarısını təşkil edən Şərqi Türkistandakı kömür mədənlərinin ehtiyatı 2 trilyon ton olaraq qəbul edilir. 2000-ci ilin sonlarında aparılan tədqiqatlar isə Çinin ən zəngin mis yataqlarının Şərqi Türkistanda olduğunu ortaya çıxarmışdır. Çinin digər bölgələrinin mis baxımından zəif olduğu və Çindəki bütün mis yataqlarının ölkənin ehtiyacının yarısını belə təmin edə bilmədiyi bilinir.Şərqi Türkistandakı mis mədənləri Çinin gözündə Şərqi Türkistanı daha da qiymətli edir.
1) Owen Lattimore, Studies en Frontier History, London 1962, s. 59
2) China Daily, 26 Aprel 1999
3) China Daily, 4 Yanvar 1999
3-cü BÖLMƏ
Kommunist Çinin İslam düşmənçiliyi
Kommunist Çin torpaqlarinda İslamı istəmir
Yazımızın əvvəlki hissəsində Şərqi Türkistanın Çin üçün strateji və iqtisadi olaraq çox böyük əhəmiyyətə malik olduğunu vurğuladıq.Ancaq Şərqi Türkistanda dindar Müsəlmanların tez-tez həbs olunmaları, dinlərini lazım şəkildə yaşamalarına icazə verilməməsi və din xadimlərinin məruz qaldığı təzyiqlər bu şiddət siyasətinin daha dərin bir səbəbi olduğunu göstərir.Hər şeydən əvvəl bu Qırmızı Çinin Şərqi Türkistanda İslamın varlığından narahat olduğunu göstərir.
Çində İslam dininə və Müsəlmanlara qarşı hücumların başlanğıcı əvvəlki dövrlərə qədər getsə də bunun sistemli hala gəlməsi və hətta soyqırım siyasətinə çevrilməsi kommunist rejimin qurulması ilə başladı.1949-cu ildə Maonun Çin Xalq Respublikasını qurması ilə birlikdə əsas hədəf İslam oldu. Məscidlərin, mədrəsələrin və dini təhsil verən təşkilatların bağlanılması ilə başlayan din düşmənçiliyi bağlanılmayan ibadətxanalara Maonun şəkillərinin asılması və Müsəlmanların bu şəkilə hörmət göstərməyə məcbur edilməsi ilə ən son həddə çatdı. Bu dövrdə 29 min məscid bağlandı. Bundan sonrakı mərhələ isə xüsusilə din xadimlərinin əsassız iddialara və uydurma iddihamlarla həbs edilmələri oldu. Bu insanların bəziləri dərhal edam edildi, 54 mindən çox din adamı da ömrü boyu Çinin iş düşərgələrində çox ağır şəraitdə işçi kimi işlədildi. 2 (www.doguturkistan.com)
Bu dövr ərzində din xadimlərinə fiziki işgəncələrlə birlikdə, mənəvi işgəncələr də edildi. Məsələn, din xadimləri meydanlara toplanılıb Maonun "ilah" olduğunu qəbul etməyə məcbur edildilər.Xalqdan ölülərini yandırmaları kimi İslam anlayışına zidd olan hərəkətlər etmələri istənildi.Bağlanan məscidlər isə əsgər kazarmaları, anbar, kinoteatr və ya teatr kimi əyləncə yerləri olaraq istifadə edildi.Cümə və təravih namazları da daxil olmaqla birlikdə edilən ibadətlər qadağan edildi, mövcud olan bir neçə məsciddə ibadətlərini yerinə yetirməyə davam edən Müsəlmanlara ağır vergilər qoyuldu. Bu məscidlərin təmiri üçün istifadə ediləcək yardımlar və din adamlarının əmlakı kommunist rəhbərlik tərəfindən müsadirə edildi. Quran öyrənmək və öyrətmək tamamilə qadağan edildi.Dini əsərlər evlərdən toplandı.Ərəbcə mətnlər, bir çox tarixi əl yazma kitab da daxil olmaqla yandırıldı.
Bu gün də dəyişən bir şey yoxdur!
Çində 18 yaşından kiçiklərə dini təhsil həm evdə, həm də məktəbdə qanunla qadağandır.İslam ölkələrinin təzyiqi nəticəsində bəzi dini məktəblər açılısa da bu məktəblərdə İslamdan daha çox marksizm, leninizm və Mao fikirləri oxudulur.Bu dini məktəblərdəki müəllimlərin hamısı kommunist və ateistdir.Gənclər dini bilikdən məhrum olaraq böyüdülürlər.Digər məktəblərdə isə din sanki unudulmalı və ya Çin xalqının aşağı təbəqələrindəki insanlar tərəfindən mənimsənmiş ibtidai bir inanc kimi öyrədilir.Bu vəziyyət gəncləri dini inancdan sürətlə uzaqlaşdırır.Dövlət Müsəlmanların fəaliyyətinə ciddi nəzarət edir. Çində İslam cəmiyyətində vəzifədə olanların çoxu kommunistdir... Komunistlər İslamı İslam ölkələri ilə olan əlaqələri inkişaf etdirə bilmək üçün bir vasitə olaraq istifadə edirlər.
Burada dərhal qeyd etmək lazımdır ki, Çin Kommunist Partiyasının istifadə etdiyi din əleyhinə ifadə yeni iddia deyil, əsrlərdir inkarçılar tərəfindən istifadə edilən klassik əyləncə və böhtan üslubudur. Quranda hz. Nuha qarşı çıxan inkarçıların da, “...Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük...." (Hud surəsi, 27) deyərək dindarları alçaltmağa çalışdıqları bildirilmişdir. (www.harunyahya.org)
Şərqi Türkistanda sadəcə dinlərini yaşayan ya da yaşamaq istəyən insanlara İslamı öyrətdikləri üçün minlərlə insan həbs olunmuş və işgəncə görmüşdür.Həbs olunan din xadimlərinin günahlandırıldıqları məsələ isə çox maraqlıdır. Məsələn, 28 oktyabr 1999-cu ildə həbs olunan və böyükməbləğdəcərimə cəzası ilə cəzalandırılan, vəzifəsindən azad olunan Hotanda Oybağ Məscidinin imamı Məmməd Əlinin təqsiri dini Kommunist Partiyasının diktə etdirdiyi şəkildə öyrətməməsi idi. İmam Məmməd Əlinin cinayət işində törətdiyi "cinayətlər" bu şəkildə sıralanmışdır:
Vəzifə müddəti ərzində İmam Məmməd Əli Kommunist Partiyasının qaydalarını öyrənməmiş, öyrətməmiş və tətbiq etməmişdir. Din İşləri Nazirliyinin təlimatlarını yerinə yetirir kimi görsənmiş, ancaq Nazirliyin təşkil etdiyi işlərə və maarifləndirmə fəaliyyətlərinə qatılmamışdır... Kimliyi məlum olmayan insanların məsciddə qalmasına icazə vermişdir.
Şərqi Türkistanda qırmızı terror və işgəncə
Bölgədə 1 milyona qədər silahlı əsgərini saxlayan Çin Şərqi Türkistanda müsəlmanların atdığı hər addıma nəzarət edir.Yollarda qurulmuş postlarda bütün nəqliyyat vasitələri bir-bir dayandırılıb yoxlanılır və bu vaxt insanlar təhqir olunur, müsəlman qadınlar sataşmaya məruz qalırlar.Çinin təzyiqi yolların tutulması və ya əsgərlərin tez-tez evlərdə axtarış etməsi ilə də məhdud deyil. Yaponiyada nəşr olunan “Mainichi Daily News” qəzeti bu ağır təzyiqi 29 iyun 2000-ci il tarixli nəşrində belə yazmışdır:
(Şərqi Türkistanda) Çinin yoxlaması günbəgün artır və daha da dözülməz hal alır.Xalqın Qurtuluş Ordusu hər yerdədir.Ünsiyyət qurmaq məhdudlaşdırılıb və polis nəzarətində edilir. Çox az kənddə telefon var və bu xəttlərin hamısı dinlənilir. Bir adam sadəcə əsassız bir şübhəyə görə illərlə həbsxanada qala bilər.
Çinin daxilində olduğu kimi Şərqi Türkistanda da edamlar davam edir.Müsəlmanlar heç bir dəlil olmadan cəzalandırılır, günahsız olsalar belə qətl edilirlər.Çində məhkəmələr demokratik ölkələrdəki kimi müstəqil olaraq işləmir.Çin Kommunist Partiyasının siyasi məqsədləri çərçivəsində hərəkət edir.Buna görə də edama məhkum edilən insanların işlərinə tez baxılır, insanlara özlərini müdafiə etmək üçün kifayət qədər vaxt və imkan verilmir. Təcili alınan edam qərarı çox vaxt insanın ailəsinin xəbərdar edilməsinə belə imkan vermədən həyata keçirilir. Rəsmi rəqəmlərə görə 1997-1999–cu illərdə sadəcə Şərqi Türkistanda 210 müsəlman edam edilmişdir. Həqiqi rəqəmin isə bundan daha çox olduğu düşünülür.
Kommunist rəhbərliyin müsəlmanları yox edə bilmək üçün əl atdığı üsullardan biri də kütləvi həbslər və nəzarət altında edilən işgəncələrdir.
Beynəlxalq Əfv Təşkilatının 1999-cu ildə nəşr etdiyi və Şərqi Türkistandakı insan haqları pozuntularını ehtiva edən 34 səhifəlik hesabatda çox təəccüblü məlumatlar yazılıb. Bu hesabatda olan bir çox hadisədən biri də Şərqi Türkistanda həbs olunan 17 yaşında bir gəncin yaxınlarının həbsxanalardakı şəraitlə əlaqədar söylədikləridir:
Həbsxanada o qədər adam var idi ki, məhbuslar kiçik kameralarda 5-6 nəfər birgə saxlanılırdılar. Kameraların kiçikliyi gecələri yatmalarına mane olur, ancaq növbə ilə yata bilirdilər.Polislər kameraları gəzəndə məhbusları döyürdülər.İstintaq üçün seçilən məhbuslar, döyüldükləri, bədənlərinə elektrik verildiyi xüsusi istintaq otağına aparılırdılar.İstintaq aparılan otaqda divara quraşdırılmış bir rels vardı.Bəzi məhbuslar bir ayaqlarından və ya bir əllərindən bura qandallanaraq asılır və bu vəziyyətdə 24 saat saxlanılırdılar.Qandalları açıldanda ayaqda dayana bilməyəcək bir vəziyyətdə olurdular.Bəzilərinin kəlbətinlə dırnaqları çıxarılır, bəzilərinin isə dırnaqlarının altından elektrik verilirdi. (Geniş məlumat üçün Baxın, Kommunist Çinin Zülm Siyasəti və Şərqi Türkistan, Harun Yəhya)
1) The Los Angeles Times, 1 Aralıq/dekabr 1983
2) The Los Angeles Times, 1 Aralıq/dekabr 1983
3) www.caccp.org/et/etiu1.html
4) Radio Free Europe/RL, 1.09.1986
5) East Turkistan Information Center, 19 Noyabr 1999
6) Mainichi Daily News, Micheal Hoffman, World Forgets Beijing's Uighur Victims, 29 İyun 2000
7) Amnesty International Hesabatı, 01 Aprel 1999
8) Amnesty International Report, 24 Aprel 1999
4-cü BÖLMƏ
Kommunizmin əsl üzü - kommunizm insana dəyər vermir
Kommunist cəmiyyətlərdə Darvinin təkamül nəzəriyyəsinə əsaslanaraq insanlar inkişaf etmiş heyvan növü olaraq qəbul edilir.Buna görə də cəmiyyət də heyvan sürüsü sayılır.Bu səbəblə də insana dəyər verilmir.
16 may 1951-ci il tarixli gizli bir sənəd Maonun Çində öldürməyi planladırşdığı insan sayısının müəyyən ölçüyə görə təyin etdiyini göstərir:
Öldürülməli olan əks inqilabçılardan bəhs edərkən müəyyən bir ölçü qoyulması şərtdir.Kənd ərazilərində bu nisbət ümumi əhalinin 1000-də 1-ni keçməməlidir. Şəhərlərdə isə bu nisbət, bir az daha az olmalıdır, ümumi əhalinin 1000-də 0.5-i uyğundur. Məsələn, 2 milyon adamın yaşadığı Pekində 600-dən çox adam öldürüldü. 300 adamın da öldürülməsi planlaşdırılıb. Cəmi 1.000 nəfər kafi olacaq... Hələ böyük qrupların öldürülməsi zəruridir və iyul ayının sonuna qədər öldürməyi planladıqlarımızın 2/3-ni öldürmək üçün əlimizdən gələni etməliyik.
Göründüyü kimi, Mao qırğınları planlaşdırarkən öldürüləcək insanların hər hansı bir cinayət törətməsini zəruri görmürdü.İnsanları öldürməyi sırf cəmiyyətə verəcəyi qorxuya görə lazımlı görür və edamların sayını "plan" kimi qiymətləndirirdi.Bu düşüncənin başqa nümunəsini "bir insanın ölümü faciə, bir milyon insanın ölümü isə statistikadır" sözü ilə məşhur olan Stalində də görmək mümkündür.Kommunist Stalinin "statistik" cinayətləri nəticəsində 40 milyon günahsız insan həyatını itirmişdir.Kommunist ideologiya üçün günahsız insanları öldürmək bir vəzifədir. (Geniş məlumat üçün Baxın, Kommunizm Pusquda, Harun Yəhya)
Çin körpə öldürərək ailə planlaması edir
Çində ailələrin maarifləndirilməsi və müxtəlif tibbi üsullarla asanlıqla həyatakeçirilə biləcək ailə planlamasının yerinə uşaqların ana qarnında və ya doğulduqdan sonra öldürmə üsulu ilə əhali planlaması edilir.Şübhəsiz ki, bu dindən uzaq yaşayan, mənəvi dəyərlərini itirmiş cəmiyyətin içinə düşdüyü zalımlıq və vicdansızlığın ölçüsünü göstərən ibrət verici bir vəziyyətdir.
1998-ci ildə Çindən ABŞ-a qaçan və yaşadığı bölgədə "ailə planlamasından" məsul olan Gao Xiao Duan adlı çinlinin etirafları bütün dünya ictimaiyyətinin diqqətini bir daha Qırmızı Çinin bu zalım hərəkətinə çəkdi. Danışdığı hadisələrdən birində 9 aylıq hamilə olan bir qadının sənədlərinin üzərində "doğuş edə bilməz" ifadəsi yazıldığı üçün uşağının necə əlindən alındığını belə dilə gətirmişdi:
Əməliyyat otağında uşağın dodaqlarını necə əmdiyini, qollarını necə gərdiyini gördüm.Bir həkim zəhəri beyninə yeritdi, uşaq öldü və bir zibil vedrəsinə atıldı.
Yuxarıda izah edilən əhali planlamasının oxşarları tarixdə öz ideologiyalarını hakim etmək, hakimiyyətini möhkəmləndirmək üçün bir çox diktator və zalım rəhbərlər tərəfindən tətbiq olunmuşdur.Bu zalımlardan biri də öz Allah’a iman edən xalqa etdiyi işgəncələrlə tarixə düşmüş Firondur.Firon da eynilə Qırmızı Çinin inkarçı liderləri kimi iman edənlərin sayının artmasına və onların üzərindəki hakimiyyətinin zəifləməsinə mane olmaq üçün bu insanları gücdən salıb, zəif buraxmış və uşaqlarını öldürmüşdür. Bu vəziyyət Quranda belə ifadə edilir:
Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü.(Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! (Qasas surəsi, 4)
Tiananmen qətliamı
4 iyun 1989–cu il kommunist Çinin vəhşiliyinə bütün dünyanın bir daha şahid olduğu bir gün oldu. Pekinin məşhur Tiananmen Meydanında demokratiya və azadlıq uğrunda nümayişə çıxan universitet tələbələri qarşılarında öz dövlətlərinin ordusunu gördülər. Çin rəhbərliyi onların hələ 19-20 yaşında gənclər olmağına əhəmiyyət vermədi. Kommunist Çinə görə əhəmiyyətli olan rejimin təhlükə altında olması ehtimalı idi və siyasi büro bu universitet gənclərinin rejimi təhdid etdiyi düşüncəsində idi. Bu düşüncə minlərlə insanın öldürülməsinə, minlərlə insanın yaralanmasına, on minlərlə insanın isə həbs olunub işgəncə görməsinə səbəb oldu. (www.harunyahya.net)
Şərqi Türkistanda nüvə silahı sınaqları
Çin 1961-ci ildən etibarən bir çox beynəlxalq təşkilatın etirazına baxmayaraq müxtəlif nüvə bombası sınaqlarını Şərqi Türkistanın Lop Nor bölgəsində həyata keçirir.Bu sınaqlar bölgənin təbiətinin tamamilə məhv olmasına, zəhərli tullantıların sulara qarışması səbəbi ilə insan həyatının təhlükəyə düşməsinə və ekoloji tarazlığın pozulmasına səbəb olur.Minlərlə heyvan bu sınaqlar səbəbi ilə tələf olmuş, bir çox insan həyatını itirmiş və şikəst doğumların sayında böyük artım meydana gəlmişdir. (www.doguturkistan.com)
Şərqi Türkistanda nüvə silahı sınağının qurbanı olanların sayı rəsmi olaraq təyin edilə bilmir.Bununla belə təxminən 210 min insanın radioaktiv tullantılar səbəbi ilə həyatını itirdiyi düşünülür.Məlum olduğu kimi, radioaktiv tullantılar eyni zamanda xərçəng xəstəliyinə də səbəb olur və Şərqi Türkistanda xərçəngə tutulanların sayında 10 faiz artım olduğu deyilir.
Nəticə
Bu yazıda bir tərəfdən kommunist Çinin öz xalqına qarşı tətbiq etdiyi zülmü, bir tərəfdən də Şərqi Türkistan müsəlmanlarına qarşı həyata keçirdiyi səssiz soyqırımı dəlilləri ilə araşdırdıq. Çindəki rejimin bu cür sərt və mərhəmətsiz olmasının əsas səbəbi isə darvinist və kommunist ideologiyalardır. Çinin bazar iqtisadiyyatını mənimsəməsi ilə bu ölkənin hələ də "Qırmızı Təhlükə" olduğu həqiqətinin dəyişmədiyini bütün dünyaya izah etmək lazımdır. Pekin rəhbərliyinin hələ də əsas siyasi fikri olan maoçu kommunizmə və bunun fəlsəfəsi olan darvinizmə qarşı da bir kampaniya keçirilməli, bu ideologiyanın Çin, Kamboçiya, Albaniya, Şimali Koreya kimi digər ölkələrdə səbəb olduğu dəhşətli cinayətlər gündəmdə tutulmalıdır. (www.darwinizminsonu.com) Bunlarla yanaşı yalnız müsəlman olduqları üçün zülm, işgəncə və qırğına məruz qalan Şərqi Türkistanda yaşayan uyğurların bu vəziyyəti bütün dünya müsəlmanlarının üzərinə məsuliyyət qoyur. Allah bir Quran ayəsində belə buyurur:
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)
İnkarçı dövlət rəhbərlərinin ortaq xüsusiyyəti özlərinə ən böyük düşmən olaraq haqq dini və bu dini yaşayanları görmələridir. Bu düşmənçilikləri böyük hiddət və kinə çevrilir, ağıla gəlməyən işgəncələrlə və zülmlərlə inananları imanlarından döndərməyə çalışırlar. Ancaq bütün bunları edərkən unutduqları çox böyük bir həqiqət var. O da hər şeyin sahibinin Allah olduğu və zəfərin sonunda şübhəsiz ki, Allah’ın və inananların olacağıdır. Bu Allah’ın qanunudur, keçmişdə olduğu kimi gələcəkdə də üstün gələcək olanlar Allahın izni ilə, iman edənlərdir:
“Onlar mütləq qalib gələcəklər.” (Saffat surəsi, 172)
1) Killing by Quota, Killing for Profit: Executions anda Transplants en China, www.laogai.org/reports
2) Sunday Telegraph, 14 İyun 1998
3) Qələbə Həyat, Almaty, 21 Yanvar 1995
|